Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin cinayət dosyesi ilə tanış olanda diqqətimi bir maraqlı və 1 də təəccüblü məqam çəkdi.
Maraqlı məqam odur ki, prezidentin sərəncamı ilə tikilən jurnalistlər üçün mənzil tikintisindən 6 milyon manata qədər vəsait oğurlanıb. İkincisi, Vüqar Səfərli oğurladığı 5 milyon 796 min manatı 2015-2018-ci illər ərzində kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına yerləşdirib. Hər ikisi maraqlı məqamlardır. Birincisi ona görə ki, əgər siyasi elitaya daxil olmayan məhdud səlahiyyətli ortadan aşağı ranqlı şəxs hətta jurnalistlər üçün ayrılan vəsaitdən 6 milyon manata qədər vəsait oğurlaya bilirsə, onda görün, dövləti vəzifə tutan orta və yuxarı ranqlı məmurlar nələr oğurlayırlar. Təəccüblü məqam odur ki, birinin bank hesabında 20 min manatdan çox vəsait daxil olanda Maliyyə Monitorinqi Xidmətinə dərhal məlumat verildiyi halda 2015-ci ildən sonra hesabına 5 milyon 796 min manatı yatıran Vüqar Səfərli barədə məlumat 5 il gizli saxlanılıb, sonra aşkarlanıb. Ona görə də mən hesab edirəm ki, prezident də daxil olmaqla bütün vəzifəlilər hər il maliyyə məlumatlarını, gəlirləri və əmlakı barədə məlumatları dərc etməlidir.
P.S. "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
P.P.S. YAP Nərimanov rayon təşkilatı sədrinin müavinidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?