GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Yazdılar, pozdular, dedilər, “hə, qəzalıdır, pis vəziyyətdədir” - GİLEY

“Yazdılar, pozdular, dedilər, “hə, qəzalıdır, pis vəziyyətdədir” - GİLEY

Tarix: 4-01-2021, 10:48 Bölmə :GündəmXəbər / Manşet Baxış: 324
“Yazdılar, pozdular, dedilər, “hə, qəzalıdır, pis vəziyyətdədir” - GİLEY


Bura Göyçayın Yalman kəndində 5 nəfərlik ailənin yaşadığı evdir. Ailə şəraitsizlikdən gileylənir, yağışda-qarda evlərinin damından əşyalarının üstünə, yataqlarına daman sudan bezdiklərini deyir. Evin bəyi, 31 yaşlı Heydər İslamov işsiz olduğunu söyləyir. Deyir, bu il ailəsinin yaşam şəraiti daha da ağırlaşıb. Pandemiya dövrü evdən çıxmaq da, iş tapmaq da çətinləşib.

“Əvvəllər yenə günəmuzd işlər görürdüm. Kənddə onun-bunun evində işləyir, 3-5 manat qazanırdım. Pandemiya oldu, ardınca müharibə, insanların vəziyyəti ağırlaşdı. Kimi işini itirdi, kimi yaxınını. Bir sözlə, insanların ya həyətində adam işlətməyə pulu yoxdur, ya da o hayda deyillər”.

Heydər İslamov deyir ki, olan onun kimi ailəsini fəhləliklə dolandıranlara olub: “Qaldıq işsiz, pulsuz. Şikayət etməyə çox şey var. Görün evin vəziyyəti necədir ki, ondan yapışmışıq. Artıq yaşanası halda deyil. Qarnına çörək tapmayan biri ev təmirinə pulu haradan alsın?”

Evin xanımı Ülviyyə İslamova isə bildirir ki, yorğanın üstündən sellofan sərib yatmaqdan beziblər. Qışda tavan damdığı üçün ev rütubət olur. Üstəlik, evin müxtəlif yerlərindəki dəlik-deşiklər otaqların qızmasına mane olur: “Uşaqlara yatanda da tapşırıram ki, sağa-sola çönməyin. Sellofan yerə düşər, yorğan su olar. Qışın günü qurutmaq da çətindir. Yatanda da rahatlığımız yoxdur. Başqa dərd də evin isidilməsidir. Gərək sobanı bütün günü yandırıb yanında oturasan. Aralanan kimi adam soyuqdan donur. Bütün günü sobanı yanılı saxlamaq da olmur. Qaz çıxır kəllə-çarxa. Sonra ödəyə bilmirik, kəsirlər. Dərd bir deyil ki...”.

Bu ev Heydər İslamova babasından qalıb. Deyir, azı 65 ilin evidir. Atası da bu evdə böyüyüb. Bu gün isə tam qəzalı vəziyyətdədir, arxası tamamilə sökülüb: “Elə bilirsən çöldə oturmusan. Yaşayışa yaramır. Bir otaqdır, bir də zal. 5 nəfər yaşayırıq burada. Uşaqlar, yoldaşım və xəstə anam. Nə təmir edə bilirik, nə də başqa ev tikməyə imkanımız var. Vəziyyət belədir ki, dövlət işlə təmin etsə, işləyər, heç kimə möhtac olmaram. Amma etmir, iş yerləri yoxdur, hara müraciət edirsən, işlə təmin etmirlər. Sosial yardım desən, vermirlər, uşaq pulu yoxdur. Vətəndaş nə etsin, necə dolansın? Belə olan halda dövlət zəhmət çəkib ehtiyacı olanlara yardım əlini uzatsın. Neft ölkəsidir, satılan neftdən hamıya nəsə düşür”.

İslamovlar ailəsi müraciət etmədikləri yerin qalmadığını söyləyirlər. Şikayətlərinə isə baxan olmayıb: “Onu da deyim ki, uşaqlar məktəbə getməlidir, bu il virusa görə qaldı. İnanın, biz sevindik. Çünki məktəbə uşaq göndərmək hara, biz hara. Gələn ilə bəlkə nəsə bir imkan edə bilərik, ona da əmin deyiləm, bilmirəm”, - Ülviyyə İslamova deyir.

Heydər İslamov isə deyir ki, evin qəzalı olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) də müraciət ediblər, maraqlanan olmayıb. Ancaq bir müddət əvvəl yerli icra hakimiyyətindən nümayəndə gəlib, evə baxıb: “Yazdılar, pozdular, dedilər, “hə, qəzalıdır, pis vəziyyətdədir”. Sonra da çıxıb getdilər. Bu günədək bir xəbər çıxmayıb. Vallah, çox çətin şəraitdə yaşayırıq. Uşaqlara yemək çatdıra, aylıq kommunal xərclərimizi ödəyə bilmirik. Ən sadə ehtiyaclarımızı almaq çətindir. Uşaqların biri 1, digəri 2-ci sinifdə oxumalıdır. Mənim isə dəftər-qələm almağa belə pulum yoxdur”.

Heydər İslamov Prezident İlham Əliyevdən kömək istəyir. Deyir, o da atadır, onu anlayar: “Övladlarımın, ailəmin yanında üzüqarayam. İş yox, bir qəpik gəlir yox, yardım, pensiya düşmür, evim də şəraitsiz. Xahiş edirəm, mənə kömək edin, kiçik bir əl uzadın, bir tərəfə çıxım. Yoxsa bunun adı yaşayış deyil”.

“Yazdılar, pozdular, dedilər, “hə, qəzalıdır, pis vəziyyətdədir”./dia.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Göyçayda sakinləri dinləyən yoxdur - GİLEY

    Göyçayda sakinləri dinləyən yoxdur - GİLEY ...

    9-11-2020, 12:37

  • 
  • Qəzənfər Ağayev kimi başçın varsa... - Bir ailənin faciəvi durumu...

    Qəzənfər Ağayev kimi başçın varsa... - Bir ...

    23-11-2020, 10:12

  • 
  • Pandemiya suriyalı qaçqınların vəziyyətini daha da ağırlaşdırıb

    Pandemiya suriyalı qaçqınların vəziyyətini daha ...

    27-05-2020, 12:30

  • 
  • Alimpaşa Məmmədovun bu ailədən xəbəri varmı? - GİLEY

    Alimpaşa Məmmədovun bu ailədən xəbəri varmı? - ...

    1-05-2020, 12:20

  • 
  • “İcra hakimiyyətinə çox yalvardım” - GİLEY

    “İcra hakimiyyətinə çox yalvardım” - GİLEY ...

    24-04-2020, 13:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu