GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rəfael Mehrəliyevin biznes imperiyası – Adi idarə rəisinin dodaq uçuqladan sərvəti…

Rəfael Mehrəliyevin biznes imperiyası – Adi idarə rəisinin dodaq uçuqladan sərvəti…

Tarix: 15-01-2021, 20:14 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 017
Rəfael Mehrəliyevin biznes imperiyası – Adi idarə rəisinin dodaq uçuqladan sərvəti…


Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfael Mehralıyev azad medianın ağzını tikən çox az sayda məmurlardan biridir. Bunu gəlişi gözəl söz kimi demirik. İlk baxışdan bu adam nazir deyil, komitə sədri deyil, hətta icra başçısı da deyil, Departament rəisidir.

Bu məqamda kim yada düşür?
Hansısa Lift idarəsinin müdiri Qüdrət Şükürovun qızına 450 min dollara toy etməsi düşür. Kim inana bilərdi ki, liftin müdirində bu qədər milyonlar var?
Bax, Mehrəliyev də elədir. Baxırsan, adi Departament rəisidr. Amma…
İndi gəlin görək, bu Departament rəisi hansı sahələrə baxıb?
Departamentin strukturuna 14 qurum daxildir. Onlardan bəziləri bunlardır: Rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, "Lifttəmir” İstehsalat Birliyi, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, Bakı Şəhər Yollarının İstismarı İdarəsi, İnzibati Binaların İstismarı İdarəsi, Xüsusi təyinatlı Avtonəqliyyət İdarəsi, Təchizat və Komplektləşdirmə İdarəsi, Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsidir.
Mənzil Kommunal Təsərrüfatı İdarəsinin fəaliyyət dairəsi kifayət qədər genişdir. Bura yol çəkilişi, məktəb və uşaq bağçaları, eləcə də, digər sosial obyektlərin tikintisi və təmiri daxildir. Ümumiyyətlə, mənzil kommunal təsərrüfatı sahəsinə büdcədən kifayət qədər böyük həcmdə vəsait ayrılır.
Bəs bu adam bu vəzəfəyə necə gəlib?
Rəfael Mehrəliyevin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi postuna gətirilməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri, məhkum həyatı yaşayan Vidadi Zeynalovun birbaşa dəstəyi ilə olub.
Rəfael Mehrəliyev də hər yerdə deyir ki, mən Vidadi Zeynalovu tanımıram.
Adam, sən Vidadi Zeynalovu necə tanımaya bilərsən, axı?
Sənin doğma qardaşın, Naftalanın polis rəisi işləmiş polkovnik Mübariz Mehralıyev Vidadi Zeynalovun dost-doğma yeznəsidir.
Və Vidadi Zeynalov Bakı Şəhər Maliyyə İdarəsinin rəisi işləyərkən Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin maliyyə şöbəsinə səni təyin etdirib. Vəssəlam. Bu qədər sadə.
İndi gəlin, Rəfael Mehrəliyevin əmlakına bir nəzər salaq:

1. Nərimanovda Bakı klinikasının yanında 16 sot torpaq sahəsi.
2. Həmin klinikadan 200 metr qabağa 14 sot torpaq sahəsi, hazırda 15 milyona satışa çıxarılıb
3. İnqilab küçəsində, TQDK ilə üzbəüz milyonluq tikililər, Rəşid yeznənlə bağlı obyektlər
4. Papanində Kontakt Home mağazalar şəbəkəsinə ayı 25 min manata icarəyə verdiyin obyekt


Türkiyə Rəfail Mehralıyevin özünün, qardaşının və qardaşı arvadının adına şirkətlər var?
Türkiyənin reyestr məlumatlarında hazırda dövlət məmuru olan Rəfail Mehralıyevin özünün, qardaşının və qardaşı arvadının adına şirkətlər olduğu qeyd edilib.
Mehralıyevlərə məxsus olduğu bildirilən "AZAR İnşaat Yol Yapı Taahhüt Ticaret Sanayi ve Limited” şirkətinin nizamnamə kapitalı 9 milyon türk lirəsidi. Səhmlərdəki payı 2 milyon 800 min olan Mehralıyevin digər ortağı Almas Səfərovanın payı 2 milyon 200 min, digər ortaq Mualla Küfrevioğlunun payı isə 4 milyon türk lirəsidir. Yeri gəlmişkən, Almas Səfərova Mehralıyevin həyat yoldaşıdır.
Türkiyə reyestrində ər-arvadın ünvanı eyni göstərilib – Əhməd Rəcəbli küçəsi 6, mənzil 48. Bakıda bu ünvan bircə fərqlə qeyd olunub, ər-arvad qapıbir qonşudurlar. Mərkəzi Seçki Komissiyasının saytındakı qeydiyyat məlumatına əsasən R.Mehralıyev mənzil 48-də, həyat yoldaşı isə mənzil 49-da qeydiyyatdadır.

Uluğ ailəsinin Azərbaycandakı layihəsi
"AZAR İnşaat Yol Yapı Taahhüt Ticaret Sanayi ve Limited” şirkəti 2010-cu ildə İstanbulda təsis olunub. Türkiyə reyestr məlumatlarına görə, şirkəti təsis edən Özcan Uluğ 2011-ci ilin yanvarında səhmlərinin bir hissəsini Rəfail Mehralıyevə ötürüb. Şirkətə qatılan R.Mehralıyevdən sonra Ö.Uluğ digər səhmlərini – həmin ilin mayında Almaz Səfərovaya verib.
Özcan Uluğ Türkiyədə inşaat sektorunda tanınan şəxslərdən biridir. Onun şirkəti əsasən yol işarələri, yolların xəritəsinin hazırlanması və onların müxtəlif avadanlıqlarla təmin olunması ilə tanınır.

Uluğ ailəsi Türkiyə mətbuatında Azərbaycanda da müxtəlif layihələri gerçəkləşdirdiklərini vurğulasa da, onların ölkəmizdəki fəaliyyəti haqda bilgi əldə etmək mümkün olmadı.

"Ulukar Holdinq”ə ünvanlanan sorğuya cavabda isə bildrilir ki, şirkət Dərnəgül yol layihəsini hazırlayıb. Araşdırma zamanı əldə olunan sənədlər də o da məlum oldu ki, Uluğlar Mehralıyevin ortağı Mualla Küfrevioğluyla daha bir ortaqlığa malikdir. Həmin ortaqlıqda da adı keçən azərbaycanlı var – Əyyub Məmmədov.

Daha bir milyonluq şirkət
R.Mehralıyevin daha bir milyonluq şirkəti isə "LEDA Yatırım Turizm Madencilik İnşaat Ticaret ve Sanayi Limited” şirkətidir. Şirkət 2012-ci ildə təsis olunub. Elə həmin il ölkə başçısı İlham Əliyev Mehralıyevi inşaat işçisi olaraq "Tərəqqi” medalı ilə təltif edib.

LEDA-nın nizamnamə kapitalı 2 milyon 700 min türk lirəsidir. R.Mehralıyevin payı 1 milyon 350 min, həyat yoldaşı Almaz Səfərovanın səhmlərinin dəyəri 800 min türk lirəsdir. Şirkətdə daha bir azərbaycanlının adına rast gəlirik – Elman Ağalarov. Onun səhmlərinin dəyəri 270 min lirədir. Dördüncü ortaq isə Türkiyə vətəndaşı Hakan Altundur. Onun da səhmlərinin dəyəri 270 min türk lirəsidir. Bu şirkət də İstanbulda təsis olunub.

Keçmiş polis rəisinin biznesi
Rəfail Mehralıyev qardaşı Mübariz Mehralıyevlə eyni ünvanda qeydiyyatdadırlar. M.Mehralıyev Naftalan şəhər polis idarəsinin keçmiş rəisi olub, polis polkovnikidir. O, 2015-ci ildə təyin olunduğu vəzifəsini cəmi 1 il sonra, 2016-cı ilin sentyabrında itirib.

Mübariz Mehralıyevın həyat yoldaşı Gülnarə Mehralıyevanın da şirkətləri, o cümlədən "Nare” adlı restoranı var. Reyestr sənədlərindən bəlli olur ki, G.Mehralıyeva şirkətlərini Türkiyədə qeydiyyatda olduğu Mecidiyyeköy mah. Atakan sk. ünvanında qeydə aldırıb.

Birlikdə öz adlarına 3 şirkət qeydə aldıran ailənin birinci şirkəti 2012-ci ildə təsis olunub. Həmin şirkətin adı "ALLİANCE” Eğitim Turizm İnşaat Gida Ticaret Limited” Şirkəti olub. Şirkət 2014-cü ildə qapadılıb.

Bundan sonra Gülnarə Mehralıyeva "NARE Gıda İşletmeceliği Sanayi ve Ticaret Limited” Şirkətini yaradıb. Ortağı isə Türkiyə vətəndaşı Banu Hayriye Mete olub. Şirkətin nizamnamə kapitalı 1 milyon türk lirəsidir. Bu vəsaitin 700 min lirəsi G.Mehralıyevaya məxsusdur.

Üçüncü şirkət isə "İLHAM Turizm Otomotiv Tekstil Sanayi ve Ticaret Limited” Şirkətidir. Şirkətin nizamnamə kapitalı 250 min türk lirəsidir. Bu sərmayənin də hamısı elə M.Mehralıyevə məxsusdur.

Çevrəndə cəmləşən və faşist Hitlerin SSRİ-yə vurmadğı ziyanı Azərbaycana vuran Nadir, Azər, Elşad, Fetö, Eldar, Rəfael, Ceyhun, Vidadi, Xəlil, Mübariz, İlqar, Bəhram və digərləri barədə geniş araşdırmamız olacaq.
Bunlardan biri:”AZAR İnşaat Yol Yapı Taahhüt Ticaret Sanayi ve Limited” və "LEDA Yatırım Turizm Madencilik İnşaat Ticaret ve Sanayi Limited” şirkətləridir./gundelikxeber.org/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Əzizov BŞİH-də korrupsiyanın kökünü qazıyır - Rəfael Mehralıyev kimdir?

    Eldar Əzizov BŞİH-də korrupsiyanın kökünü qazıyır ...

    16-05-2019, 20:41

  • 
  • Eldar Əzizov departament sədrini qovdu

    Eldar Əzizov departament sədrini qovdu ...

    15-05-2019, 15:36

  • 
  • Abutalıbovun iki departamentdən qazandığı milyonlar...

    Abutalıbovun iki departamentdən qazandığı ...

    6-07-2016, 13:38

  • 
  • Əzizov Qüdrət Şükürovun yerinə onu gətirdi

    Əzizov Qüdrət Şükürovun yerinə onu gətirdi ...

    11-10-2018, 10:39

  • 
  • Qüdrət Şükürovun qardaşı da işdən çıxarıldı

    Qüdrət Şükürovun qardaşı da işdən çıxarıldı ...

    4-10-2018, 14:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu