GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Prorektor rektorun möhürünü alıb, özünü də istefaya göndərib...

Prorektor rektorun möhürünü alıb, özünü də istefaya göndərib...

Tarix: 23-12-2013, 12:11 Bölmə :Ölkə Baxış: 1 267
 Prorektor rektorun möhürünü alıb, özünü də istefaya göndərib...
Gəncə Dövlət Universitetində ağlasığmaz olay; Yadigar Əliyevə məcburən istefa ərizəsi yazdırıldığı iddia olunur
Redaksiyamıza Gəncə Dövlət Universitetindən məktub daxil olub. Məktubda iddia olunur ki, prorektor Yusif Yusifov təhsil müəssisəsinin möhürünü əlinə keçirib və onu rektora təhvil vermir. Məktubda yazılıb: “İllərdir bu elm ocağında təhsil alan tələbələrin arzusunda olduğu şəffaflıq, rüşvətsiz, korrupsiyasız təhsil sistemi yaranan bir vaxtda müəyyən qruplaşma hərəkətə keçib.

Rektor Yadigar Əliyev təhsil ocağında illərdir hökm sürən problemlərin həllinə çalışdığı və buna müəyyən qədər də nail olduğu, zamanın tələbi olan mütərəqqi metodları tətbiq etməyə, islahatlara başladığı bir vaxtda maddi maraqlarını, mənfəətlərini güdən qruplaşma bu prosesi süngü ilə qarşılayır, yumşaq desək, Ostap Benderlik edir. Çox təəssüflər olsun ki, onlar nəticə də əldə ediblər; ”ölçülü-biçili" addımlarla ləkələmə kampaniyasının ilk mərhələsini uğurla başa vurublar..."



Məktubda iddia edilir ki, GDU-da şəffaf təhsil sisteminin qurulmasına mane olan, universitetdə qalmaqal yaranmasına stimul və dəstək verən qrupun məqsədi bu təhsil ocağını ələ keçirmək, ora öz adamlarını rektor təyin etdirmək və “bazar”ın bərpasına nail olmaqdır: “Y.Yusifov Maliyyə Nazirliyinin tabeliyindəki Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi olan Cavanşir Yusifovun qardaşıdır. C.Yusifov maliyyə nazirinin müavini Azər Bayramovla dostdurlar. Azər Bayramovun qardaşı Ceyhun Bayramov isə təhsil nazirinin 1-ci müavinidir...”

Məktub-müraciətdə qeyd edilir ki, Y.Yusifov prorektorluğa da qardaşının vasitəsilə yüksəlibmiş: “GDU-nun sabiq rektoru Elman Məmmədovun zamanında universitetdə Maliyyə Nazirliyinin növbəti yoxlaması zamanı külli miqdarda - dörd milyon manatdan çox yeyinti aşkarlanıb. Bu yoxlamanı aparan idarənin rəisi Cavanşir Yusifov rektor qarşısında şərt qoyub: ya qardaşım Yusif Yusifovu prorektor təyin edirsən, bu yeyinti məsələsini öz aramızda həll edirik, ya da materiallar hüquq-mühafizə orqanlarına ötürülür, həbs olunursan. Sabiq rektor şərtin birinci hissəsini fikirləşmədən qəbul edib. Dövlətə dəyən külli miqdarda ziyan ört-basdır olunub, Yusif Yusifov prorektor vəzifəsinə təyin edilib. Yadigar Əliyev bu ilin fevralında rektor təyin olunandan sonra isə Y.Yusifov universitetdə oxuyan tələbələri ”illiyə", “aylığa” buraxmaq, imtahanlar zamanı “haqq” qoymaq kimi əməllərini həyata keçirə bilməyib. Bu, bir sıra dekan və kafedra müdirlərini də qəzəbləndirib. Və avtomatik olaraq Yadigar Əliyevə qarşı kampaniya başlayıb...
Y.Əliyev iki ay öncə məzuniyyətə gedəndən sonra onun səlahiyyətlərini icra edən prorektor Yusif Yusifov universitetdə toplantı çağıraraq bəyan edib ki, rektor birdəfəlik gedib, o, bir daha geri qayıtmayacaq. Eyni zamanda Y.Əliyevin barəsində kompromatlar toplayaraq Təhsil Nazirliyinə yollayıb. Başqa adamların nazirliyə göndərdiyi məktub ünvanına bir neçə günə çatırsa, Yusif Yusifovun yazdıqları həmən çatır. Y.Əliyev məzuniyyətdə olduğu dövrdə yuxarıda sxemi göstərilən “kruq” qəribə bir plan qurub: Məzuniyyət bitəndən sonra işə qayıdan rektoru universitetə buraxmamaq. Hazırda fakt bundan ibarətdir ki, məlum qrup Yadigar Əliyevə universitetdə öz vəzifəsini icra etməyə imkan vermir, prorektor möhürü ona qaytarmır, bütün sənədləri qeyri-qanuni olaraq özü imzalayır. O, iddia edir ki, möhürü Yadigar Əliyevə verməməyi ona nazirlikdən tapşırıblar. Fakt bundan ibarətdir ki, Yadigar müəllim rüşvətə qarşı mübarizə aparırdı, prorektor Yusif Yusifov isə arxasındakı adamlara arxayın olaraq Yadigar Əliyevlə mübarizə aparır. Və artıq rektorluq arzusuna çatdığını da gizlətmir. Əminliklə söyləyir ki, Yadigar Əliyevi ləkələyib istefaya göndərə biləcəklər, dərhal da o özü rektor təyin ediləcək".

Məktubda o da yazılır ki, GDU-nun 8 fakültəsi var, burada 5000 nəfərdən çox tələbə təhsil alır: “Bunların da müəyyən qədəri əvvəlki rektorun vaxtında Yusif Yusifovun qurduğu mexanizm və idarəçilik ilə ”illiyə", “aylığa” buraxılıb, dərslərə gəlmirlər. Dərsə gəlməyənlər hər semestr vaxtı 2500-3000 manat verirlər. Prorektor Yusif Yusifov, kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev, fizika və texniki fənlər fakültəsinin dekanı İldırım Qasımov (bu şəxs əvvəllər televizor ustası olub, indi isə “Samsung” firmasının Gəncədəki mağazasında çalışmaqla yanaşı, dekanlıq edir) bu prosesdə əlbirdirlər. Yadigar Əliyevə qarşı kampaniyanı da əsasən bu qruplaşma həyata keçirir..."

“Yeni Müsavat”a verilən məlumatda o da bildirilir ki, Yadigar Əliyev faktiki olaraq cinayət xarakterli əməllə üzləşib, universitetin möhürünü prorektor ələ keçirib və ona qaytarmır: “Yadigar Əliyev yaranmış situasiyanı görərək, məcburiyyət qarşısında qalaraq istefa ərizəsi də yazıb. Hansı ki, onu bu vəzifəyə prezident təyin edib, ancaq müəyyən bir qruplaşma rektora bu vəzifədə işləməyə imkan vermir”.

Məktubda qəzet vasitəsi ilə yaranmış durumun prezidentin diqqətinə çatdırılması xahiş olunub.

Müraciət redaksiyamıza bazar günü daxil olduğundan məsələyə dair Təhsil Nazirliyindən mövqe almaq mümkün olmadı.

Yazıda adları keçən hər bir kəsi və qurumu dinləməyə, onların da mövqeyini dərc etməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sumqayıt Dövlət Universitetində vəzifə davası

    Sumqayıt Dövlət Universitetində vəzifə davası ...

    29-08-2013, 19:57

  • 
  • Sumqayıt Dövlət Universitetində vəzifə davası

    Sumqayıt Dövlət Universitetində vəzifə davası ...

    14-08-2013, 18:05

  • 
  • Sumqayıt Dövlət Universitetində vəzifə davası

    Sumqayıt Dövlət Universitetində vəzifə davası ...

    14-08-2013, 17:34

  • 
  • Sumqayıt Dövlət Universiteti intriqa yuvasına çevrilib

    Sumqayıt Dövlət Universiteti intriqa yuvasına ...

    16-12-2012, 13:38

  • 
  • Sumqayıt Dövlət Universiteti intriqa yuvasına çevrilib

    Sumqayıt Dövlət Universiteti intriqa yuvasına ...

    15-12-2012, 14:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu