GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Yarıtmaz səhiyyə sisteminə MƏTBU YAMAQ... - Günahı camaatda axtarmaqdansa...

Yarıtmaz səhiyyə sisteminə MƏTBU YAMAQ... - Günahı camaatda axtarmaqdansa...

Tarix: 14-12-2020, 11:59 Bölmə :GündəmXəbər / Manşet Baxış: 325
Yarıtmaz səhiyyə sisteminə MƏTBU YAMAQ... - Günahı camaatda axtarmaqdansa...


Koronavirusa yoluxma sayı bütün dünyada arta bilər, bunu kimsə inkar etmir, lakin ölkələrin, onların səhiyyə orqanlarının mübarizə üsulları bir-birindən kəskin fərqlənir.

Xüsusən inkişaf etmiş və tibbi sığortası olan ölkələrdə karantin şərtləri, testlərin sayı bizimlə müqayisə belə oluna bilməz. Biz sanki Somaliyik.
Bu nöqteyi-nəzərdən Səhiyyə Nazirliyi və TƏBİB Azərbaycanda əhalini fəlakətin astanasına yaxınlaşdırıb, ölkəni uçurumun həddinə çatdırıb.
Amma çox təəssüflə müşahidəmizi qeyd etməyi zəruri bilirik ki, çoxunun obyektivliyinə, nisbətən plüralizmə, fikir müxtəlifliyinə yer verdiyinə inandığı İctimai Televiziya (İTV) bu qurumlara qahmar çıxır.
Belə ki, İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində aparıcılar sözügedən orqanları elə müdafiə edirlər, süddən çıxmış ağ qaşıqdırlar.
Anaxeber.info məlumat verir ki, İTV-çilər Səhiyyə Nazirliyinin və TƏBİB-in gərgin iş rejimində çalışdığını əsaslandırmağa çalışırdılar.
Onların sözlərinə görə, hər iki struktur həddindən artıq yüklənib, çağırışları çatdıra bilmir, guya SN və TƏBİB bunu etiraf da edirlər.
Efirə qonaq çağırılan həkim Qalib Əsədov isə real faktlarla aparıcıları da, hər iki tibb qurumunu da mat qoymağı bacarır.
Həkimin sözlərinə görə, əvvəla SMS sistemi mənasız qərardır, ikincisi, apteklərdə antiviral dərmanları çatışmır, şok terapiyası yaşanmaqdadır.
Amma bu istiqamətdə heç bir iş görülmür, tələbat ödənmir, dərmanlar lazımı qədər verilmir, vətəndaşlar apteklərdən ümidsiz qayıdırlar.
Bununla belə İTV-nin aparıcıları problemi malalamağa, TƏBİB və SN-nə qahmar çıxmağa çalışırlar. Sanki pandemiyanın yaratdığı bu problemin günahı müvafiq strukturlarda deyil, Azərbaycan vətəndaşlarındadır.
Digər mühüm problem isə testlərin sayının defisitliyi ilə əlaqədardır. Daha doğrusu, buna çatışmazlıq yox, hazırlıqsız vəziyyətə düşmək, hesablanmamış addım atmaq deyilməlidir.
Çünki yay mövsümündən həyəcan təbili çalınır, deyilirdi “payız dalğası” gəlir, qışa hazırlaşmaq lazımdır. Ancaq məlum olur ki, testlərin sayı lazımı qədər deyil. Üstəlik, testin cavabı bir neçə gün sonra gəlir.
Bu müddətdə xəstənin vəziyyəti ya pisləşir, ya da sağalmağa doğru gedir, o halda testin nəticəsinin əhəmiyyəti qalmır. Həkim Q.Əsədov onu da efirdə açıqlayır ki, Belarusla Azərbaycanın əhalisi sayca eynidir.
Amma dost ölkədə 4 milyon insan test verib, bizdə isə cəmi 1,6 milyon insandan test götürülüb. Üstəlik, onlarda 1200, Azərbaycanda 1700 nəfər infeksiyadan ölüb.0
Buna baxmayaraq, İTV-nin xanım aparıcısı yenə malalayır; bütün dünyanın sərt karantin keçdiyini arqument gətirməyə çalışır, TƏBİB-lə SN-nin çağırışların çox olması səbəbindən çatdıra bilmədiyini, bu iki işəyaramaz qurumu qorumağa can atır. Halbuki, test sayının az olmasının məsuliyyətini məhz adıçəkilən orqanlar daşıyır.
Anaxeber.info yazır ki, beləliklə, pandemiya tüğyan edir, əvəzində isə apteklərdə antiviral dərmanlar çatışmır, test sayı yetərli qədər deyil, ən əsası cavablar çox gecikir, evlərdən edilən çağırışlara operativ reaksiya verilmir, bu gedişlə yoluxma daha kəskin xarakter ala bilər, ölkə İtaliyanın vəziyyəti ilə qarşılaşmaq həndəvərinə çatıb, İTV isə günahı xalqda axtarır.
Günahı xalqda axtaran telejurnalistlər yaxşı olar ki, elə həmkarlarının yazdıqlarına, başlarına gələnlərə də nəzər salsınlar. Məsələn, APA-nın baş direktoru Vüsalə Mahirqızının sözlərinə görə, bir neçə gün əvvəl koronavirus testi verib:
“Bu dəfə həm yaxma, həm də qandan test elətdirdim. Qan testinin nəticəsində göründü ki, mən əvvəl koronavirusa yoluxmuşam, amma yaxma da pozitiv oldu.
Heç bir əlamət yox, hər şey normal, ailə üzvlərinin test nəticələri neqativ, üstəlik qan testinə görə hazırda yaxma test cavabı pozitiv çıxa bilməz. Yenidən test elətdirdim, bu dəfə cavab neqativ oldu. Testləri qarşılaşdırdılar və s.
