"Şikayətim Kapital Bank-dandır. 1 ay bundan öncə Kontakt Home-dan BirKart-la telefon almışam və ödənişin aylara bölündüyü bildirilib. Lakin 1 aydan artıq vaxt keçməyinə baxmayaraq 650 AZN məbləğ hələ də aylara bölünməyib".
Bu barədə Cavid Məsimli adlı şikayətçi yazır.
Daha sonra narazıl vətəndaş bildirir: "Bununla bağlı 13 Noyabr tarixində Kapital Bank-ın çağrı mərkəzinə məlumat vermişəm, mənə müraciət kodu açılıb və qəbzləri elektron poçt ünvanlarına göndərmişəm. Mənə 5 iş günü ərzində bu məsələnin həll olunacağı bildirilsə də 17 gündür bu məsələ həll olunmur. Bildiyiniz kimi, taksit borcu hesablanmadığı üçün də həmin borcun üzərinə gündəlik faiz gəlir və artıq 20 manatdan artıq faiz borcu hesablanmışdır. Maraqlıdır, heç bir qəbahətim olmadığı halda durmadan artam bu faizi mən niyə ödəməliyəm? Və bu məsələ necə həll olunacaq? Nə də çağrı mərkəzi mənə başqa həll yolu təklif etmir ki, özüm harasa yaxınlaşıb həll edim bu məsələni".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq.../DİA.AZ /
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?