"Azərxalça" ASC-nin idarə heyətinin sədri Vidadi Muradov həbs olunub.
Xalçaçı-ekspert, tarix elmləri doktoru olan Vidadi Aydın oğlu Muradov eyni zamanda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun "Xalçaşünaslıq" sektorunun müdiri, "Azərbaycan xalçaları" elmi-publisistik jurnalının baş redaktoru, YUNESCO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komparativ tədqiqatlar Kafedrasının professoru, Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvüdür. O, 5 mart 1956-cı ildə Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olub. 1974-1980-ci illərdə Moskva Kooperativ İnstitutunun İqtisadiyyat fakültəsində “İqtisadiyyatın təşkili” ixtisası üzrə təhsil alıb. 1980-ci ildən etibarən 1994-cü ilədək respublikanın müxtəlif müəssisələrində iqtisadçı kimi fəaliyyət göstərmişdir. 1994-cü ilin oktyabrında məramı unudulmuş çeşnilərin bərpası, yüksək keyfiyyətli xalçaların istehsalı, bir çox şəxsi kolleksiyaları və dünya muzeylərini bəzəyən Azərbaycan xalçalarının təbliği olan “Azər-ilmə” elmi tədqiqat və istehsalat mərkəzini təsis edib. "Yeni Azərbaycan" Partiyasının üzvüdür. Ailəlidir, üç övladı var.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?