GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İnşaat Kollecində büdcə vəsaiti belə xərclənir - İDDİA

İnşaat Kollecində büdcə vəsaiti belə xərclənir - İDDİA

Tarix: 25-01-2021, 16:40 Bölmə :GündəmXəbər / Manşet Baxış: 510
İnşaat Kollecində büdcə vəsaiti belə xərclənir - İDDİA


Məlum olduğu kimi bu ayın 9-da “Azərxalça” ASC-nin İdarə heyətinin sədri vəzifəsində işləmiş Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İlkin araşdırmalar və rəsmi açıqlamalarla məlum oldu ki, Vidadi Muradov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “Azərxalça” ASC-nin vəsaitini şəxsi maraqları üçün saxta alqı-satqı əməliyyatları ilə mənimsəyib. Söhbət tender adı ilə dövlətin pulunun yeyilməsindən gedir…

Təəssüf ki, büdcə vəsaitinin tenderlər, kotirovka sorğuları adı ilə talan edilməsi hələ də problem olaraq qalmaqdadır. Ekspertlərin, millət vəkillərinin və müxtəlif iş adamlarının bu mövzudakı tənqidi yanaşmalarına mediada tez-tez rast gəlinir. Büdcə vəsaitinin xərclənməsi ilə bağlı cənab prezidentin iradları və tövsiyələri də unudulası deyil… Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır.

İnşaat Kollecinin istehsalat yönümlü xidmətlərindən…

“Vidadi Muradov “ olayını təsadüfən xatırlamadıq. Bugünlərdə yenixeber.org-a Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəzdində İnşaat Kollecinin keçirdiyi bir sıra kotirovka sorğuları ilə bağlı ilginc məlumatlar daxil oldu. Məlumatda yer alan faktlardan belə görünür ki, bu kollec bir ay ərzində səkkiz kotirovka sorğusu keçirib(?) Bir kollecin qısa zaman kəsiyində bu sayda kotirovka sorğusu keçirməsi ilk baxışdan təəccüblü görünsə də, başa düşmək də olar. Məsələnin anlaşılması çətin olan digər tərəfləri var…

Öncə İnşaat Kollecinin keçirdiyi kotirovka sorğuları haqqında qısaca: Kollec bir gündə-31.12.2020-cil tarixdə-eyni lot üzrə altı müxtəlif şirkətlərlə müqavilə bağlayıb(?) Eyni lot deyərkən söhbət “İstehsalat yönümlü müxtəlif xidmətlər”dən gedir:

1.“Turan NQ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 4850 manat dəyərində, 2.”AvroDizayn” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 4790 manat dəyərində, 3. “Milla” ”AvroDizayn” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 4744 manat dəyərində, 4. “Cordabo-2017” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1470 manat dəyərində, 5.”Kometa-15” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 4500 manat dəyərində, 6. “Maqnatium” Məhdud Məsuliyyəti Cəmiyyəti ilə 3510 manat dəyərində müqavilə bağlanıb.

Bundan əlavə, İnşaat Kolleci 12.01.2021-ci il tarixdə “Aqrolayn Qrup” Məhdud Məsuliyyəti Cəmiyyəti ilə dəftərxana və təsərrüfat xərcləri ilə bağlı 10900 manat dəyərində, 11.01.2021-ci il tarixdə isə “Xəzər İnşaat Ko” Məhdud Məsuliyyəti Cəmiyyəti ilə cari təmirlə bağlı 14750 manatlıq müqavilə bağlayıb.

İnşaat Kollecinin sadaladığımız şirkətlərlə əməkdaşlıqlarından bir deyil, bir neçə suallar açıq qalır: Təhsil müəssisəsi bir gündə eyni lot, başqa sözlə eyni işlə bağlı niyə bir deyil, iki deyil altı müxtəlif şirkətlərlə müqavilə bağlayır? Toplam 23864 manat vəsaiti altı şirkətlə xərcləmək hansı zərurətdən doğdu? Eyni işi bir, yaxud iki şirkətlə də icra etmək olmazdımı? Əksəriyyəti haqqında internet üzərindən heç bir məlumat olmayan şirkətləri İnşaat Kolleci hansı meyarları ilə dəyərləndirib? Və s.

