Rusiya sülhməramlıların son fəaliyyəti ölkədə narazılıq və narahatlıqla qarşılanıb. Xüsusilə, Xocavəndin Köhnə Tağlar və Çaylaqqala kəndində öncə erməni təxribatı, sonradan Azərbaycanın həyata keçirdiyi əməliyyat və ən sonda ərazinin rus sülhməramlıların nəzarət zonasına daxil edilməsi anlaşılmaz olay kimi qarşımıza çıxması. Onsuz da buna qədər sülhməramlıların Xankəndində son 35 günlük fəaliyyəti əslində yeni status-kvo yaratmaq, separtistlərdən ibarət yeni oyuncaq dövlət qurub bölgədə nüfuz dairəsini bərkitməyə xidmət edirdi. Yəni sülhməramlıların da öz marağı var. Araiklər, vitalilərlə görüşlər, Ermənistan müdafiə naziri ilə müzakirələr zatən buna xidmət edirdi. Əks halda nədən Xankəndi daxil olmaqla ərazidə tərki-silah prosesini həyata keçirilmir? Xoruzun quyruğu burada görünür. İndi müşahidə olunan sülhməramlı "missiyası"nın bir səbəbi də Türkiyənin prosesə qatılmasıdır. Faktiki türklərin Cənubi Qafqazda itirakına məcburi razı qalmış ruslar indi bu fəaliyyətin genişlənməsi, bərkiməsini əsla arzu etmir. Çünki Bakıda keçirilən parad bunun ilk işartısı olaraq ortaya çıxır və rusları narahat etməyə başlayır... İndiki halda Azərbaycan Türk ordusunun Azərbaycanda yerləşdirilməsini, Ağdamda Monitorinq Mərkəzinin yaradılmasını sürətlə başa çatdırmalıdır. Türkiyə ilə daha yaxın əlaqəyə keməli, yeni təmas xəttində sülhməramlıların fəaliyyətini mümkün qədər daraltmalı, onların əl-qolunun açılmasına imkan verilməməlidir. Bunun ən yaxşı yolu yeni təmas xəttində güclü Azərbaycan Ordusunun bölmələrini yerləşdirmək, ehtiyac varsa, ora türk hərbi mütəxəssislərini cəlb etmək. İndiyə qədər Rusiyanın Moldova, Gürcüstan, Ukraynada göstərdiyi sülhməramlı fəaliyyətin təcrübəsi var. Həm ruslar, həm də bizlər üçün. Müsbət hal odur ki, Bakı bu təcrübənin haralara gedə biləcəyindən nətciə çıxararaq sülhməramlıların ilk hərəkətinə sərt reaksiya verir, bu cür "missiya" ilə razılaşmayacağını nümayiş etdirir. Düz də edir.
Qısası müharibə hələ bitməyib. Düşmənin beli 44 günlük müharibə ilə sındırılsa da, onun müttəfiqləri hələ çox güclüdür. Bu mənada siyasi-diplomatik mübarizə indi başlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?