GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sabunçuda acınacaqlı mənzərə... - İTTİHAM

Sabunçuda acınacaqlı mənzərə... - İTTİHAM

Tarix: 21-11-2020, 15:19 Bölmə :GündəmXəbər / Manşet Baxış: 517
Sabunçuda acınacaqlı mənzərə... - İTTİHAM


Bakının Sabunçu rayonunda Mənzil-Kommunal Təsərrüfatı sahəsində işlər həmişə qeyri-qənaətbəxş qiymətləndirilib. Bu sahənin fəaliyyətində rəvac verilən korrupsiya hüquqpozmaları, zirzəmilərin qanunsuz özəlləşdirilməsindən tutmuş ta ki, başqa özbaşınalıqlara qədər bütün neqativ hallar daim KİV-in gündəmində olub və rayon rəhbərliyinin uğurlarına xeyli kölgə salıb. Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sabiq direktoru Oruc Əhmədov təqaüdə çıxandan sonra ondan miras qalan problemlər bu posta yiyələnən Ramil Əliyev tərəfindən nəinki həll edilmədi, hətta əksinə kvadrata, kuba yüksəldi.

Xatırladaq ki, Ramil bəy hazırki vəzifəsinə qədər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Küdəxanı qəsəbəsi ərazi vahidi üzrə nümayəndəsi vəzifəsində çalışmışdır. Nümayəndəlik sədri kimi, sonra isə Mənzil Kommunal İdarəsində heç bir yaddaqalan işiylə diqqəti çəkməyən Ramil bəy deyilənə görə nüfuzlu, imkanlı havadarının köməyi ilə yüksək vəzifəyə Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı birliyinə sədr vəzifəsinə irəli çəkilmişdir. Tərk etdiyi vəzifəyə isə özünün yaxın adamını təyin etdirməyi də bacarmışdır.

Etibarlı mənbə bildirir ki, Ramil bəyin havadarını Sabunçu RİH-nin başçısı Adil Vəliyevlə sıx dostluq telləri bağlayır və onların arasında detalları geniş ictimaiyyətə tam bəlli olmayan mübhəm işbirliyi mövcuddur.

(Bu barədə gələn sayımızda ətraflı məlumat verəcəyik)

Sakinləri isə vəzifəli şəxslərin kimin dəstəyi, göstərişi, əmri, havadarlığı ilə təyin olunmaları deyil, necə xidmət etmələri maraqlandırır. Xidmət isə yox dərəcəsindədir. Vətəndaşların KİV-ə göndərdikləri şikayətlər belə deməyə əsas verir. Rayonun Zabrat qəsəbəsinin Əmir Bağırov küçəsinin “Qartal” kafesi ilə “Al-Market”in arxa nahiyəsindəki məhlədə yaşayan sakinlər məişət tullantılarının yığılmamasından gileyləniblər. Sözügedən məhəllənin sakinləri xatırlayırlar ki, vaxtilə “Balaxanıneft” şirkəti həmin həndəvərdə zibilin toplanması üçün zibil qutularını dövrəyə alan hasar inşa edibmiş. Sonradan şirkət neft təsərrüfatının ehtiyacı üçün həmin ərazidən istifadə etməli olub. MKTB də zibil konteynerlərinin yerini dəyişdirərək yola yaxın yerə çəkib. İndi oradakı 2 ədəd kjonteyner vaxtlı-vaxtında boşaldılmadığına görə dolub-daşan möhtəviyyatı külək ətrafa, yola və yaxınlıqdakı evlərin həyətlərinə səpələyir.

Sabunçuda acınacaqlı mənzərə... - İTTİHAM


Eyni vəziyyət yenə də Əmir Bağırov küçəsinin Sabunçu qəsəbəsinə aid hissəsində, 4-cü Mədənin 2 saylı kontoru ilə üzbəüz nahiyədə yaranıb.

Problemin həllinə cavabdeh vəzifəli şəxslərdən Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsində Ramil Əliyevi əvəzləyən Anar Qalayev gənc kadr olsa da, işinə münasibətdə gənclərə məxsus enerji nümayiş etdirmir. Kabinetində elə “qala qurub” ki, qəbuluna düşmək də olmur. Küçənin sakinləri deyirlər ki, kommunal təsərrüfat idarəsi bir ayda iki dəfə zibil pulu yığırlar. Hər dəfə də pul almağa başqa adam gəlir və ona özündən əvvəl gələn həmkarına pul ödənildiyini sübut etmək olmur. Verdikləri qəbzlər “kötüksüz”, anlaşılmayan xətlə yazılır.

Sabunçuda acınacaqlı mənzərə... - İTTİHAM


Məsələ ilə əlaqədar rəis Anar Qalayevlə danışmaq məqsədilə idarənin stasionar telefonuna zəng vurduq. Dəstəyi katibə qaldırdı. Rəisin heç kimi qəbul etmədiyini bildirdi, idarənin hüquqşünasının telefon nömrəsini verib onunla danışmağımızı məsləhət gördü. Hüquqşünasla əlaqə saxladıq, o isə öz növbəsində bizi baş mühəndislə əlaqələndirdi. Baş mühəndis vəziyyətin bu yerə çıxmasının səbəbini küçənin sözügedən iki nahiyəsinə nəzarət edən sahə rəislərindən öyrənməyimizi məqsədəuyğun bildi. Bağlantı qurduğumuz sahə rəisləri isə məzlumcasına cavab verdilər: “Biz fəhlə babayıq. Nəinki zibil qutularının, heç istifadəmizə verilən zibil maşınlarının özünün belə təkəri salamat deyil ki işimizi görək. Biz kimik ki?!”

MKTB-nin sənədlərinə baxış atsaq, sözsüz ki, ayda, rübdə onlarla konteynerin guya sıradan çıxaraq dəyişdirildiyi, yüzlərlə qutunun təkərlərinin əvəzləndiyi, zibil qablarının bəlkə də hər gün boşaldıldığı barədə hesabatlara rast gələrik. Əlbəttə ki, müvafiq təyinat üzrə “səmərəli” istifadə olunaraq silinən pul məbləğlərinin müşayiəti ilə. Amma bizdə jurnalistlərin nəinki o sənədlərə, hətta Anar Qalayev kimi məmurların “gül camalına” belə baxmaq ixtiyarları yoxdur./Deryaz.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabunçuda acınacaqlı mənzərə... - İTTİHAM

    Sabunçuda acınacaqlı mənzərə... - İTTİHAM ...

    21-11-2020, 15:19

  • 
  • Ramil Usubov yeni polis rəisi təyin etdi

    Ramil Usubov yeni polis rəisi təyin etdi ...

    3-02-2015, 11:49

  • 
  • Sabunçu RİH-in yalanının izi ilə: - şəhid xanımı fəryad edir... (VIDEO)

    Sabunçu RİH-in yalanının izi ilə: - şəhid xanımı ...

    1-05-2020, 11:00

  • 
  • Sabunçu Rayon İcra Hakimiyyəti sahibkarın maşınlarını əlindən alıb

    Sabunçu Rayon İcra Hakimiyyəti sahibkarın ...

    18-09-2014, 15:35

  • 
  • Ramil Usubov Nardarana gedir

    Ramil Usubov Nardarana gedir ...

    2-12-2015, 15:14


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu