GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində iş görən kim, pul alan kimdir? - İTTİHAM

Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində iş görən kim, pul alan kimdir? - İTTİHAM

Tarix: 23-12-2020, 14:05 Bölmə :GündəmXəbər / Manşet Baxış: 240
Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində iş görən kim, pul alan kimdir? - İTTİHAM


Ölkə başçısı İlham Əliyevin 05 fevral 2019-cu il tarixli Sərəncamı ilə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş Elşən Salahov ona qədər elə sözügedən İcra Hakimiyyətinin uzun illər başçısı olmuş Gülağa İslamovun birinci müavini olub. Gülağa İslamov Xəzər rayonuna rəhbərlik etdiyi dönəmdə ətrafına ən yaxın qohum-əqrəbasını topladıği heç kimə sirr deyil. Hazırki başçı Elşən Salahov keçmiş başçıya qohum olmasa da ona yaxınlığı ilə tanınıb və onun kadrı hesab olunur. Gülağa İslamovun Xəzər rayonunu ailəliklə idarə etdiyi barədə mətbuatda yayılanlara görə oğlu İlham İslamov Şüvəlanda bələdiyyə sədri, qardaşı Böyükağa İslamov isə əvvəllər qəsəbələrin birində icra nümayəndəsi,daha sonra isə qardaşının vasitəçiliyi ilə Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi sədri vəzifəsinə gətirilib.

Qeyd edək ki, Elşən Salahov 2018-ci ilin sentyabr ayına qədər Xəzər rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb və daha sonra başçının birinci müavini təyin olunub.Yəni bununla onu demək istəyirik ki, İcra başçısı Elşən Salahovla keçmiş başçı Gülağa İslamovun qardaşı,Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Böyükağa İslamovun işbirliyi çoxdan var və bu gün də davam edir. Əvvəllər bu birlik rayon ərazisində boş torpaq sahələrinin satılmasına və qanunsuz tikililərin rəsmiləşdirilməsinə nəzarət edirdilər.İndi isə Xəzər rayonu ərazisində satılası torpaq sahəsi qalmadığından onlar dövlət vəsaitlərinin çıxdaş edilməsi ilə məşğuldurlar.

GundemXeber.Az bildirir ki, aktualinfo.org Böyükağa İslamovun rəhbəri olduğu Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 2020-ci il üçün satınalmalar yolu ilə həyata keçirdiyi dövlət sifarişləri ətrafında araşdırma aparıb. Birlik son üç ayda Xəzər rayonunda asfalt örtüyünün təmir işlərinə,maşın və mexanizmlərin,xüsusi texnikaların, avadanlıqların,təsərrüfat mallarının satınalınmasına və abadlaşdırma işlərinin görülməsinə ümumi olaraq,bizim təxmini hesablamalarımıza görə 1769711 manat dövlət vəsaiti ayırıb. Sözügedən satınalmalar hansılardır və müqavilələr kimlərlə bağlanıb?

Xəzər rayon Mənzil kommunal Təsərrüfatı Birliyi tərəfindən asfalt örtüyünün təmir işlərinin ( Xəzər rayon ərazisində yerləşən Türkan qəsəbəsi, Bağ sahəsi 1, 2, 3, 4, 5 və 6 ünvanlarında asfalt örtüyünün təmir işləri) satınalınması üzrə 296 365.61 məbləğinə satınalma müqaviləsi 18.12.2020-ci il tarixdə “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanılıb.

Xəzər rayon Mənzil kommunal Təsərrüfatı Birliyi tərəfindən 09.12.2020-ci il tarixdə kommunal təyinatlı maşın və mexanizmlərin satınalınması üzrə 457 151.35 manat dəyərində tenderin qalibi “İMPROTEX TRUCKS AND BUSES” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və əsas şərtlər toplusunda göstərilmişdir

09.12.2020-ci il tarixdə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə keçirilmiş tenderin qalibi “AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və MMC ilə birlik arasında 158 120 manat müqavilə bağlanıb.

Birlik tərəfindən avadanlıqların satınalınması üzrə keçirilmiş tenderin nəticələri də 09.12.2020-ci il tarixdə açıqlanıb və “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” Qapalı Səhmdar Cəmiyyəti ilə 434 263.6 manat məbləğində müqavilə bağlanıb.

Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 23.11.2020-ci il tarixdə Dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə keçirdiyi tenderi də “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” Qapalı Səhmdar Cəmiyyəti udub və aralarında 174 657.7 manat müqavilə bağlanıb.

07.10.2020-ci il tarixdə abadlaşdırma xidmət haqqının ödənilməsi (Asfalt örtüyün təmiri işləri) üzrə birlik tərəfindən keçirilmiş tenderin qalibi “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti olub və 249 153.06 manat məbləğində dövlət sifarişinin həyata keçirilməsi üçün müqavilə bağlanılıb.

Qeyd edək ki,tender elanlarında işin başlanma tarixi ilə bitmə tarixi arasında cəmi 12 gün var.Bu müddət ərzində göstərilən işlərin həyata keçirilməsi mümkündürmü? Birliyin müqavilə bağladığı şirkətlərin buna maddi texniki bazası varmı? Yoxsa elə Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri, texnikaları,fəhlələri işləyəcək, əmək haqqları isə saxta MMC-lər vasitəsi ilə silinəcək?Bu O MMC-lərdir ki,Birlik onların bəziləri ilə ötən il başqa ad altında yarım milyon manat dəyərində müqavilələr bağlamışdı.Bunu Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov da,Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Böyükağa İslamov da,biz də yaxşı bilirik.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xəzər rayonuna yeni icra başçısı təyin edilib

    Xəzər rayonuna yeni icra başçısı təyin edilib ...

    5-02-2019, 17:16

  • 
  • Xəzər rayonunun icra başçısı işdən çıxarıldı

    Xəzər rayonunun icra başçısı işdən çıxarıldı ...

    22-12-2018, 16:36

  • 
  • Xəzərin qoynunda talanan Xəzər rayonu – Gülağa İslamovun qanunsuz sərəncamlarından əziyyət çəkənlər çarəsizdir

    Xəzərin qoynunda talanan Xəzər rayonu – Gülağa ...

    22-05-2018, 15:30

  • 
  • İcra başçısı qanunsuz hasarladığı ərazidə pivə zavodu tikdirmək istəyir? – FOTOLAR

    İcra başçısı qanunsuz hasarladığı ərazidə pivə ...

    16-12-2017, 15:20

  • 
  • İcra başçısının qaranlıq 19 ili…

    İcra başçısının qaranlıq 19 ili… ...

    22-11-2014, 01:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu