GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Abutalıbovun iki departamentdən qazandığı milyonlar...

Abutalıbovun iki departamentdən qazandığı milyonlar...

Tarix: 6-07-2016, 13:38 Bölmə :Siyasət Baxış: 740
Abutalıbovun iki departamentdən qazandığı milyonlar...

Bakı meri Ticarət Departamentinin hesabına köşk biznesi ilə bir tərəfdən, Mənzil-Kommunal Təsərrüfatı Departamenti rəhbərinin əli ilə digər tərəfdən varlanır

İl ərzində 1 milyon manata yaxın pul büdcədən yayındırılır; BŞİH-də Rəfail Mehralıyevin Vidadi Zeynalovla ortaq işlərinin şok detalları ifşa edilib

Bakı meri Hacıbala Abutalıbov bir neçə ildir ki qəzet köşklərindən milyonlar qazanır. Amma bu gəlir heç də qəzet satışı yox, həmin köşklərdə satılan ərzaq məhsullarının hesabına əldə olunur.

“Gündəm-xəbər”in əldə etdiyi məlumata görə, təzə qəzet köşkləri qəzet yayımı adı ilə vergidən yayınırlar. Hansı ki, həmin köşklər qəzetdən başqa hər şey satırlar. Hətta spirtli içkilərin də satışını həyata keçirirlər.

Artıq neçə ildir ki bu reallıq mövcuddur. Üstəlik, Bakı şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinin məmurları köşklərin yerləşdirilməsini biznesə çeviriblər. Bu pullardan isə böyük pay Abutalıbova çatır.

Departamentin məmurları köşkü istədikləri yerə qoya bilirlər. Buna görə, 20 min manat qeyri-qanuni pul alırlar. Sonra hər ay 2000 manat haqq tələb edirlər. Odur ki, qəzet satışı həmin köşklər üçün maraqlı deyil. Bu ortada olan çirkli maliyyə dövriyyəsinin dövlət büdcəsinə heç bir aydiyyəti yoxdur.

Bakıda artıq 400 köşk fəaliyyət göstərir ki, ayda milyonlarla manatın şəxsi ciblərə axdığını iddia etmək olar. Beləliklə, çap mətbuatı Abutalıbovun biznesinə görə böyük məbləğdə ziyana düşür. Elə “Gündəm-xəbər” qəzeti yayımda ciddi şəkildə zərər edib.

Əslində görünüşcə daha modern olan bu kökşlər əksər paytaxt sakinlərinin gözünü oxşadığından bu proses elə də ciddi ictimai qınağa səbəb olmamışdı. Təbii ilk əvvəl. Amma artıq fəaliyyətə başlayan bu köşklərdən tamam fərqli məqsədlə istifadə olunduğunu görən paytaxt sakinlərinin şikayətləri də artmağa başlayıb.

Belə ki, qəzet satışı üçün nəzərdə tutulan yeni modern köşklər əslində minimarket funksiyasını həyata keçirməkdədir. Yəqin ki, bu fakt əksər oxucuların da diqqətini cəlb edib. Yeni qəzet köşklərinə kassa aparatı qoyulmayıb Bu da il ərzində 1 milyon manata yaxın pulun büdcədən yayınması deməkdir. Çap məhsullarından başqa burada hər şey satılır - ərzaq və meyvə-tərəvəzdən tutmuş, oyuncaqlara, hətta geyimə qədər… Bu da təbii ki, qəzet və jurnal nümayəndələrini narahat etməyə bilməz.

Qəzet almaq üçün oxucuların ənənəvi olaraq ilk növbədə köşkə yaxınlaşdığını nəzərə alsaq və gələcəkdə «Qasid»din köşklərinin tam şəkildə yeniləriylə əvəz olunması planlaşdırıldığından bunun yazılı KİV-in satışını minimuma endirəcəyi göz qabağındadır.

Köşklərdə gündəlik nə qədər alver getdiyinə gəlincə, satıcılar bildirdilər ki, bu, köşklərin şəhərin hansı hissəsində olmasından asılıdır: “Məsələn, metroların üstü alverin “xod getdiyi” yerlər olduğundan orada gündəlik dövriyyə 500-700 manatdır. Amma dayanacaqlar və şəhərin başqa yerlərində gündəlik 300-500 manat çıxır”.

Satıcıların sözlərinə görə, köşkün aylıq icarə haqqı da onun yerləşdiyi məkandan asılıdır. Məsələn, metro stansiyaların yaxınlığındakı köşklərin aylıq icarə haqqı 2500-3000, şəhərin nisbətən az gediş-gəliş olan yerlərində isə 2000-2500 manatdır.

Gözdən-könüldən iraq yerlərdə isə icarə haqqı 1500 manata düşür. Gündəlik 500 manatlıq alver edən köşk sadələşdirilmiş vergi ilə gündəlik dövriyyənin 4 faizini, yəni 20 manatını vergi kimi büdcəyə ödəməlidir. Bu da ay ərzində 600, il ərzində isə 7200 manat edir.

Abutalıbov təkcə köşk biznesindən qazanmır. “Gündəm-xəbər”ə verilən məlumata görə, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbəri də merə milyonlar qazandırıb. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti ölkənin ən gəlirli dövlət idarələrindən biri hesab olunur. Departament yüksək məbləğlərdə qeyri-qanuni gəlirlərin əldə olunması üçün ən münasib qurumlardan biri kimi tanınır.

Departamentin tabeliyində Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, “Lifttəmir” İstehsalat Birliyi, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, Bakı Şəhər Yollarının İstismarı İdarəsi, İnzibati Binaların İstismarı İdarəsi, Xüsusi Təyinatlı Avtonəqliyyət İdarəsi, Təchizat və Komplektləşdirmə İdarəsi, Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsi kimi qurumlar fəaliyyət göstərir.

Bu amil daha az diqqət göstərilən bu idarələrə ayrılan külli miqdarda vəsaitlərin mənimsənilməsi üçün münbit şərait yaradır. Departamentə rəhbərlik edən Rəfael Mehrəliyevin özü də bu məsləllərdə böyük ad çıxarmış şəxslərdən hesab olunur.

Belə ki, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri bugünədək çalışdığı bütün vəzifələrdə müxtəlif rüşvət yığımlarında, mənimsəmə hallarında adının çəkilməsilə dəfələrlə medianın gündəminə gəlib.

Maraqlıdır ki, məlum “MTN işi” ilə əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun həbsindən dərhal sonra, mətbuat səhifələrində bu şəxsin bacısı oğlu Rəfael Mehrəliyevin də bilavasitə iştirak etdiyi bir çox iri miqyaslı maxinasiyalar barədə açıqlamalar yer almağa başladı.

Vidadi Zeynalovun vəzifədə olduğu vaxtlarda da dayı-bacıoğlu haqqında mətbuatda geniş məlumtlar dərc olunurdu. Dayı-bacıoğlu "rüşvət donoru" adlandırılan bu şəxslərdən birinin Hacıbala Abutalıbova, digərinin isə Əli Abbasova rüşvət daşıdığı deyilirdi.

İddialara görə, Vidadi Zeynalov 1995-1999-cu illər ərzində Bakı şəhər Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışdığı dövrdə Bakı şəhərinin mənzil kommunal təsərrüfat sisteminə də edib.

Daha dəqiq desək bu sahəyə ayrılan büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti məhz o, həyata keçirib. Elə həmin vaxt Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin maliyyə şöbəsinə öz qohumu Rəfail Mehralıyevi təyin etdirib.

Mətbuatda yazılanlara görə, 1999-cu ildə Vidadi Zeynalovun Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə işdən qovulmasının əsas səbələrindən biri də, məhz elə paytaxtın mənzil kommunal təsərrüfatı

sahəsinə ayrılan büdcə vəsaitlərinin istifadə olunmasında yol verdiyi ciddi pozuntuları olub. Amma dayısının işdən qovulması Rəfael Mehrəliyevin statusuna təsir göstərməyib.

Sadəcə olaraq, onun tərəfindən bəzi əməliyyatlar müvəqqəti olaraq dondurulub. Lakin bu hal da uzun davam etməyib. Belə ki, Vidadi Zeynalov Əli Abbasov tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni vəzifəyə gətiriləndən sonra o, Rəfael Mehrəliyevin də mövqeylərini möhkəmlətməyə nail ola bilib.

Həmin vaxt Əli Abbasov Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla yaxın qohumluq əlaqələrində olduğundan, Rəfael Mehrəliyevin də karyera yüksəlişi asan həyata keçir.

Nəhayət 2012-ci ildən, bu məmur Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə rəhbərlik etməyə başlayır. Vidadi Zeynalov isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində əyləşməklə, paytaxtın kommunal təsərrüfatına ayrılan külli-miqdarda vəsaitlərin xərclənməsinə nəzarətini daha da gücləndirmiş olur.

Məlumata görə bir müddət əvvəl Hesablama Palatası tərəfindən Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentində aparılan yoxlamalar nəticəsində ortaya fantastik rəqəmdə vəsaitin mənimsənilməsi faktı çıxıb.

Palatanın bu yoxlamasından ciddi şəkildə narahatlıq keçirən departament rəisinin vəziyyətinin o qədər də yaxşı olmadığı iddia edilir. Ortaya çıxan mənimsəmənin ört-basdır ediləməsi üçün Rafael Mehrəliyevin müxtəlif yollara əl atdığı və hələlik istəyinə nail olduğu bildirilir.

Ümumiyyətlə, Mehrəliyevin rəhbərlik etdiyi qurum Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, aşınmalara uğramış liftlərin dəyişdirilməsi və texniki xidməti, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir.

İddialara görə, hazırda həbsdə olan Vidadi Zeynalovun obyektləri, əmlakları bacısı oğlu Rafael Mehrəliyevin nəzarəti altındadır. Vidaid Zeynalov hələ həbs edilməmişdən əvvəl mal-mülkünü başqa-başqa şəxslərin adına keçirməklə varidatının bir hissəsini gizlədib.

Rafael Mehrəliyev hazırda həbsdə olan dayısının obyektlərinin bir hissəsini gizli şəkildə sataraq keçmiş aparat rəhbərinin ailəsinə verdiyi deyilir. Ancaq bununla belə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vasitəsi ilə milyonlar mənisəyən Vidadi Zeynalovun hələ xeyli sayda obyektinə Rafael Mehrəliyevin gizlin şəkildə nəzarət etdiyi deyilir.

Görünür dayısı Vidadi Zeynalovun həbs olunması belə Rafael Mehrəliyevi o qədərdə qorxutmayıb. Çünki olduqca böyük "məmur oliqarxa" çevrilən Mehrəliyevin Vidadi Zeynalovun həbsindən dərhal sonra mal-mülükün bir hissəsini Rusiya və Türkiyəyə transfer etməsi barədə söz-söhbətlər gəzir.

Yəni əllərində olan obyektlər, əmlakların böyük əksəriyyətini "sığortalayan" dayı-bacıoğlu həbsdən belə qormurlar. İndi isə növbənin məhz bacıoğluna çatdığı ehtimallarının yüksək olduğu deyilir.

Rafiq Qara

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hacıbala Abutalıbovla bacısı oğlunun şərikli “qəzet terroru”

    Hacıbala Abutalıbovla bacısı oğlunun şərikli ...

    2-12-2013, 21:47

  • 
  • Abutalıbovun azad mediaya qarşı köşk siyasəti

    Abutalıbovun azad mediaya qarşı köşk siyasəti ...

    1-01-2013, 14:47

  • 
  • Bu gün Abutalıbovun məhkəməsidir

    Bu gün Abutalıbovun məhkəməsidir ...

    23-01-2013, 10:44

  • 
  • Bakı şəhər icra hakimiyyətinin qarşısında aksiya keçiriləcək

    Bakı şəhər icra hakimiyyətinin qarşısında aksiya ...

    15-01-2014, 16:50

  • 
  • Yeni köşklər kimidir və ordan nə qədər qazanırlar?

    Yeni köşklər kimidir və ordan nə qədər qazanırlar? ...

    2-12-2013, 21:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu