GundemXeber.Az xəbər verir ki, Göyçay sakini Nicat Məmmədov “Gözətçi”yə göndərdiyi şikayətində əlillik kağızı almaqda çətinliklərlə üzləşdiyini bildirir.
Belə ki, Nicat Məmmədovun gözlərində anadangəlmə çəpgözlük və zəiflik var. Müalicənin heç bir faydasını görmədiyindən, həm də pandemiya dövründə yaranan maddi imkansızlıqdan dərmanlarını saxlayıb. Gözdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) müraciət edib. Ancaq onun 24 fevral 2020-ci ildə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (TSERA) müraciət etdiyi göndərişinə Göyçay rayon Mərkəzi Xəstəxanasından “Dövlət müəssisəsi tərəfindən tam doldurulmayıb, müayinə düzgün aparılmayıb” deyilib. Bunula əlaqədar, Nicat Məmmədov yenidən TSERA-ya qayıdır, oradan “Sənəd rayonda düzgün doldurulmayıb, get onlardan tələb elə” söyləyiblər. Göyçay rayon Mərkəzi Xəstəxanası isə günahı Bakıdakı xəstəxanada görür: “Bakıda, TSERA-da qəsdən imtina verirlər ki, vətəndaşlar bezib əl çəksinlər.”
İki müəssisə arasında get-gələ düşən Nicat Məmmədov indi kimə və hara şikayət edəcəyini bilmir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?