Bu sualları artırmaq da olar…Biz bəlli qanun və qaydalara uyğun olaraq son iki şirkətlə bağlı bu ayın 15-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəzdində İnşaat Kollecinin direktoru Namiq Ağamalıyevə online sorğu göndərdik. Ki, yanlışlığa yol vermədən, bəlli dəqiqləşdirmələrlə mövzu ilə bağlı geniş yazı hazırlayaq. Təəssüf ki, direktordan aldığımız “cavab”dan mövzunu unutmalı olduq. Hələlik…

Cənab Namiq Ağamalıyevdən sorğumuza “cavab” aldıq…Amma fərqli bir cavab… Əvvəlcə mühasib xanımın suallarımızı cavablandıracağını desələr də, olmadı. Günlərlə gözləsək də suallarımız cavabsız qaldı. Nəhayət cənab direktor nə fikirləşdi, nə yozdusa dolayısı ilə bizə hədə-qorxu gəldi: Hansısa dovlət orqanına müraciət edəcəyini bildirdi(?) Əslində bu sayaq mənasız təhdidlər heç bir media mənsubu üçün yenilik deyil. Təəssüf ki, hələ də bəzi səlahiyyət sahiblərimiz idarəçilikdə feoadal təfəkküründən ayrıla bilmirlər. Hələ də başa düşüb, qəbul etmək istəmirlər ki, media ilə işləmək, jurnalistin suallarını cavablandırmaq onların vəzifə borclarından biridir. Bəli, məhz vəzifə borclarından biri. O ki, qaldı bəlli dövlət orqanlarına müraciət etməyə, gərəkirsə onu media orqanı olaraq biz etməliyik.

Yeri gəlmişkən, bu vacib faktoru Namiq Ağamalıyevə də xatırlatmağa lüzum duyduq. Bir təhsil ocağına rəhbərlik edən, ziyalı sayılan birindən bu sayaq “cavab” təəssüf və təəccüb doğurur. Cənab Ağamalıyevin belə reaksiya verməsinin səbəbini bilməsək də, ümüd edirik ki, qarşıdakı günlərdə yuxarıda toxunduğumuz əməkdaşlıqlarla bağlı redaksiyamıza mümkün məlumatların verilməsini təmin edəcək və biz də mövzu ilə bağlı geniş yazı hazırlaya biləcəyik. //yenixeber.org//
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azərxalça”da milyonlarla manat mənimsəmə: İdarə heyətinin sədri həbs edildi - RƏSMİ

    “Azərxalça”da milyonlarla manat mənimsəmə: İdarə ...

    9-01-2021, 16:16

  • 
  • Sevindik Hətəmovun lampalara 47872 manat xərcləməsi...-Niyə çıxmır qaranlıqlar aydınlığa?

    Sevindik Hətəmovun lampalara 47872 manat ...

    17-12-2020, 11:47

  • 
  • Həbs olunan "Azərxalça" ASC-nin sədri Vidadi Muradov kimdir? - DOSYE

    Həbs olunan "Azərxalça" ASC-nin sədri ...

    9-01-2021, 19:26

  • 
  • Respublika Gözdən Əlillər Kitabxanası “Dövlət satınalmaları haqqında” qanunu niyə unudub?-NONSES

    Respublika Gözdən Əlillər Kitabxanası “Dövlət ...

    27-11-2020, 16:12

  • 
  • “Azərişıq” ASC-də dövlətin pulu belə xərclənir-Tendersiz satınalmalar, açıqlanmayan səbəblər

    “Azərişıq” ASC-də dövlətin pulu belə ...

    30-11-2020, 18:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu