Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə məxsus yaşayış binaları kompleksinin olduğu üzə çıxıb.
Gundemxeber.Az KAiM.az-a istinadla bildirir ki, Çexiyada Allahşükür Paşazadəyə məxusus çox sayda mülklərinin olması barədə facebook və youtube sosial şəbəkələrində video və fotolar yayılıb. Bildirilir ki, Çexiyanın Karlovı Varı şəhərində Allahşükür Paşazadəyə məxsus uzunluğu 200-250 metr olan yaşayış kompleskində yüzədək mənzil var. Yaşayış kompleksi şəhərin ən çox turist cəlb edən bahalı Libusina 2120/21 (Karlovy Vary Libušina 2120/21) ünvanında, İmperial otelinin yaxınlığındadır. Bu məşhur rayonda Hollivud ulduzlarının ən tanınmış simalarının da yaşadıqları iddia olunur.
Onuda qeyd edk ki, vaxtı ilə efirlərin birinə vicdanın nə olduğunu bilmədiyini öz diliylə söyləyən Allahşükür Paşazadənin digər xarici ölkələrdə də mülk və şirkətlərin olması barədə ölkə mediasında çox saylı yazılar tirajlanıb. Ətraflı videoda:
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?