Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvi yaxınlarda gözlənilən struktur islanhatının başlanğıcıdır. Ölkənin neft gəlirlərinin azalması və qlobal iqtisadi böhranın artıq Azərbaycanda hiss olunması hökuməti dövlət xərclərini azaltmağa və ixtisarlara məcbur edir. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbədən məlumat daxil olub.
Mənbə bildirir ki, struktur islahatı nəticəsində bir neçə nazirlik və dövlət komitəsi ləğv ediləcək: Dövlət Gömrük Komitəsinin ləğv edilməsi, səlahiyyətlərinin bir qisminin ASAN xidmətə, bir qisminin isə Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur. Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilməsi, səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ekologiya vəTəbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməsi gözlənilir. Bundan başqa Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilməsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi, Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin Maliyyə Nazirliyinə verilməsi versiyaları nəzərdən keçirilir.
Mənbənin məlumatına görə, növbəti mərhələdə rayon icra hakimiyyətlərinin strukturunda ciddi dəyişikliklərin aparılması nəzərdə tutulub.
Sorğu
Yeni dizaynımız necədir?