Oqtay müəllim Milli Məclis sədrliyindən getdiyi 1 il müddətində boş oturmayıb. Cənab Əsədov Moskvanın Tcaritsıno metrosu yaxınlığında (Bakinskaya küçəsi 29) həyat yoldaşına məxsus məşhur "Kapriz" sauna-barında əsaslı təmir işləri aparıb, onun daxili interyerini tamamilə dəyişdirib.
Kapital restavrasiyadan çıxmış istirahət mərkəzi ötən günlərdə yeni qiymətlərlə qapılarını yenidən müştərilərinin üzünə açıb. Təmir zamanı istirahət zonası və hovuzun daxili dizaynında bahalı və eksklüziv materiallardan istifadə edilib. Keçmiş spiker saunaya təbii dəri ilə işlənmiş rahat yumşaq mebellər sifariş edib. Zolaq podiumda striptiz üçün yeni dirək quraşdırılıb. Ziyafət salonu güzgülər və təbii ağaclarla bəzədilib. Saunanın aquazonasında led işıqlandırmadan istifadə olunub.
Qiymətlərə gəlincə, saatı 20-25 dollar təşkil edir. “Kapriz” Milli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova Adil qızının adına rəsmiləşdirilib. Klubun təsisçisi olan “Arizarum Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi də Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovadır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?