GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gəncəlilər Fikrət Məmmədovdan kömək istəyir - "İcra məmurlarının özbaşınalığından bezmişik!"

Gəncəlilər Fikrət Məmmədovdan kömək istəyir - "İcra məmurlarının özbaşınalığından bezmişik!"

Tarix: 14-01-2021, 10:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 295
Gəncəlilər Fikrət Məmmədovdan kömək istəyir - "İcra məmurlarının özbaşınalığından bezmişik!"


İcra özbaşınalığından təngə gələn şikayətçi yenidən ədliyyə naziri cənab Fikrət məmmədova şikayət edib.

Şikayətçi "Demokratik.Az"-a müraciət edərək probleminin ictimailəşdirilməsini, haqq səsinin yuxarı dövlət orqanlarına açıq məktubla da çatdırılmasını xahiş edib.
Şikayətçi son müraciətində aşağıdakıları yazır:

"Gəncə şəhər İcra idarəsinin icra məmuru İlkin Qədimov İcra idarəsinin rəis müavini Ələmdar İbrahimovun tapşırıqlarına və göstərişlərinə əsasən Gəncə şəhəri, Bakı küçəsi 70 saylı ünvana dair Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli qiyabi qətnamə və eyni məhkəmənin 12 fevral 2020-ci il tarixli qərardadını icra etmək istəmir və ya min bir bəhanələr gətirərək icra işini yerinə yetirməkdən boyun qaçırır.

İcra məmuru İlkin Qədimov qərəzli şəkildə bildirir ki, 12 fevral 2020-ci il tarixli qərardadı icra edə bilmərəm. DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsindən mənə təzyiqlər göstərilir ki, “Gəncə şəhəri 70 saylı mülkə dair qəti həbs qərarını” yerinə yetirməyim.

Mübahisəli mülk üzərində həbs qərarının olmasına baxmayaraq, DƏDRX-nin 3 saylı Ərazi İdarəsinin öncəki rəislərinin edə bilmədiyi, özünün dediyi kimi “arxası möhkəm olan” məmur Abdulla Abdullayev “işin tamamlanmasını” öz üzərinə götürərək mübahisəli mülkün satılması üçün 5 saylı Notariat Kontora sənəd təqdim etmişdir.

DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin korrupsioner rəisi Abdulla Abdullayev bilərəkdən qanunu qüvvəyə minmiş Məhkəmə qərarlarına nəinki tabe olmur, hətta öz vəzifəsindən sui-istifadə edərək, Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülklə bağlı Gəncə Nizami rayon Məhkəməsinin 12.02.2020-ci il tarixli qəti həbs qərarının olmasına,

Quliyeva Sayidə Tahir qızının Gəncə şəhəri Bakı küçəsi 70 saylı ünvanda qeydiyyatda olmasına, Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülkün Quliyeva Sayidə Tahir qızına məxsus olmasına baxmayaraq qanunsuz olaraq 09.07.2011-ci ildə Həsənova Qəribənin adına verilmiş çıxarışla mübahisəli mülk 27 iyul 2020-ci il tarixdə 5 saylı DNK-da bağlanılmış alqı-satqı müqaviləsinə əsasən Həsənova Qəribə Hümbət qızının Nağıyev İsrəfil Əli oğluna verilən etibarnaməsi ilə Məmmədova Sevda Hidayət qızına satılmışdır.

Dəfələrlə bildirmişəm Həsənova Qəribə Hümbət qızına verilmiş 09.07.2011-ci il tarixli (Reyestr nömrəsi:201013002666-10301) çıxarış Gəncə Apellyasiya Məhkəməsinin 22.01.2013-cü il tarixli, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 11.09.2013-cü il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09.12.2013-cü il tarixli, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 12.03.2014-cü il tarixli qərardadlarına əsasən ləğv olunmuşdur.

02.08.2020-ci il tarixdə “icra məmuru tərəfindən uzun müddət tapıla bilinməyən Quliyeva Sayidə əlləri bağılı şəkildə iki nəfər polisin” müşayəti ilə Gəncə İcra Baş İdarəsinə gətirilərək ərizəsi alınmış, Qiyabi qətnamənin onun iştirakı olmadan baxıldığını əsas gətirərək qətnamənin ləğv olunmasını tələb edir. Əsas məqsəd mübahisəli mülk üzərinə qoyulmuş həbsin ləğv olunmasıdır.

