GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qarabağ Qazisi məhkəmələrdə süründürülür - 2 aydan sonra ayrılan vəkil də şikayəti yazmır

Qarabağ Qazisi məhkəmələrdə süründürülür - 2 aydan sonra ayrılan vəkil də şikayəti yazmır

Tarix: 15-01-2021, 12:54 Bölmə :GündəmXəbər / Manşet Baxış: 645
Qarabağ Qazisi məhkəmələrdə süründürülür - 2 aydan sonra ayrılan vəkil də şikayəti yazmır


"Qarabağ qazisi Xaliq Abbaszadəyə qarşı Ədliyyə Nazirliyinin Suraxanı rayonu icra və probasiya şöbəsinin icra məmuru Vüsal Əliyevin reketliyi 5-ci ildir sürür. Bu başabəla icra məmuru məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və təbii ki, məhkəmənin verdiyi icra sənədi olmadan düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisinin həm pensiyasını ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə məktub verərək yarıqat etdirib, həm də daşınar-daşınmaz əmlakına, 10 il qabaq satdığı yük maşınına həbs qoydurub, həm də reabilitasiya vasitəsi olan “əlil avtomobili”nə. Azğınlığı, özbaşınalığı təsəvvür edə bilirsiniz?"

Gundemxeber.Az xəbər verir ki, bu barədə DİA.AZ-a göndərilən məqalədə bildirilir.

Məqalədə daha sonra deyilir: "Amma hələ də nə Ədliyyə Nazirliyinin, nə Məhkəmə Hüquq Şurasının, nə məhkəmə instansiyalarının, nə Ombudsmanın , nə ƏƏSMN -in ,nə hüquq-mühafizə orqanlarının sıradan yetkililərindən tutmuş rəhbərliyinə kimi bu yekəlikdə dələduzluğu, azğınlığı, özbaşınalığı, korrupsiyanı nəinki görməyə, təsəvvür etməyə belə vəzifə borcları imkan verir. DÜŞMƏN GÜLLƏSİNİN AĞ CİYƏRİNİN ÜÇDƏN İKİSİNİ, YERLİ MƏMURLARIN PENSİYASININ YARISINI, ƏMLAKININ HAMISINI APARDIĞI, XARİCDƏ MÜALİCƏYƏ EHTİYACI OLAN QARABAĞ QAZİSİNƏ QARŞI İCRA, MƏHKƏMƏ, SOSİAL-İQTİSADİ, VƏKİL DƏLƏDUZLUĞU 7 İLDİR SÜRÜR! (?)

Qarabağ qazisinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə Suraxanı icra və probasiya şöbəsinə və icra məmuru Vüsal Əliyevə qarşı iddiasını hakim Zaur Tağıyev iclasa bildirişi vaxtından bir həftə gec verməklə tərəflərin iştirakını təmin etmədən mümkün saymayıb ki, ümumi məhkəmədə baxılmalıdır. Hər iki yuxarı instansiya da icra məmurunun təzyiqi ilə bu absurd qərardadı qüvvədə saxlayıb. ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı qazinin iddiasını hakim Miminat Hacıbəyova mümkün saymayıb ki, qazi pensiyasının yarıqat edilməsi ilə ona ziyan dəyməsini sübut edə bilməyib. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası da bu absurdluğu qüvvədə saxlayıb. Lakin Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası aşağı instansiyanın qərardadını ləğv edib və işi yenidən baxılmaq üçün apellyasiya instansiyasına, apellyasiya instansiyası da öz növbəsində Bakı İnzibati Məhkəməsinə göndərib. Burada iş yenidən qərardadı ləğv edilən Miminat Hacıbəyovaya verilib və bu hakim bir illik süründürməçilikdən sonra iclas təyin edib. İddiaçı qazinin hakimə etirazı qəbul olunsa da, bu, ona baha başa gəlib. Yeni hakim Nəriman Abıyev yuxarı instansiyaların ləğv etdiyi qərardadı yenidən qəbul edərək iddianı mümkün saymayıb ki, pensiyasını kəsən cavabdeh DSMF-ə müraciət etməyib ! (?) Qərəzi görürsünüz, Qarabağ qazisinin pensiyasını onu verməyə təhkim edilən ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsi başqasına ödəyir və bərpa etmir, əksinə, dələduzlarla birləşib Vətəni müdafiə edərkən əlil olmuş qazinin dərman pulunu yeyir, məhkəmə isə onun sözü ilə pensiyaçının cavabdehə müraciət etmədiyi “əsası” ilə iddianı mümkün saymır! (?) Belə VİCDANLA QAZİ PENSİYASINA QOVUŞA BİLƏR?

Qazinin Bakı İnzibati Məhkəməsinin qərardadından şikayətinə ƏƏSMN -in təzyiqi ilə “baxan” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (sədrlik edən və məruzəçi hakim Mirzə Tağızadə, hakimlər Vüsalə Baxışova və Xumar Mərdanova ) 20.10.2020 tarixli qərardadla aşağı instansiyanın absurd qərardadını qüvvədə saxlayıb. Qarabağ qazisinin 2 aylıq şikayətlərindən sonra, axırı ki, Bakı Apellyasiya Məhkəməsi 04.12.2020 tarixli qərardadla Qarabağ qazisini kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edib və qərardadın icrasını Vəkillər Kollegiyasına tapşırıb. Lakin artıq 40 gündür VK qərarın icrasını təmin etməkdən imtina edir. 40 gündən sonra VK-dan Qarabağ qazisinə 9 saylı vəkil bürosundan Gülbala Zamanovun ona vəkil edildiyi bildirilib. Ayrılan vəkil isə işə çıxıb, şikayəti yazmaq yerinə, Qarabağ qazisindən Bakı Apellyasiya Məhkəməsindən iş üzrə sənədləri götürməyi tələb edir! (?) Bu da “peşəkar” vəkil xidməti! Bilmək olmur, vəkil niyə məhkəmə qərarını icra edib , işə çıxıb şikayəti yazmır? Axı, bu onun işidir! Vəkil G.Zamanov, deyəsən, işə çıxmağa zamanının olmadığını bildirib. (?)

Hələ ki, Vəkillər Kollegiyası məhkəmənin , gec də olsa, üzərinə qoyduğu tapşırığı 40 gündür icra etmir. Qərardaddan kassasiya şikayəti vermək üçün müddət isə cəmi 10 gündür. Yəqin ki, Ali Məhkəmə ilə Vəkillər Kollegiyasının məhkəmə təminatı hüququna “gec yazıldığına görə kassasiya şikayətinin icraata götürülməsindən imtina” ənənəvi ortaq qadağası qəbul olunacaq . Özbaşınalığa baxın, məhkəmə vəkili gec ayırır, vəkil şikayəti yazmır və ... qazi (lər) məhkəmə təminatı (və sosial təminat ) hüququndan məhrum edilir! (?)"

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhkəmə ədalətsizliyinin beləsi də var... - Ədliyyə Nazirliyinin Suraxanı rayon icra şöbəsindən GİLEY

    Məhkəmə ədalətsizliyinin beləsi də var... - ...

    27-09-2018, 11:11

  • 
  • Nərimanov məhkəməsindən Qarabağ əlillərinə qarşı ağlasığmaz ayrı-seçkilik Nə ərizələrinə baxılır, nə də şikayətləri apellyasiya instansiyasına göndərilir

    Nərimanov məhkəməsindən Qarabağ əlillərinə qarşı ...

    28-12-2019, 12:57

  • 
  • ŞOUMEN MURAD DADAŞOVDAN QARABAĞ ƏLİLLƏRİNİN DİLƏYİ

    ŞOUMEN MURAD DADAŞOVDAN QARABAĞ ƏLİLLƏRİNİN DİLƏYİ ...

    21-12-2018, 16:35

  • 
  • İcra məmurları ilə yol polisinin “stop biznesi ” Toxunulmaz mülkiyyətə yiyəsindən xəbərsiz necə həbs qoyulur?

    İcra məmurları ilə yol polisinin “stop biznesi ” ...

    3-08-2020, 10:35

  • 
  • Məhkəmə, icra, sığorta, "sosial müdafiə" dələduzluğu

    Məhkəmə, icra, sığorta, "sosial ...

    15-01-2019, 17:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu