Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı məhkəməyə təqdimat verib.
Təqdimata Səbail Rayon Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Dekabrın 7-də hüquq mühafizə orqanlarının Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçidiyi, icra başçısı və digər vəzifəli şəxslərin həbs edilməsi barədə mediada xəbər yayılıb./report.az
Sorğu
Yeni dizaynımız necədir?