Hadisə Şirvan şəhərində baş verib. Səhhətində problemlər olan Şirvan şəhər sakini Səmədova Gül-çiçək Aslan qızı Şirvan şəhər Mərkəzi xəstəxanasına yaxınlaşaraq ona hər ay dövlət tərəfindən verilən dərmanları istəyib.
Xəstəxana əməkdaşları isə deyib ki, dərman yoxdur. Bu əsnada xəstə ilə əməkdaşlar arasında mübahisə yaranıb, Şirvan Mərkəzi xəstəxanasının baş həkimi İlham Mustafayev G. Səmədovanın itələyərək yıxıb. Qadının övladı iddia edir ki, anamın halının pisləşdiyini görən baş həkim onu Təcili Tibbi Yardım avtomobili ilə evə yollayıb. Nəzərinizə çatdıraq ki Gül-çiçək Səmədova uzun illərdir ki, bronxial astma və nevrozdan əziyyət çəkir /Aktualxeber/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?