GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Cəlilabadda idarə rəisi nəinki sakinləri, hətta Heydər Əliyev Fondunu da aldada bilir - MÜDHİŞ KORRUPSİYA

Cəlilabadda idarə rəisi nəinki sakinləri, hətta Heydər Əliyev Fondunu da aldada bilir - MÜDHİŞ KORRUPSİYA

Tarix: 21-12-2020, 22:28 Bölmə :GündəmXəbər / Manşet Baxış: 837
Cəlilabadda idarə rəisi nəinki sakinləri, hətta Heydər Əliyev Fondunu da aldada bilir - MÜDHİŞ KORRUPSİYA


​ ​
6 fevral 2018-ci il tarixdən​ Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşımış Namiq Zeynalov, bu ilin 7 dekabrında hüquq-mühafizə orqanı əməkdaşlarının​ həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq həbs olundu. Buna əsas səbəb, icra başçısının rüşvət alarkən cinayət başında yaxalanması olur.

Onu da qeyd edək ki, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində​ təkcə icra başçısı deyil, həmçinin rayonda vəzifə sahibi olan bir sıra şəxslərin də həbs olunmaları həyata keçirilir. Qısa müddətli araşdırmalar zamanı o da bəlli olur ki, Namiq Zeynalovun Cəlilabadda “arxa-dayaq” durduğu vəzifə sahiblərindən biri də, məhz 46 saylı Cəlilabad Yol Istismar İdarəsinin rəisi Xudayar Rəhimov olur. Adı çəkilən bu şəxslə bağlı aparılan araşdırmalar zamanı məlum olur ki, uzun illər ərzində daşıdığı vəzifəsindən sui-istifadə edən və bunun nəticəsi olaraq külli miqdarda var-dövlətə sahiblənən Xudayar Rəhimov, rayonun ən imkanlı şəxslərindən biri hesab olunurmuş. Xatırladaq ki, son vaxtlara kimi 46 saylı Cəlilabad Yol Istismar İdarəsi rəisinin qanunsuz əməlləri haqda bir çox media qurumlarında silsilə tənqidi məqalələr yayımlanıb, hətta bu şəxsin “qara əməlləri” barədə, hər kəsin lazımi məlumatları əldə etmələrinə imkanlar da yaradılır.
​ ​ ​ Diqqəti cəlb edən hal odur ki, bir neçə gün bundan öncə Masallı rayonu, Göyəçöl kənd sakini Ramil Şükürov adlı şəxs, bəzi media qurumlarının redaksiyalarına şikayət ərizəsi göndərir və Xudayar Rəhimovun qanunsuz əməlləri haqda hər kəsin məlumatlı olmasına səbəb də olur. Məsələn, bu şəxs göndərdiyi ərizəsində qeyd edir ki, 46 saylı Cəlilabad Yol Istismar İdarəsinin rəisi doğma qardaşı Niyaz Abıyevin adına rəsmləşdirib qeydiyyatdan keçirdiyi “Elnur-2”, “Birlik-3A” adlı firmaların hesablarına külli miqdarda pul köçürmələri həyata keçirtdirir və guya ki, yolların çəkilişinə, məktəblərin, uşaq bağçalarının, tibb məntəqələrinin təmir-bərpa işlərinə xərclənib adı altında, məhz həmin vəsaitləri mənimsəyir. ​ ​ ​ ​ ​ ​
​ ​ ​ Başqa bir faktı da qeyd edək ki, 2018-ci ildə Masallı rayonunun Göyəçöl kəndində Heydər Əliyev Fondunun vəsaiti hesabına orta məktəb inşa olunur. Həmin vaxt Xudayar Rəhimov növbəti “oyun oynayır” və o, kənd sakinlərindən təqribən 100 min manat məbləğində pul alaraq məktəbə yol çəkdirir. Baxmayaraq ki, qeyd olunan yolun çəkilişinin həyata keçirilməsi məqsədilə də, Heydər Əliyev Fondu tərəfindən vəsait ayrılır. Fond tərəfindən bu məqsəd üçün də vəsaitin ayrılmasına