"ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 5-ci ildir məhkəmə qərarı ilə təsbit edilən pensiyalarının güzəştli şərtlərlə pensiyaçılara 3 aydır köçürməməsindən , nazirliyin audit şöbəsinin müdiri Heybət İmanovun özünü Konstitusiyadan üstün tutmasının şok səbəbindən yazmışıq . Belə ki, şöbə müdiri Heybət İmanov bir müddət qabaq test vasitəsilə şöbəsinə qəbul olunan ali hüquq təhsilli Vüsal Əliyevi tutdurub".
Gundemxeber.Az bildirir ki, bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Hazırda həbsdə olan V. Əliyevin nümayəndə kimi “udduğu” pensiya təminatı ilə əlaqədar məhkəmə qərarlarının “auditini” aparan H. İmanov xeyirlərinə məhkəmə qərarları qəbul edilən pensiyaçılardan tutdurduğu şəxsin əleyhinə ifadə almağa çalışır. Daha doğrusu, bunu ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “sosial müstəntiqləri”nə həvalə edib. Lakin hələ ki nə “istintaqa nəzarət edən” audit şöbəsini qane edən ifadə alınıb, nə də pensiyaçıların pulu köçürülüb. Belə getsə, yəqin ki, baş prokurorluq ƏƏSMN -də qanunların pozulmasına hüquqi qiymət verməli olacaq və daxili nəzarət və audit şöbəsinin Konstitusiyadan üstün olmasına son qoyulacaq. Axı, Konstitusiyanın 133-cü maddəsinə görə, Azərbaycan Respublikası Prokurorluğu nəzərdə tutulmuş qayda və hallarda qanunların icrasına və tətbiqinə nəzarət edən orqandır. ƏƏSMN -də qanunların, məhkəmə qərarlarının illərdir icra olunmaması, hətta adi bir şöbə müdirinin göstərişi ilə pensiyaların verilməsinin dayandırılması adi hal alıb. ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinin özbaşınalığı o həddə çatıb ki, 3 aydır gözünü pensiyaya dikən yataq xəstəsinin, məcburi köçkünlərin çörək puluna göz dikib. ƏƏSMN rəhbərliyinin bu özbaşınalıqdan xəbəri yoxdursa, necə əhalinin sosial müdafiəsini həyata keçirə bilər?
Yurd yerlərinə qayıdacaq vətəndaşlara pensiya təminatı belə həyata keçiriləcəksə, sosial-iqtisadi durumu təsəvvür etmək çətin deyil".
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Sorğu
Yeni dizaynımız necədir?