Yekun qərara gəldilər ki, test cavabı neqativdir, mən koronavirusa yoluxmamışam. Bunu da TƏBİB-in sistemində əks etdirdilər”.
Bir sözlə, tamamilə rüsvayçılıq. Bu biabırçı testlərlə vətəndaşların başlarına oyun açırlar, ancaq İTV bu orqanları müdafiə edir.
V.Mahirqızı əlavə edir ki, karantinlə bağlı icazə almaq lazım olanda məlum olur icazə alına bilməz, çünki “koronavirus xəstəsiyəm”
Jurnalist soruşur: “Niyə TƏBİB-in sistemindəki sonuncu məlumat deyil, testin cavabının müsbət çıxdığı məlumat əsas götürür?
ASAN-ın İcazə portalı APİ ilə məlumatı çəkirsə, yenilənmiş məlumatı niyə çəkmir?
Testin səhv nəticəsinə görə mən niyə 14 gün təcrid olunub, işimdən gücümdən qalmalıyam? Kim verib bu haqqı bu adamlara?
TƏBİB bu 5 gün ərzində niyə məni bir dəfə axtarmayıb, koronavirus xəstəsi olmağım barədə məlumat niyə telefonuma, emailimə gəlməyib?
Niyə bir zəng belə olmayıb? Cavab var: çünki testin neqativ cavabını əsas götürüblər. Yaxşı bəs icazə almaq lazım olanda niyə testin müsbət cavabını əsas götürürlər?
Bəs polis yoxlanışı hansı sistem əsasında aparır? Əgər yoxlanış TƏBİB sistemi əsasında aparılırsa, orda mən koronavirus xəstəsi deyiləm, buna görə də polis məni saxlayıb yoxlamayıb.
Bəs axı mən bu 5 gündə xeyli adamı yoluxdurmuş oluram. Bunun məsuliyyətini kim çəkəcək, ey TƏBİB? Və sonuncu sual: ümumiyyətlə, siz nə iş gördüyünüzü bilirsiniz, ey TƏBİB?”
Bu suallar ritorikdir, çünki cavabını xalq da, İTV də, biz də, TƏBİB də yaxşı bilir - onlar nə iş gördüklərini özləri belə bilmir...
Onlar milləti hansı faciə ilə üz-üzə qoyduqlarını qəbul etmək istəmirlər. Üstəgəl, əhalinin izolyasiya şəraitində hansı psixoloji çətinliklər yaşadıqlarını, maddi problemlərlə üzləşdiklərini düşünmürlər.
Bu mövzuda “Yeni Müsavat”ın əməkdaşı, koronavirusa yoluxmuş Məğrur Salmanov xəstəliyin neçəyə başa gəldiyini yazıb.
“Premium klinikasında korona qan testi 50 manat, rentgen 40 manat, həkim qəbulu 40 manat. Qanda laxtalanma analizi, ümumi analiz 20 manat, 5 ədəd 16 manatlıq “Clocsin” antibiotik 80 manat, evə gələn tibb bacısı 11 sistem - 110 manat, vitaminlər və koronavirusa aid dərmanlar...
Nəhayət, ringer və natri xlor mayesi 160 manat, bunu ödəmək iqtidarında olmayanlar nə edir? Bir evdən bir neçə nəfər xəstələnəndə isə fəlakət. Sosial şəbəkələrdə gördüm, kredit götürüb, müalicə olunanlar var. Allah milləti qorusun, xəstələrə şəfa versin”.
Jurnalist Əli Rəis qeyd edib ki, defisiti 36 orqanın fəaliyyətinə mənfi təsir edən “D” vitamini əksər apteklərdə ya tapılmır, ya da çox bahadır:
“Yayda çimərlikləri bağlamaqla vəziyyəti pisə doğru çəkdilər. Araşdırmalarda qeyd edilir ki, loru dillə ifadə etsək, bina evlərində yaşamaq insan orqanizminə xeyli mənfi təsir edir.
Söhbət təkcə covid 19-a yoluxmadan getmir. Təbiətə məxsus olan insanın evə qapadılması əlavə problemlər deməkdir. Ona görə də dünyada qapatmağa çox da meyl etmirlər... Ümid vaksinə və qızmar Günəşədir”.
Bütün bu problemləri bizə yaşadan, ölkəni İtaliyanın, İspaniyanın gününə qoyan isə TƏBİB-lə SN-dir./Anaxeber.info/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səhiyyə Nazirliyi: Həkimlərimizin koronavirusa yoluxması qaçılmazdır

    Səhiyyə Nazirliyi: Həkimlərimizin koronavirusa ...

    20-07-2020, 18:06

  • 
  • Yoluxma sayı artmaqda davam edərsə, qaydalar sərtləşdirilə bilər - TƏBİB-dən xəbərdarlıq

    Yoluxma sayı artmaqda davam edərsə, qaydalar ...

    1-12-2020, 15:29

  • 
  • TƏBİB-lə Nazirlik arasında nə baş verir? –Rauf Nağıyev işdən çıxarılıb, amma...

    TƏBİB-lə Nazirlik arasında nə baş verir? –Rauf ...

    24-06-2020, 12:48

  • 
  • Dünyada koronavirusa yoluxanların sayı 70 milyonu keçib

    Dünyada koronavirusa yoluxanların sayı 70 milyonu ...

    14-12-2020, 10:46

  • 
  • Qırğızıstanda 19 səhiyyə işçisi koronavirusa yoluxub

    Qırğızıstanda 19 səhiyyə işçisi koronavirusa ...

    7-04-2020, 12:09


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (82)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu