«Munscanner» saytı dekabrın əvvəlində Çexiyada mülkləri olan azərbaycanlıların siyahısını dərc edib. Məqalədə deyilir ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin «Karlovy Vary Libušina 2120/21» ünvanında mənzili var. Onun qardaşı, deputat Cavanşir Paşazadənin də mənzili «Karlovy Vary Libušina 2120/21» ünvanında yerləşir. Yazıda qeyd olunur ki, bu ünvanda «Bohemia» mənzil kompleksi yerləşib ki, burada mənzilin kvadratmetri hazırda 3 min 900 avrodur.
Adil Əliyevin mülkü.
1.2 MİLYON AVROYA SATILAN ŞİRKƏT
Saytda adı çəkilən digər məmur vergilər nazirinin müşaviri Mahir Rəfiyevdir. «Karlovy Vary Palackého náměstí 1358/8» ünvanında yerləşən mülk «ZODIAC Immobilienbesitz s.r.o.» şirkətinə məxsusdur.
ƏLİYEVLƏR AİLƏSİNƏ BAĞLI MÜLKLƏR
«Munscanner» saytı Əliyevlər qardaşlarının da mülklərini siyahıya salıb. Deputat Adil Əliyev 2001-ci ildən 2012-ci ilədək «WEST END CENTRE» şirkətinin rəhbəri olub. OCCRP-nin 2012-ci ildə dərc etdiyi araşdırmada Adil Əliyevin də adı çəkilirdi. Bundan sonra o, şirkətdəki payından imtina edib. Adil Əliyevin «Karlovy Vary Bulharská 305/33» ünvanında mənzili var.
«Karlovy Vary Zahradní 616/1» ünvanında da Əliyevlər ailəsinə bağlı üç mənzil qeyd olunur: 1. Aliyeva Aybaniz, Zahradní 616/1, 36001 Karlovy Vary 15655/96578 2. WEST END CENTRE s.r.o., Zahradní 616/1, 36001 Karlovy Vary 35974/96578 3. RAN LIMITED s.r.o., Zahradní 616/1, 36001 Karlovy Vary 15655/9657 Bundan başqa, sayt Adil Əliyevin qardaşı Allahverdi Əliyevə, eləcə də Adil Əliyevin oğlu Ruslana aid mülkləri sadalayır: 1. Aliyev Ruslan, V. Mamedova 16, Baku, Ázerbájdžánská republika 1148/264361 2. Aliyeva Natavan, V. Mamedova 16, Baku, Ázerbájdžánská republika 1148/264361 3. MCP Aliyev Allahverdi a Aliyeva Tamara, Zahradní 616/1, 36001 Karlovy Vary 2296/264361 Qeyd edək ki, prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyev Çexiyanın kurort şəhəri Karlovı Varıda daşınmaz əmlakının olması barədə xəbəri təkzib edib. Adil Əliyev isə deyib ki, Karlovı Varıdakı evlər Bakının Sulutəpə qəsəbəsindəki mənzillərlə, demək olar, eyni qiymətədir: «Mənim Karlovı Varıda evim var. Burada qeyri-adi nə var ki?! Həmin evi hər kəs ala bilər».
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?