GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Yusif Yusifov 8 milyon manata haranı və nə vaxt təmir etdirdi?

Yusif Yusifov 8 milyon manata haranı və nə vaxt təmir etdirdi?

Tarix: 26-01-2021, 14:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 829
Yusif Yusifov 8 milyon manata haranı və nə vaxt təmir etdirdi?


Gəncə şəhərində bir neçə ali təhsil ocagı var ki,onlardan biri də Gəncə Dövlət Universitetidir.Bu təhsil müəssisəsi ətrafında baş verənlar haqqında son dövrlər elektron kütləvi informasiya vasitələrində kifayət qədər məlumatlar yayılıb. Universitetdə tədrisin keyfiyyətindən tutmuş,tələbə müəllim,müəllim rektor münasibətləri ilə bərabər,maliyyə təsərrüfat işləri barədə də yayılmış bu məlumatların çoxu rektor Yusif Yusifovun rəhbərliyi dönəminə düşür. Müsahibələrənin birində isə rektor Yusif Yusifov mətbuatı qərəzçilikdə,hətta sətiraltı ifadələrlə səriştəsizlikdə günahlandıraraq jurnalistlərin ümumi sözlərlə universitetin artan ictimai nüfuzuna zərbə vurmağa çalışdığını iddia edir.

Yanvarın 25-də Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin tapşırıqları əsasında növbəti il üçün müəyyənləşdirilmiş prioritetləri açıqlayarkən deyib ki, fiskal dayanıqlığın təmin edilməsi davamlı olaraq büdcə xərclərinin optimallaşdırılmasını, qənaət rejiminin tətbiq olunmasını, artıq və səmərəsiz xərclərin qarşısının alınmasını tələb edir.

Ə.Əsədov həmçinin bildirib ki, Prezidentin tapşırığına əsasən, dövlət satınalmalarının şəffaflığı və effektivliyi təmin edilməlidir: “Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınmalıdır. Tenderlərin keçirilməsinə xüsusi önəm verilməlidir”.

Bəs görəsən Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov rəhbərliyə başladığı gündən təhsil müəssisəsinin keçirdiyi satınalmaları nə qədər şişirdib,şəffaflığa nə qədər riayət edib? Onun Gəncə Dövlət Universitetinə rəhbərliyə başladığı gündən təmir-tikintiyə ayırdığı vəsaitlərin bir qismini sadəcə yadına salmaq istərdik.

Xarici qaz və xarici elektrik təchizatının çəkilişi üzrə keçirilmiş kotirovka sorğusunda 122 567.78 manat dəyərində satınalma müqaviləsi “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 25.11.2020-ci il tarixdə bağlanmışdır.

Cari təmir işlərinin görülməsi üzrə keçirilmiş kotirovka sorğusunda 49 270 manat dəyərində satınalma müqaviləsi “ARSENA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 20.06.2020-ci il tarixdə bağlanmışdır.

Abadlıq işlərin görülməsi üzrə keçirilmiş kotirovka sorğusunda 48 925.17 manat dəyərində satınalma müqaviləsi “ARSENA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 20.06.2020-ci il tarixdə bağlanmışdır.

Cari təmir üzrə keçirilmiş kotirovka sorğusunda 49 264.5 manat dəyərində satınalma müqaviləsi “DOINQES-KO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 24.12.2019-cu il tarixdə bağlanmışdır.

Abadlaşdırma xidmətləri üzrə keçirilmiş kotirovka sorğusunda 49 499.02 manat dəyərində satınalma müqaviləsi “DOINQES-KO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 24.12.2019-cu il tarixdə bağlanmışdır.

Elə həmin gün,yəni 24.12.2019-cu il tarixdə əsaslı təmir üzrə keçirilmiş açıq tenderdə 8 360 635.26 manat dəyərində satınalma müqaviləsi “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

20.07.2017-ci il tarixdə Universitetin Cavad bəy Rəfibəyli 57 ünvanında yerləşən 4 mərtəbəli tədris binasının təmir işləri üzrə 257 999.11 manat dəyərində satınalma müqaviləsi “YUMAKS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

14.12.2017-ci il tarixdə Universitetin Cavad bəy Rəfibəyli ünvanında yerləşən 5 saylı tədris korpusunun əsaslı təmir işləri üzrə 395 093.71 manat dəyərində satınalma müqaviləsi “Holding-SSS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Araşdırmalardan da göründüyü kimi 2017-ci ildə Gəncə Dövlət Universiteti tərəfindən təkcə bir korpusun cari və əsaslı təmir işlərinin satınalmasına ümumi olaraq 653 092 manat xərclənmişdir.

Qeyd edək ki,Gəncə Dövlət Universiteti bu məqsədlərlə 2014-cü ildə 625 514 və 527.049 manat, 2015-ci ildə isə 1.421.294 manat vəsait ayırıb.

Əvvəlki illərdə təkrar-təkrar təmir işlərinin aparılmasına vəsaitlər ayrılmasına baxmayaraq 24.12.2019-cu il tarixdə əsaslı təmir üzrə keçirilmiş açıq tender yolu ilə “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 8 360 635.26 manat dəyərində satınalma müqaviləsinin bağlanılması hansı zərurətdən yaranıb?

Müqayisə üçün bildirmək istərdik ki,sözügedən “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti 26.12.2019-cu il tarixdə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 9 mərtəbəli 45 mənzilli 12 №-li yeni yaşayış binasının tikintisi üzrə keçrdiyi tenderdə 3 098 747.24 manat məbləğində müqavilə bağlayıb.

Bu kiçik bir müqayisədən də göründüyü kimi Gəncə Dövlət Universitinin təmirə ayırdığı vəsaitə məcburi köçkünlər üçün bağçası, məktəbi,istirahət parkı ilə birgə 2 ədəd 9 mərtəbəli yaşayış binası tikmək olardı. Maraqlıdır bəs Gəncə Dövlət Universiteti bu təmir işlərini harada aparıb? Xatırladaq ki,müqavilə 24.12.2019-cu il tarixdə bağlanılıb.Ondan cəmi bir neçə ay sonra koronavirus pandemiyası ilə əlaqədər ölkə ərazisindəki bütün tədris müəssisələri Nazirlər Kabinetini qərarı ilə müvəqqəti olaraq qapadılıb.Gəncə şəhərində yaşayan və universitetlə əlaqələri olan mənbədən əldə etdiyimiz məlumatlara görə 2019-cu ilin dekabr ayında bağlanmış bu müqavilə üzrə 2020-ci ildə Gəncə Dövlət Universitetində heç bir əsaslı təmir işləri aparılmamışdır. Universitetin balansında olan tədris korpuslarında da həmçinin. Mənbənin verdiyi məlumatlara görə universitetin tədris korpusları əvvəlki illərdə təmir olunub. Korpusların daxilində isə xırda,kosmetik işlərın aparılmasına göstərilən məvləğin ayrılması mümkün deyil.Bəs tender yolu ilə ayrılmış bu vəsaiti hansı məqsədlər üçün xərclənib?

Qeyd edək ki,Gəncə Dövlət Universiti “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iki satınalma müqaviləsi bağlayıb.Xarici qaz və xarici elektrik təchizatının çəkilişi üzrə keçirilmiş kotirovka sorğusunda MMC bu VÖEN-lə (4700367351) müqavilə bağlayıb. Amma 24.12.2019-cu il tarixdə əsaslı təmir üzrə keçirilmiş açıq tenderdə müqavilə bağlanılmış podratçı “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilsə də, VÖEN (1400122681) “MUĞANBANK” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur.

Burada maraqlı situasiya yaranır. Universitet təbii ki, əsaslı təmirə 8 360 635.26 manat vəsaiti Təhsil və Maliyyə nazirliklıkləri ilə razılaşdırılmadan ayıra bilməzdi.Həmin dövrdə isə sözügedən nazirliyə hazırki Xarici İşlər naziri Ceyhun Bayramov rəhbərlik edirdi.Yusif Yusifovun qardaşı Cavanşır Yusifovun Maliyyə Nazirliyində Aparat rəhbəri olduğu da heç kimə sirr deyil.Buradan belə çıxmırmı ki, universitet vəsaiti təmir adı ilə “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” MMC-nın hesabından “MUĞANBANK”a köçürüb?

Təbii ki, bu bizim təxminimizdi.Bu belə olmaya da bilər.Çünki, 21 yanvarda Universitetin Tender Komissiyasına göndərdiyimiz sorğu məktubuna hələ də cavab gəlmədiyindən.ancaq təxmin edə bilirik.Amma mövzu ilə bağlı Gəncə Dövlət Universitinin rəhbərliyindən cavab gözləyirik.Çox bilmək istəyirik ki,Yusif Yusifov 8 milyon manata haranı və nə vaxt təmir etdirib./Aktualinfo.org/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • GDU-nun yeni tələbələri də narazıdır... - Rektor ilk başdan vəd versə də...

    GDU-nun yeni tələbələri də narazıdır... - Rektor ...

    16-12-2020, 13:40

  • 
  • Prorektor rektorun möhürünü alıb, özünü də istefaya göndərib...

    Prorektor rektorun möhürünü alıb, özünü də ...

    23-12-2013, 12:11

  • 
  • Rektor koronavirus qadağalarına əməl etmir - Müəllimləri məcburi işə çağırır...

    Rektor koronavirus qadağalarına əməl etmir - ...

    2-04-2020, 19:10

  • 
  • Keçmiş rektor: “Vəzifədən özüm çıxdım”

    Keçmiş rektor: “Vəzifədən özüm çıxdım” ...

    16-01-2014, 11:37

  • 
  • Daha bir rektor yol üstündədir - Dəyişiklik gözlənilir

    Daha bir rektor yol üstündədir - Dəyişiklik ...

    28-01-2014, 10:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu