GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ŞOUMEN MURAD DADAŞOVDAN QARABAĞ ƏLİLLƏRİNİN DİLƏYİ

ŞOUMEN MURAD DADAŞOVDAN QARABAĞ ƏLİLLƏRİNİN DİLƏYİ

Tarix: 21-12-2018, 16:35 Bölmə :GündəmXəbər / Manşet Baxış: 830
ŞOUMEN MURAD DADAŞOVDAN QARABAĞ ƏLİLLƏRİNİN DİLƏYİ


“NURGÜN MOTORS”UN “RƏVAN SIĞORTA”SI QAN HAQQIMIZI YEMƏKDƏN ƏL ÇƏKSİN!

Xalq artisti Murad Dadaşov “Maşın şou”ya bu yol “hind sürəti” verib. Maşın , həmişəki kimi, “Nurgün Motors” şirkətinin payıdır. Bu payda Qarabağ əlillərinin də pensiyasından 350 manat var.

Bu boyda xeyriyyəçi şirkət Qarabağ əlillərinin pensiyasından necə yararlanır? Düz 5 il qabaq düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı , xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Xaliq Abbaszadəyə aidliyi olmayan reabilitasiya vasitəsini –“əlil maşını”nı dayandığı yerdə “ məmur avtoşbalası” Fərid Zakir oğlu Hüseynovun 10 -CK-200 dövlət nömrə nişanlı “Nissan X-Trail”i arxadan vurub “metallomluq” edib. Qarabağ əlillərinin olay yerinə çağırdıqları Suraxanı yol polisi əməkdaşı Tahir İsgəndərov “avtoşbala”nın məmur atasının zəngi ilə rəhbərindən necə göstəriş alıbsa, Qarabağ əlilini alkoqol testindən keçirib, amma eni 15 metr olan yolun kənarında dayanan “əlil maşını”nı arxadan vuran “Nissan”ın sürücüsünü testdən keçirməyi “unudub”.

ŞOUMEN MURAD DADAŞOVDAN QARABAĞ ƏLİLLƏRİNİN DİLƏYİ


Qaydalara görə, alkoqol testindən könüllü -könülsüz imtina isə sürücünün içkili olmasının sübutudur. Di gəl, məmur özbaşınalığı elə “qudurub” ki, eldə deyildiyi kimi, yanan da əlil, yaman da; məhv edilən də “ əlil maşını “ , suçlu da maşına aidliyi olmayan əlil. Onu da vurğulayaq ki, hələ də baş verən olayın protokolu Qarabağ əlilinə verilməyib. Axı, maşına aidliyi olmayan əlil haqqında necə protokol tərtib edilə bilər? Amma protokol tərtib etmədən Suraxanı məhkəməsi 5 il qabaq Qarabağ əlilini 400 manat cərimə edib ki, sürücülük vəsiqəsi olmadan “əlil maşını”na keşik çəkib! (?) 400 manatın faizlə “şişdiyi” nədəni ilə saxta cəriməni ödəməyə məcbur olan Qarabağ əlilinə qarşı bu yol “Nissan”ı sığortalayan “Rəvan sığorta” “səlib yürüşü”nə çıxıb. Törəməsi olduğu “Nurgün Motors”da 10 min manatlıq saxta defekt aktı tərtib etməklə xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlilindən xeyir uman “xeyriyyəçi” şirkətin bu saxtalığını Vergilər Nazirliyinin yoxlaması üzə çıxarıb və həm “Nurgün Motors” , həm də “Rəvan” cərimələnib. Amma “ana-bala” şirkətlər cərimənin əvəzini Qarabağ əlilindən çıxmağa girişiblər. 5 ildir Qarabağ əlili məhkəmə “palatalarında” “müalicədədir”. Suraxanı məhkəməsinin hakimi Ramil Həsənov 2 il öncə “özünü yandırmaqla müalicə üsulunu” , Ədliyyə Nazirliyinin Suraxanı icra məmuru Vüsal Əliyev bu üsulun icrasını da fikirləşiblər. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ,icra sənədi olmadan icra məmuru Vüsal Əliyev Qarabağ əlilinin reabilitasiya vasitəsi olan əmlakına -həm avtomobilinə həbs qoyub, həm pensiyasını məktubla yarıqat edib. Pensiya ödəyən qurum Dövlət Sosial Müdafiə Fondu icra sənədi olmadan icra məmurunun məktubu əsasında (?) avqust və sentyabr aylarında hər ay 150 manat olmaqla Qarabağ əlilinin pensiyasından toplam 350 manatı “Rəvan sığorta” şirkətinin hesabına köçürüb. “İcra haqqında” qanunun 50.2 (əmlaka həbsin yalnız məhkəmə qərarı ilə mümkünlüyü haqqında ) və 68.1.2 ( tələbin xidməti vəzifələrini icra edərkən alınan xəsarətlərə görə ödənilən məbləğlərə yönəldilə bilməzliyi) maddələrini dövlət qulluğuna testlə “ girən” icra məmuru (və məmurlarına) 4 aylıq “test dərsləri” ilə anladandan sonra pensiyadan tutmalar dayandırılıb, amma hələ də “Rəvan sığorta” şirkətinə ödənilən iki aylıq məbləğ əlilə qaytarılmayıb. Nə sığorta şirkəti yediyi 350 manatı qaytarır , nə də müvafiq qurumlar tədbir görür. Prokurorluq Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə göndərir, polis dələduzluq, mütəşəkkil korrupsiya faktını mülki mübahisə sayıb məhkəməyə üz tutmağı məsləhət görür, Ədliyyə Nazirliyinin icra şöbələri , məhkəmələr isə məhkəmə müdafiəsi hüququna da qadağa qoyublar. Bu “şou”da əldən gedən əlilin 350 manatlıq qan haqqı, bir də maşınıdır.

İndi Qarabağ əlillərinin son ümid yeri “Maşın şou”nun aparıcısı, xalq artisti Murad Dadaşovdur.

“MURAD MÜƏLLİM, BAĞIŞLAYIN, SİZDƏ “NURGÜN MOTORS”UN 350 MANATI OLMAZ? “

MƏĞRUR BƏDƏLSOY
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhkəmə ədalətsizliyinin beləsi də var... - Ədliyyə Nazirliyinin Suraxanı rayon icra şöbəsindən GİLEY

    Məhkəmə ədalətsizliyinin beləsi də var... - ...

    27-09-2018, 11:11

  • 
  • MƏHKƏMƏLƏRİN  ŞƏHİDƏ, ƏLİLƏ QARŞI AĞLASIĞMAZ ÖZBAŞINALIĞI

    MƏHKƏMƏLƏRİN ŞƏHİDƏ, ƏLİLƏ QARŞI AĞLASIĞMAZ ...

    5-01-2017, 13:02

  • 
  • SABUNÇU VƏ SURAXANI MƏHKƏMƏSİNİN ŞƏHİDƏ, ƏLİLƏ QARŞI AĞLASIĞMAZ ÖZBAŞINALIĞI ŞƏHİDƏ QARŞI TƏLƏBİ İCRAATA GÖTÜRÜB ƏLİLƏ YÖNƏLDİBLƏR

    SABUNÇU VƏ SURAXANI MƏHKƏMƏSİNİN ŞƏHİDƏ, ƏLİLƏ ...

    9-12-2016, 12:00

  • 
  • “Nurgun Motors”un rəhbərinin oğlu HƏBS OLUNDU

    “Nurgun Motors”un rəhbərinin oğlu HƏBS OLUNDU ...

    8-11-2017, 13:26

  • 
  • QARABAĞ ƏLİLİNƏ “ÖZÜNÜ YANDIR” DEYƏN hakimDƏN NÖVBƏTİ ÖZBAŞINALIQ

    QARABAĞ ƏLİLİNƏ “ÖZÜNÜ YANDIR” DEYƏN hakimDƏN ...

    27-01-2017, 20:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu