...Artıq 6 ay 14 gündür ki, Bakının əsas sənaye rayonlarından olan Nizami rayonunun İcra Hakimiyyəti baş(çı)sızdır. Hansı ki, Azərbaycan Prezidenti İlham Əliyev 11 iyul 2020-ci ildə Arif Adil oğlu Qasımovun Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Arif Əliyev faktiki olaraq işdə yol verdiyi fəaliyyətinə görə bu vəzifədən kənarlaşdırılıb. Rayon sakinləri də bilir ki, uzun illər Nizami rayon Bələdiyyəsinin sədri işləmiş A.Qasımov rayonda satmadığı yaşıllıq və boş ərazi qoymadı. Sonuncu dəfə də "Su çanağı suda sındığı kimi", Arif Qasımov da H.Əliyev Fondunun vitse-Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Nizami rayonunda düzəldilmiş yaşıl həyət-istirahət meydanı parkının içərisində çayxana adı altında restoran tikilməsinə sərəncam vermişdi. "Təzadlar"a daxil olan məlumatda bildirilirdi ki, həmin çayxananın sahibi A.Qasımova 100 min manat pul veribmiş. Həmin restoran isə hamının gözü qarşısında sökülüb, Prezidentin təbirincə desək, cəhənnəmə göndərilmişdi.
Xatırladırıq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ildə Arif Adil oğlu Qasımovun Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalamışdı. A.Qasımov bundan əvvəl isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində olmuşdu. Amma maraqlıdır ki, A.Qasımovun bu vəzifədən qalmaqalla çıxarılmasından 6 aydan çox vaxt ötsə də, hələ də Nizami rayon İH-nə yeni başçı təyin edilməyib. Bu isə, təbii ki, idarəetmədə ciddi çətinliklər və boşluqlar yaratmaqdadır. Adının çəkilməsini istəməyən mənbənin elektron poçtumuza göndərdiyi məlumatda bildirilir ki, "...Arif Qasımovun öz yerinə təyin etdirmək istədiyi şəxsi isə (məlum səbəbdən adını yaza bilmədik.Red.) Bakı şəhər İH başçısı Eldar Əzizov və Prezident Adminstrasiyasının rəhbərliyi qəbul etmir. Həmin şəxs həm də SOCAR Prezidenti Rövnəq Abdullayevin təyin etdirmək istədiyi şəxsdir...". Beləcə, Bakının Nizami rayonu hələ də yeni icra başçısına həsrətdir.
Aşağıdakı şəkildə gördüyünüz yaşı 60-70 olan Eldar şamı və sərv, küknar ağaclarından ibarət meşəlik Arif Qasımovun saxta sərəncamları ilə Naxçıvandan olan yerlilərinə satılıb. Ekologiya Nazirliyi isə susur. Hasara alınmış həmin ərazidəki ağaclar isə yayda sulanmalı, qışda qulluq görməlidir. Bu dəmir hasar isə ağzı qıfıllı olduğundan ətrafdakı villalarla əhatələnib, içəriyə girmək mümkünsüzdür. Bəs yaşıllıqlarımızın dostu və himayəçisi cənab Prezident İlham Əliyevin, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun bu vandalizmdən xəbərdar olması üçün nə etmək lazımdır??? Biz Qarabağda ermənilərin meşələrimizi məhv etməsinin davasını çəkirik, Bakıda isə... Mövzuya qayıdacağıq, ciddi sənədlər əldə edilib, kimlər bu yeri çəpərləyib, sadəcə, təəssüf doğurur. Bu hasardan Prezident Administrasiyasındakı məmurlardan birinin əli olduğu barədə də məlumat var.../tezadlar/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?