Daha sonra Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İlkin Qədimov Gəncə Nizami rayon Məhkəməsinə Qiyabi qətnamənin ləğvi ilə bağlı Təqdimat vermiş, Məhkəmənin hakimi Kənan Hüseynov tərəfindən 17 oktyabr 2019-cu il tarixli qiyabi qətnamə ləğv edilmiş və yeni 02 oktyabr 2020-ci il tarixli “Əyani” qətnamə çıxarılmışdır.

Yeni çıxarılmış qətnamə əsasında icra məmuru İlkin Qədimov 24 noyabr 2020-ci il tarixdə Qərar qəbul edir və Quliyeva Sayidə Tahir qızının Gəncə şəhəri Bakı küçəsi 70 saylı ünvanda qeydiyyatda olmasına baxmayaraq, növbəti dəfə icra işini yerinə yetirmək əvəzinə icra məmuru İlkin Qədimov qanunsuz və əsassız şəkildə heç bir hüquqi və qanuni əsası olmadan icra sənədini ərazi aidiyyatı üzrə Bakı şəhəri Suraxanı rayonu İcra və Probasiya Şöbəsinə göndərir və bildirir ki, borclu Quliyeva Sayidə hazırda Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi, Bülbülə küçəsi 2 ünvanda yaşayır. Borclunun Bakıda daimi yaşamasına dair heç bir qurumdan hər hansı arayış və ya sənəd alınıb icra işinə əlavə edilməmiş, yalnız borclunun telefon zənginə əsaslanaraq, qanunsuz şəkildə icra işini başlarından etmək üçün bu cür qənaətə gəlinmişdir.

Borclu Quliyeva Sayidə Tahir qızının mənə ödəməli olduğu 29860 (iyirmi doqquz min səkkiz yüz altmış) manat pulun verilməsi üçün müxtəlif bəhanələr gətirərək qətnaməni icrasını yerinə yetirməkdə səhlənkarlıq edir.
Sizdən Qarabağ müharibəsi müharibəsi veteranının anası kimi xahiş edirəm, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru İlkin Qədimov barəsində inzibati qaydada tədbir görülməsinə, Gəncə şəhəri üzrə İcra İdarəsində baş verən özbaşınalıqlara, qanunsuzluqlara son qoyulmasına, öz vəzifələrindən sui-istifadə edən məmurlar barəsində inzibati qaydada tədbir görülməsinə, haqq-ədalətin bərqərar olunmasına köməklik edəsiniz".

P.S - Müstəqil media orqanı olaraq şikayəti Azərbaycan Respublikasının Ədliyyə nazirliyinə ünvanlamaqla dövlət və dövlətçiliyimizin keşiyində dayanan, öz nazirlik missiyasını uzun illərdir şərəflə və vicdanla yerinə yetirən hörmətli nazirimiz cənab Fikrət Məmmədovdan xahiş edirik ki, yuxarıda qeyd olunanlara biganə qalmasın və özbaşınalıqla məşğul olan icra məmurlarının ciddi cəzalandırılmasını təmin etsin!
İnanırıq ki, şikayətçinin haqq savaşında ədalət gec də olsa nazirimizin diqqətilə zəfər şalacaq...

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Məhkəmə həbsində olan evi satıb, əşyalarımı da talan ediblər" - Nazirə şikayət olundu

    "Məhkəmə həbsində olan evi satıb, əşyalarımı ...

    16-09-2020, 11:16

  • 
  • Gəncə icra şöbəsində səhlənkarlıq - 30 minlik əmlak necə yoxa çıxıb?

    Gəncə icra şöbəsində səhlənkarlıq - 30 minlik ...

    19-05-2020, 15:41

  • 
  • Dələduzluqla üzləşən gəncdən şikayət

    Dələduzluqla üzləşən gəncdən şikayət ...

    11-10-2016, 14:32

  • 
  • İcra başçısını döyən polis cəzalandırıldı

    İcra başçısını döyən polis cəzalandırıldı ...

    14-12-2012, 13:12

  • 
  • İcra başçısının müavini vəzifəsindən azad edildi

    İcra başçısının müavini vəzifəsindən azad edildi ...

    3-04-2020, 14:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu