Yoluxma sayının artmağa doğru davam etməsi sərt tədbirləri qaçınılmaz edəcək.
Bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
Onun sözlərinə görə, bir çox ölkələr yoluxma sayının artmasında görə, sərt təbirlərə, məhdiyyətlərə gedirlər:
"Bütün ölkələrin çarpayı sayı, tibbi personalın sayı məhduddir. Vətəndaşlar dərk etməlidir ki, maska qoruyucu vasitədir. Maska taxmaqla təkcə özünü deyil, ailəsini, yaxınlarını da qorumuş olur. Maskadan istifadə və digər karantin qaydalarına əməl etməyin məsuliyyətini hər bir vətəndaş hiss etməlidir".
Onun sözlərinə görə, artıq virusdan təkrar yoluxma halları da təsdiqlənib, buna görə də virusdan sağalan insanlar arxayınlaşmamalıdır./Trend.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?