Nicat Dağlar Bakıdan göndərilən onkoloq-hemotoloq İlqar Musayev tərəfindən müayinə olunub. Bu barədə jurnalistin qohumu Məqsəd Rəhimov məlumat verib. Onun sözlərinə görə İ.Musayev Nicatın analizlərinin nəticələri ilə elə Bakıdaykən tanış olub: “Biz sənədlərini internet vasitəsi ilə Bakıya yollamışdıq. Bu gün həkim özü gəlib Nicatı evdə müayinə etdi. İlkin dövr üçün gürcü həkimlərin yazdıqları müalicə ilə maraqlanıb və müalicənin düzgün aparıldığını təsdiqləyib. Artıq Almaniyada leykoz xəstəliyi üzrə ixtisaslaşmış xəstəxana tapılıb, danışıqlar aparılıb. Xəstəxana Nicatı qəbul etməyə razılıq verib”. M. Rəhimov onu da bildirib ki, həkim Nicatın insanlarla çox ünsiyyətdə olmağı qadağan edib: “Xəstəliklə əlaqədar Nicatın immuniteti çox zəifləyib. Hər hansı bir infeksiyaya tez yoluxa bilər. Ona görə də, İlqar həkim ona insanlardan ayrı steril otaqda olmağı, qoruyucu maska taxması barədə göstəriş verib. Otağı dezinfeksiya etmək üçün ultra-bənövşəyi lampalardan istifadə edəcəyik”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?