GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Ailəmi dolandıra bilmirəm, maaş almamaq mənə çox çətin başa gəlir” - NARAZILIQ...

“Ailəmi dolandıra bilmirəm, maaş almamaq mənə çox çətin başa gəlir” - NARAZILIQ...

Tarix: 23-11-2020, 11:17 Bölmə :GündəmXəbər / Manşet Baxış: 325
“Ailəmi dolandıra bilmirəm, maaş almamaq mənə çox çətin başa gəlir” - NARAZILIQ...


“9 aydır işləyirəm, amma əmək haqqımı ala bilmirəm. Nə işdən çıxarırlar, nə də ödənişlə bağlı bir söz deyirlər. İşi yarımçıq qoyacaq ürək də yoxdur məndə. Sahədir, pis günə qalacaq. 13 ildir gözüm kimi baxıram. Hər şeyi pula görə atıb getmək də olmur”.

Gundemxeber.Az DİA.AZ-a istinadla bildirir ki, Göyçayın Qarabağlar kəndinin sakini Ərəstun Kərimov belə deyir. O, 2007-ci ildən “Gilan Holding”in Göyçaydakı “Gilan Orchard” şirkətində çalışır.

“Yəni təməli qoyulandan burdayam. Üstəlik, fevrala qədər şikayətim də olmayıb. İşimi görür, maaşımı vaxtlı-vaxtında alırdım. Amma fevraldan sonra əmək haqqım köçməməyə başladı. Bir neçə ay heç nə demədim. Sonra zəng etdim, maraqlandım. Köçəcək deyib, bu vaxta kimi ləngidiblər”, - şikayətçi bildirir.

Ərəstun Kərimov deyir ki, başqa yerdən gəliri olsa, heç adını da tutmaz. Amma məcburdur, çünki həyatını bu işə bağlayıb. İki övladı var, hər ikisi ondan uzaqdadır. Həyat yoldaşı ilə özünü dolandırmaq üçün işləyir. Əmək haqqı ala bilməməsi işlərini çətinləşdirir: “Ailəmizin vəziyyəti günü-gündən pisləşir. Nə bir normal təsərrüfatımız, nə də başqa işimiz var. Bircə inəyimiz var, o da özümüzü güclə görür. İndiyə qədər işlədiyimə görə, əlavə təsərrüfatla da məşğul olmamışam. Elə bütün ümidimizi işə bağlamışdıq. O da belə”.

Ərəstun Kərimov “Gilan Orchard” şirkətinin bitkiçilik sahəsində rəis işləyir. Deyir, müddətsiz müqaviləsi də var. Yəni vaxtının bitməsi söhbəti də ola bilməz: “Vəzifəli şəxsəm guya. Kənd təsərrüfatı ilə bağlı torpağa nəzarət edirəm. O torpağı vaxtında suvarır, alağını təmizlədirəm. Hətta torpağın mühafizəsini də mən həyata keçirirəm. Açığı işimi sevirəm də. Təəssüf ki, sevdiyim işlə məşğul olsam da, qarşılığında dolana bilmək üçün heç bir şey almıram. Bu da mənim yaşımda olan adam üçün çox çətindir”.

Ərəstun Kərimov deyir ki, o qədər yüksək maaş almır: “Dəfələrlə şirkət rəhbərliyi ilə telefon danışığımız olub. Hər dəfə də deyiblər ki, narahat olma, pulun veriləcək. Amma gözləməkdən gözümün kökü saralıb. Necə narahat olmayım ki? Ailəmi dolandıra bilmirəm, maaş almamaq mənə çox çətin başa gəlir”.

Ərəstun Kərimov deyir ki, Göyçayda “Gilan Holding”in çeşidli bağları var. Meyvəçilik, taxılçılıq və s. kimi. Onun nəzarət etdiyi sahədə də dənli bitkilər yetişdirilir: “13 ildir həmin 148 hektarlıq əraziyə göz bəbəyim kimi baxmışam. Mövsümdə işçilər götürürük. Onların belə hamısı ilə şəxsən görüşürəm. Həmişə işimə məsuliyyətli yanaşmışam. İndinin özündə belə maaş almasam da hər səhər 7-də sahəyə gedirəm, nəzarət edirəm. O bağın nə günahı var? Baxmasam, pis günə qalar deyə, düşünürəm. Getməsəm, məhsul yanar, heyvan girər, yeyər və s. Hazırda da torpaqlarda əkinə hazırlıq işləri gedir. Deməyim odur ki, o torpaqlar şirkətə gəlir gətirir. Amma mənim maaşım verilmir”.

Ərəstun Kərimov arada düşünür ki, bəlkə də şirkət rəhbərliyinin onun əmək haqqı almamasından xəbəri yoxdur. Bəlkə ortadakı insanlar bu cür hərəkət edir: “Məni işdən çıxarmayıblar, çıxarsalar, deyərəm ki, çıxarıblar, müqaviləm bitib və s. İşlədə-işlədə əmək haqqı verməmək nə deməkdir? Başa düşə bilmirəm. Hər gün səhər saat 7-də işə gedirəm, axşam 6-da gəlirəm. Bu dəqiqə əkinə hazırlıq işləri yeni bitib. Bəzi günlər lap saat 6-dan gedirdim sahəyə”.

Ərəstun Kərimov deyir ki, əmək haqqı ala bilməmək dolanışıqlarını lap aşağı salıb. Müalicələrini də vaxtlı-vaxtında ala bilmirlər: “Yaşlı adamlarıq, başqa gəlirimiz də yoxdur. Ömrümüzü bağlamışıq dövlətə, işə. Başqa yerdən bir qəpik gəlirimiz də yoxdur. Şəxsi təsərrüfatımız da yoxdur. Dolanmaq çətindir”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Üstay” şirkəti mənim haqqımı indiyəcən də verməyib-VİDEOMÜRACİƏT

    “Üstay” şirkəti mənim haqqımı indiyəcən də ...

    14-08-2019, 16:33

  • 
  • Göyçayda sakinləri dinləyən yoxdur - GİLEY

    Göyçayda sakinləri dinləyən yoxdur - GİLEY ...

    9-11-2020, 12:37

  • 
  • "Sonradan aydın oldu ki, məni aldadıblar..." - GİLEY

    "Sonradan aydın oldu ki, məni ...

    12-07-2019, 13:10

  • 
  • Əhmədzadənin işçisi nədən giley edir? - "Oyun qurdular..."

    Əhmədzadənin işçisi nədən giley edir? - ...

    19-06-2018, 13:20

  • 
  • Sulutəpədə evi sökülən ailə 2 ildir küçədə yaşayır

    Sulutəpədə evi sökülən ailə 2 ildir küçədə yaşayır ...

    13-12-2014, 23:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu