Şirvan Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi komaya düşüb
Məlumata görə, Fərhad Səfərov 1 həftə öncə qəfildən şəkərinin kəskin artması nəticəsində koma vəziyyətinə düşüb və Bakıya xəstəxanaya qaldırılıb.
Baş həkimin ölüm vəziyyətinə düşməsinin səbəbi var. İddialara görə, F.Səfərovun kritik duruma düşməsinin səbəbkarı Şirvanın icra başçısı, müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Mərdan Camalov olub.
Deyilənə görə, M.Camalov baş həkimə ötən ilki aylarda olan aylıq pulun azaldılmamasını bildirib. Baş həkim Fərhad Səfərov isə bu ilki büdcənin məlum iqtisadi böhran ucbatından kəsildiyini və əvvəlki illərin qazancının olmadığını desə də, icra başçısı qəbul etməyib.
İcra başçısı baş həkimi əlavə qazancı səhiyyə naziri Oqtay Şirəliyevə çatdırmaqda ittiham edib. Bu mübahisə böyüyüb və baş həkim evinə gələrək ciddi əsəb keçirtdiyindən şəkəri qalxıb, komaya düşüb.
O, dərhal Bakıya Sağlamlıq Mərkəzinə aparılıb. Deyilənə görə, M.Camalovla F.Səfərovu üz-üzə qoyan icra başçısının humanitar məsələlər üzrə müavini Elmira Ağayeva olub.
Baş həkim komaya düşəndən sonra Elmira Ağayeva xəstəxanaya gedib. Xəstəxanada baş həkimin əvəzindən göstəriş və tapşırıqlar verir. İddialara görə, M.Camalovu idarə, müəssisə rəhbərləri ilə üz-göz edən Elmira Ağayevadır.
Yazıda adı keçən tərəfləri bu iddialarla bağlı dinləməyə hazırıq.(pia.az)
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?