Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin tələbələri kəsirlərlə bağlı əlavə ödəniş tələblərinə etiraz ediblər.
Onlar bununla əlaqədar hətta aksiya da keçirmişdilər. Rektor Abel Məhərrəmov dünən məsələ ilə əlaqədar tələbələrlə görüşüb. Lakin görüşdən dərhal sonra sual verən tələbələrdən biri döyülərək naməlum istiqamətə aparılıb. Bu barədə, həmin tələbənin yoldaşları məlumat veriblər. Tələbənin döyüldüyünü əks etdirən video-görüntü isə sosial şəbəkələrdə paylaşılıb. Baş verənlərlə əlaqədar olaraq tələbələr «Universitetdə zorakılığa son qoyun!» adlı imzatoplama kampaniyasına başlayıblar. Dövlət başçısına ünvanlanan sənəddə bildirilir ki, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun muzdurları öz haqqını tələb edən tələbəni universitetin akt zalında döyərək, onu naməlum istiqamətə aparıblar. Onlar Azərbaycanda günü-gündən artan məmur özbaşnılığından prezidentə şikayət ediblər: «Bu kimi hallara dərhal son qoyulmalıdır, çünki bura bazar deyil, təhsil müəssisəsidir».
Tələbəlrin sözlərinə görə, onlara qarşı zorakılıq olub. Müəllim isə özünü muzdur kimi aparıb: «Onlar öz haqlarını tələb edən Hüseyni Qarasulunu sərt şəkildə döyüblər. Bundan sonra həmin müəllim başqa tələbələri də təhdid edib".
Tələbələr Abel Məhərrəmovun dərhal işdən azad edilməsi tələbini irəli sürüblər: "Biz tələb edirik ki, bu müəllim Universitetdən qovulsun və öz hüquqları uğrunda mübarizə aparan tələbələrə bir daha toxunulmasın. Bizə qarşı bu cür münasibətə son qoyulsun. Son! Son! Son!».
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?