baxmayaraq, o, kənd sakinlərini aldatmağı bacarır və onların külli miqdarda pullarını ələ keçirərək mənimsəyir. Bildirək ki, bu yolun çəkilişindən Azərbaycan Avtomobil Yolların Dövlət Agentliyinin heç bir halda xəbəri olmur. Reallıq ondan ibarətdir ki, 46 saylı Cəlilabad Yol Istismar İdarəsinin rəisi rəhbərlik etdiyi qurumun balansında olan texnikalardan həmin yolun çəkilişi zamanı qeyri-qanuni istifadə edir və o, bu yolla xeyli qazanc da əldə edir. Elə ki, Göyəçöl kənd sakinləri Xudayar Rəhimovun bu yöndə baş tutan fırıldaq əməllərindən xəbərdar olurlar, o halda onlar idarə rəisinə verdikləri pulların geri qaytarmasını tələb edirlər. Belə bir niyyətləri baş tutmadıqda, sakinlər son anda məcbur olub Xudayar Rəhimovun qanunsuz əməlləri barədə yuxarı instansiyalara şikayət edirlər ki, onun cəzalandırılmasını həyata keçirə bilsinlər. Düşündürücü hal odur ki, ötən illər ərzində qeyri-qanuni yollarla ələ keçrdiyi pullar hesabına Xudayar Rəhimovun həm özü, həm də onun yaxınları təmtəraqlı həyat tərzi keçirirlər və bu şəxsin özü “oliqarx məmur” adını da qazanır.
​ ​ ​ Bütün bunlardan əlavə, 46 saylı Cəlilabad Yol Istismar idarəsi rəisinin 10-AD-044 dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobili, 10-TB-444 dövlət nömrə nişanlı ​ “Mercedes CL” markalı avtomobili, 10-BT-444 dövlət nömrə nişanlı “Porche Caen” markalı avtomobili, 90-AA-160 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobili və digər nəqliyyat vasitələrindən ibarət avtomobil kolleksiyası da olur. Bundan başqa, Xudayar Rəhimovun “Masallı İstisu” istirahət mərkəzi ərazisində malikanəsi, asfalt zavodu, Bakı şəhərində bağ evləri, bir neçə mənzili var. Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov özünü elə aparır ki, guya bunlardan heç bir xəbəri yoxdur. Amma, əslinə baxsan ən böyük oliqarx məmur, elə Saleh Məmmədovun özüdür. Unutmaq olmaz ki, bir çox Yol İstismar İdarələrinin, o cümlədən 46 saylı Cəlilabad Yol Istismar idarəsi rəisinin də oliqarx məmura çevrilmələrinə səbəb, məhz onlara yaradılan şəraitin varlığıdır.
​ Yazıda sadalanan faktlarla bağlı qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir, icra başçısının saxlanıldığı bildirilir

    Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat ...

    7-12-2020, 12:38

  • 
  • Cəlilabadın sabiq icra başçısının həbsi barədə məhkəməyə təqdimat verildi

    Cəlilabadın sabiq icra başçısının həbsi barədə ...

    9-12-2020, 16:53

  • 
  • CƏLİLABADDA KƏRƏM HƏSƏNOVUN KADRI 7 MİLYON MANATI NECƏ MƏNİMSƏYİB?

    CƏLİLABADDA KƏRƏM HƏSƏNOVUN KADRI 7 MİLYON MANATI ...

    10-06-2019, 16:18

  • 
  • Həbs olunan icra başçısı haqda maraqlı faktlar

    Həbs olunan icra başçısı haqda maraqlı faktlar ...

    7-12-2020, 13:53

  • 
  • Cəlilabadda narkotacir qohumlar altı kiloqram narkotiklə tutuldu

    Cəlilabadda narkotacir qohumlar altı kiloqram ...

    30-05-2020, 12:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu