Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun səfir oğlunun alimentdən imtina etməsi haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli Facebook səhifəsində ilginc məlumat paylaşıb. Jurnalistin dərc etdiyi məlumatı olduğu kimi GundemXeber.Az-ın oxucularına təqdim edirik:
"Aydın məsələdir, ailə içi mövzudur, amma elə nüanslar var ki, onlar məsələni ailə içi mövzudan çıxarır və onun mərkəzində dayanan insanların ictimai mövqelərini önə çəkir. Necə ki, keçmiş deputat, akademik Abel Məhərrəmovun başına gələnlərin arxa planında baş verənlər onun karyerasındakı kataklizmlərlə üst-üstə düşüb. Demə, Abel müəllimin artıq keçmiş hesab olunan gəlini (Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun keçmiş həyat yoldaşı) Mehriban Məhərrəmova ona nəvələrini görməyi qadağan edibmiş. Akademik şəxsi əlaqələrindən istifadə edərək məhkəmə yolu ilə nəvələrini ilə ünsiyyət hüququ əldə edib. Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun qardaşı qızı olan Mehriban Məhərrəmova da öz növbəsində məhkəmə yolu ilə səfirdən yüksək aliment tələb edib. Anar Məhərrəmov yüksək aliment ödəməkdən imtina edib, məhkəmə akademikin oğlunun xeyrinə qərar çıxarıb. Mehriban Məhərrəmova Yusif qızı İspaniya Diplomatları Beynəlxalq Assosiasiyasının üzvüdür."
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?