GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Nəcməddin Sadıkovun yerinə Kərəm Mustafayev gətirilir?

Nəcməddin Sadıkovun yerinə Kərəm Mustafayev gətirilir?

Tarix: 5-01-2021, 10:34 Bölmə :GündəmXəbər / Manşet Baxış: 565
Nəcməddin Sadıkovun yerinə Kərəm Mustafayev gətirilir?


Son vaxtlar Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun gözdən itməsi bəzi söz-söhbətlərin yayılmasına səbəb olub. Bir çoxları general-polkovnikin Rusiyaya işlədiyi və məxfi məlumatları Moskvaya ötürdüyü üçün cəzalandırıldığını bildirsə də, hələ ki, bu iddia rəsmən təsdiqlənməyib. N.Sadıkovun vəzifəsindən qovulması barədə də Prezident Sərəncamı yoxdur. Baxmayaraq ki, onun adı Müdafiə Nazirliyinin rəsmi saytından silinib.

Məhz bu arqumentdən çıxış edən müşahidəçilər Nəcməddin Sadıkovun qələminin artıq qırıldığını və yerinə hətta yeni birinin təyin olunduğunu düşünürlər.

Gundemxeber.Az bildirir ki, Ovqat.com-un Ordudakı mənbələrdən əldə etdiyi məlumatlar bu versiyaları təsdiqləyir. İddiaya görə, Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargahının yeri rəisi vəzifəsi Kərəm Mustafayevə həvalə oluna bilər.

Qeyd edək ki, 58 yaşlı Kərəm Mustafayev hazırda Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanıdır. 1962-ci ilin 1 iyul tarxində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olan Kərəm Mustafayev 1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirləri məktəbini, 2002-ci ildə Naxçıvan Dövlət Universitetini, 2006-cı ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib.

Hərbi xidmətə 1983-ci ildə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri kimi başlayan Kərəm Mustafayev SSRİ dağılana qədər müxtəlif hərbi hissələrdə baş bölük komandiri və tabor komandiri vəzifələrinə qədər yüksəlib. Hərbçinin ulduzu SSRİ-nin dağılmasıyla parlayıb.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tabor komandiri kimi işə başlayan zabit qısa müddət ərzində Əlahiddə Gücləndirilmiş Motoatıcı briqadanın qərargah rəisi-briqada komandirinin müavini, Əlahiddə Gücləndirilmiş Motoatıcı briqadanın komandiri, Motoatıcı diviziya komandiri, Ordu korpusunun komandiri vəzifələrinə qədər yüksəlib.

14.05.2014-cü il tarixdə isə o, indiyədək hərbi karyerinin ən yüksək pilləsinə çıxmağı bacarıb: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Müdafiə nazirinin müavini — Əlahiddə Ümumqoşun Ordu Komandanı vəzifəsinə təyin olunub.

Xatırladaq ki, ermənilərin ötən ilin iyul ayından başlayaraq Azərbaycana hücumları zamanı Türkiyə Milli Müdafiə Nazirliyinin ən sıx əlaqə saxladığı general Kərəm Mustafayev idi. İyulun 12-də ermənilərin Tovuz rayonuna hücumları bitəndən dərhal sonra Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar Naxçıvana səfər etmiş və iyulun 17-də Kərəm Mustafayevlə görüşmüşdü. II Qarabağ döyüşlərində Naxçıvan xüsusitəyinatlılarının xüsusilə fərqlənməsi də bu mənada təsadüfi sayılmır. İddialara görə, Türkiyə Silahlı Qüvvələri Azərbaycandakı 5-ci kolona bağlı generallardan çox Naxçıvandakı Əlahiddə Orduya önəm vermiş və müasir hərbi nizam-intizama uyğun komando yetişdirilməsini kiçik torpaqda həyata keçirmişdi. Kərəm Mustafayevin də bu işdə Türkiyə Silahlı Qüvvələrinə böyük dəstəyi olmuşdu. Təsadüfi deyil ki, II Qarabağ döyüşləri ərəfəsində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkov “itkin düşdükdən” sonra Ankara ilə bir sıra önəmli görüşləri Kərəm Mustafayev aparmışdı. II Qarabağ müharibəsi bitdikdən sonra dekabrın 24-də Kərəm Mustafayevin Ankaraya səfər etməsi və Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi Yaşar Gülərlə başa-baş görüşməsi də ona göstərilən böyük etimaddan xəbər verir.

Bununla belə, Kərəm Mustafayevin Naxçıvandan Bakıya transfer edilməsinin Muxtar Respublikaya zərəri olacağını düşünənlər də az deyil. Çünki Muxtar Respublikada “xan” iradəsinə tabe olmayan yeganə rəsmi şəxsin Kərəm Mustafayev olduğu bəllidir. Məhz Kərəm müəllimin səyi nəticəsində Naxçıvan tam “xanlıqlaşdırılmayıb”. Əlahiddə Ordu Naxçıvanda xanlıq rejimi qarşısında yeganə əngəl kimi dayanıb və dayanmaqdadır. İndisə Kərəm Mustafayevin SQ-nin Baş Qərargan rəisi vəzifəsinə gətirilməsi Muxtar Respublikada “xan” rejimini gücləndirə bilər.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nəcməddin Sadıkovun vəzifədən çıxarılma xəbərinə rəsmi reaksiya - Nazirlikdən açıqlama

    Nəcməddin Sadıkovun vəzifədən çıxarılma xəbərinə ...

    10-05-2016, 22:43

  • 
  • Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun işdən çıxarılması ilə bağlı iddialara aydınlıq gətirib

    Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun işdən ...

    21-07-2020, 17:42

  • 
  • ŞOK: NƏCMƏDDİN SADIQOV RUSİYADA ƏBƏDİLƏŞDİ

    ŞOK: NƏCMƏDDİN SADIQOV RUSİYADA ƏBƏDİLƏŞDİ ...

    11-05-2016, 13:44

  • 
  • Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ABŞ-a gedib

    Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah ...

    21-10-2017, 19:14

  • 
  • Etibar Pirverdiyevdən sonra Nəcməddin Sadıkov da "vurulacaq“?

    Etibar Pirverdiyevdən sonra Nəcməddin Sadıkov da ...

    8-09-2018, 14:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu