GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Sabunçu Rayon İcra Hakimiyyəti sahibkarın maşınlarını əlindən alıb

Sabunçu Rayon İcra Hakimiyyəti sahibkarın maşınlarını əlindən alıb

Tarix: 18-09-2014, 15:35 Bölmə :Ölkə Baxış: 544
Sabunçu Rayon İcra Hakimiyyəti sahibkarın maşınlarını əlindən alıb

Həmzə Həmidov: “Həmin maşınları idarə edən sürücülərin ailələri acdır, uşaqlarına məktəb paltarı ala bilməyiblər”
Qaradağ rayonu Lökbatan qəsəbə sakini Həmidov Həmzə Sarastan oğlu Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyevdən şikayət edir. Şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Həmzə Həmidov qanunsuzluqla üzləşdiyini deyir: "Oğlum Azər Həmidov ağır yük maşını idarə edir. O, iyun ayının 22-də dostlarından birinin xahişi ilə onun Maştağa qəsəbəsi Ləhic bağları adlanan ərazidə yerləşən həyatyanı sahəsinin tikinti işlərinə kömək məqsədilə ora gedib. Dostu ev üçün qazılan bünövrədən çıxan tullantıları daşıtdırmaq istəyirmiş. Oğlum Azər dostunun xahişini yerinə yetirib. Azər və iki nəfər başqa maşın Qaradağdan karyerdən xırda daş aparıblar ki, bünövrəyə töküb yerini hamarlasınlar. Bu işləri görüb tullantıları maşına yığıb yola çıxarkən Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları hər üç maşını saxlayıb. Onlar deyib ki, guya oğlum qum oğurlayıb. Bundan sonra sürücüləri Sabunçu Rayon Polis İdarəsinə aparıblar. İdarə rəhbərliyi hər birinin dəyəri 62 min manata olan "Hova" markalı maşınları Sabunçu Mənzil-Kommunal Təsərrüfat Birliyinin qarajına göndərib. Avqust ayının 7-də isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tətbiq etdiyi cərimələri ödədik. Maşınların hər birinə görə, dövlətin büdcəsinə 600 manat pul keçirdik. Həmin tarixdən indiyə qədər icra başçısının qəbuluna girmək istəmişəm, amma buraxmayıblar. Maşınlar hələ də birliyin qarajında saxlanır. İcra hakimiyyətinin rəsmiləri deyir ki, bu məsələ bizlik deyil. Halbuki, maşınlar birliyin qarajındadır. Əgər bu iş sizlik deyilsə, maşınlar niyə qarajdadır?". Şikayətçi deyir ki, bu ayın 12-də min bir müsibətdən sonra icra başçısının qəbuluna düşə bilib: "Məndən başqa bir nəfərin də maşınını tutub həmin qaraja salmışdılar. Onunla bir yerdə başçının qəbuluna girdik. Rayon rəhbəri mənə dedi ki, siz ordan oğurluq qum aparmısınız. Başçıya oğlumun heç bir oğurluq etmədiyini, sadəcə, dostunun həyatyanı sahəsindən çıxan tullantıları daşıdığını bildirdim. Başçı isə mənə inanmadığını dedi. Biz Qaradağ rayonunda yaşayırıq. Maştağa ilə Qaradağın arasında görün nə qədər məsafə var. Quma ehtiyacımız olsa Qaradağın hər tərəfi qumdur də, niyə gedib Maştağadan qum gətirim axı? Qəbul zamanı başçı Mənzil-Kommunal Təsərrüfat Birliyinin direktorunu ayağa qaldırdı və dedi ki, icra hakimiyyətinə maşınların buraxılması üçün məktub yazsınlar. Biz də çöldə gözlədik ki, həmin adam gəlib lazımi məlumatları götürsün. Birliyin rəhbəri maşınların nömrəsini yazdı. Mənimlə bir yerdə qəbula gələn oğlanın maşınını buraxdılar. Amma heç bir məktub filan yazılmamışdı. Buna qədər isə başıma gələn hadisə ilə bağlı prezidentə şikayət məktubu yazmışdım. Bu isə başçının xoşuna gəlməyib. Buna görə də maşınları özümüzə qaytarmır. Adil Vəliyev birliyin direktoruna bizim maşınları buraxmaması üçün tapşırıq verib. Bir neçə gün sonra Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə getdim və direktorla görüşdüm. O dedi ki, ümumi şöbə məktub yazmalıdır. Sabunçu Rayon İcra Hakimiyyətinin ümumi şöbəsindən isə dedilər ki, burda məktub yazılmır. Həmin gün saat 3-də icra hakiminin birinci müavini Güloğlan müəllimin qəbuluna girdim. Problemi ona danışdım, amma heç bir xeyri olmadı. Maşınların sürücüləri və ailələri Sabunçu Rayon İcra Hakimiyyətinin qarşısına toplaşdı. Cəriməni ödəməyimizə baxmayaraq, maşınları buraxmırlar. Həmin maşınları idarə edən sürücülərin ailələri acdır, uşaqlarına məktəb paltarı ala bilməyiblər. Belə özbaşınalıq olar? Etirazımızı bildirəndən sonra icra hakimiyyətinin vəzifəli şəxsləri bizi qəbul etdi. Sürücülərin və maşınların sənədlərini hazır edib icranın işçilərinə verdik. Yenidən icra başçısının qəbulunda oldum. Adil müəllim dedi ki, niyə bu adamları yığıb gətirmisən. Başçı bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəsmi sənəd gəlməsə, şəhər meri Hacıbala Abutalıbov və daxili işlər naziri Ramil Usubov mənə zəng etməsə, maşınları buraxan deyiləm. Axı biz oğurluq etməmişik. Cərimələri banka ödəmişik, əlimizdə qəbz var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi cərimənin ödəndiyini təsdiq edən sənəd hazırlayıb. Buna baxmayaraq, iki aydır maşınlar qarajda saxlanır. Qəzet vasitəsilə ölkə rəhbərliyinə müraciət edib kömək istəyirik". Şikayəti araşdırmaq üçün Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin köməkçisi Müslüm Mahmudovla əlaqə saxladıq. Başçının köməkçisi bildirdi ki, adıçəkilən şəxs Ləhic bağlarından dəniz qumunu oğurlayıb ekoloji fəlakət yaratmaqla məşğuldur. Buna görə də onların maşınları özlərinə qaytarılmır. Şikayətçi tərəf bir, icra hakimiyyətinin nümayəndəsi isə başqa söz deyir. Ən yaxşısı məsələyə yuxarı qurumların səviyyəsində münasibət bildirilməsi olardı. Yəqin ki, vətəndaşın şikayəti araşdırılacaq və maşınlar tezliklə onlara qaytarılacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsgəndər Həmidov sərbəst buraxıldı

    İsgəndər Həmidov sərbəst buraxıldı ...

    29-05-2013, 19:08

  • 
  • Sabunçu rayon icra başçısının oğlu silahlı “razborka”da: Adil Vəliyev minnətçi düşdü

    Sabunçu rayon icra başçısının oğlu silahlı ...

    18-05-2016, 18:42

  • 
  • İsgəndər Həmidov da Milli Şuradan imtina etdi

    İsgəndər Həmidov da Milli Şuradan imtina etdi ...

    10-01-2014, 18:15

  • 
  • İcra Hakimiyyəti “Razin tolkuçka”sı barədə göstəriş verdi

    İcra Hakimiyyəti “Razin tolkuçka”sı barədə ...

    24-02-2014, 15:53

  • 
  • Maştağa sakini qohumunu güllələdi

    Maştağa sakini qohumunu güllələdi ...

    11-06-2016, 14:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (528)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu