"Məmur xalqın xidmətçisidir". Bu müdrik kəlamın müəllifi ölkə Prezidenti cənab İlham Əliyevdir. Amma,açıq etiraf etmək lazımdır ki,real həyatda heç də belə deyil. Təəssüf hissi ilə deyə bilərəm ki,bu gün vəzifədə olan məmurların böyük əksəriyyəti "ağalıq" iddiasındadır.
Təbii ki,bu fikri əbəs yerə qeyd etmirəm. Təqdim etdiyim videorolikə nəzər salan hər kəs eşidib və görəcək ki,ölkə başçısı cənab İlham Əliyev hər zaman çıxışlarında İcra başçılarına xüsusi olaraq göstəriş verir ki,vətəndaşları dinləyin və onlara yüksək xidmət göstərin. Amma görünən budur ki,verilən göstərişlər söz olaraq yerində qalır. Və əksər tapşırıqlar "kök atmış" İcra başçıları tərəfindən icra edilmir.
Məni tanıyanlar və hətta səhifəmdə tanımadan yazılarıma görə məni izləyən hər kəs bilir ki,jurnalist olaraq hər zaman sadə,kasıb və ümidsiz vətəndaşların mövqein təmənnasız olaraq tabeliyimdə olan sayt,TV və instaqram səhifəm vasitəsi ilə səslərini aidiatı qurumların diqqətinə çatdırmışam. Amma,çox əfsuslar olsun ki,öz səsimi nədənsə Cəbrayıl rayon İcra başçısı Kamal Həsənova çatdıra bilmirəm.
Doğrusun desək böyük ehtimal səsimizi eşidib,amma nədənsə bizim müraciətimizə münasibət bildirmir. Bu gün müraciətimizin mətnini qeyd etməyəcəyik. Ümidvaram ki,bir aya yaxındır ki, ünvanladığım rəsmi müraciətə, hörmətli Kamal Həsənov müsbət münasibət bildirər !!!
Sorğu
Yeni dizaynımız necədir?