GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ordumuz Şuşaya necə girib? - Tehran Mənsimov ilk dəfə danışdı

Ordumuz Şuşaya necə girib? - Tehran Mənsimov ilk dəfə danışdı

Tarix: 28-01-2021, 15:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 600
Ordumuz Şuşaya necə girib? - Tehran Mənsimov ilk dəfə danışdı


Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun zabiti, “İgidliyə görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilən Tehran Mənsimov “Şərq qapısı” qəzetinə müsahibə verib.

Gundemxeber.az “Qafqazinfo”ya istiandən həmin müsahibəni təqdim edir:

– Çoxları üçün Tehran Mənsimovun həyatı maraqlıdır. Siz özünüzü oxuculara necə təqdim edərdiz?

– (Gülür). Ən yaxşısı başdan başlamaqdır...

– ...Siz artıq başlanılmış işi tamamlayanlardansınız...

– Dövlətimizin və güclü ordumuzun sayəsində... 1972-ci ildə Qusar rayonunun Düstahir kəndində anadan olmuşam. 1989-cu ildə məktəbi bitirdikdən bir il sonra Sovet İttifaqı zamanında ordu sıralarında xidmətə başlamışam. 1992-ci ildə xidməti başa vursam da, Qarabağ müharibəsi başladığına görə Azərbaycan Silahlı Qüvvələrində xidmətimi davam etdirmişəm. O vaxt vahid birlik, komandanlıq olmadığından könüllü müraciət etmişdim. Peşəkar zabit çatışmazlığı mövcud idi. Demək olar ki, ovaxtkı tabor komandirləri ixtisasından asılı olmayaraq, yerli ağsaqqallardan, hörmətli şəxslərdən seçilirdi. Bizə tabor komandiri təyin olunan şəxs ixtisasca çilingər olsa da, çox qabiliyyətli bir insan idi. O vaxt başa düşürdük ki, vahid ordu olmadığından bizi çox ağır günlər gözləyir. Hər tərəfdən hücum təhlükəsi ilə üz-üzə idik. Başçılıq etdiyim taqım düşmən hücumunu dəf etmişdi. Füzuli rayonunun Qacar kəndində yüksəkliyin əldə saxlanılmasından sonra artıq kollektiv içərisində rəğbət qazanmışdım. Bundan sonra briqada komandiri zabit olmağı təklif etdi. Həmin vaxt Bakı Birləşmiş Zabitlər Məktəbində kəşfiyyat kursları başlamışdı. 1992-ci ilin fevral ayında həmin məktəbə daxil oldum. Bir il sonra kursda 354 nəfərin birincisi olduğuma görə leytenant rütbəsi aldım və yenidən Füzuli bölgəsinə yola düşdüm. İkinci Qarabağ müharibəsində qazandığım uğurlarda Birinci Qarabağ müharibəsində qazandığım təcrübənin rolu vardır.

Ordumuz Şuşaya necə girib? - Tehran Mənsimov ilk dəfə danışdı


24 avqust 2011-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olmuşam və 26 iyun 2013-cü ildə həmin akademiyanı fərqlənmə ilə – birinci olaraq bitirmişəm. Taqım komandirliyindən briqada komandirliyinə kimi Qarabağ bölgəsində xidmət etmişəm. 4 iyul 2013-cü ildən Naxçıvan Əlahiddə Ümumqoşun Orduda xidmətə başlamışam və Şahbuz rayonundakı hərbi hissənin komandiri olmuşam. Hazırda Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi vəzifəsində xidmət edirəm.

– Bu müddət ərzində bir çox məlumatlar paylaşıldı, xəbərlər dərc olundu. Amma bizim diqqətimizi daha çox ümummilli lider Heydər Əliyevlə cəbhə bölgəsində çəkilmiş bir fotonuz çəkdi. Həmin hadisəni necə xatırlayırsınız?

– 1994-cü il Horadiz istiqamətində uğurlu əməliyyat aparılmış, hansı ki, həmin dövrdə ulu öndərimiz xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmışdı, 22 kənd, Horadiz qəsəbəsi uğurla müdafiə olunmuşdu. Bu uğurlu əməliyyatda iştirak edən 160 nəfərdən biri də mən idim. Baş leytenant kimi o əməliyyatdan sonra tabor komandirini əvəz edirdim. Dedilər ki, ulu öndər taborla görüşməyə gəlir. O zamanlar böyük kazarmalar yox idi. Kazarmaları işğaldan azad edilmiş komalar əvəz edirdi. Ulu öndərimiz gəldi, hər birimizlə tək-tək görüşdü. Ulu öndər bizimlə çox səmimi şəkildə söhbət etdi, zarafatlaşdı, silahı əlinə götürüb nişan almağı göstərdi. Görüşərkən mənə “rütbən nədir?” – dedi. Dedim “baş leytenant”. Dedi “bu gündən kapitansan”. Elə ilk rütbəmi də ulu öndərimiz verib.

Ordumuz Şuşaya necə girib? - Tehran Mənsimov ilk dəfə danışdı


– Bildiyimizə görə bu görüş sizi yenidən orduya, hərbi peşəyə bağlayıb...

– Etiraf edim ki, həmin vaxt ulu öndərin fikirləri, dəyərli sözləri, eyni zamanda həmin günkü hadisə mənə xidmət etməyim üçün əlavə stimul verdi. Mənim uğurlu hərbi yolum məhz ulu öndərin adı ilə bağlıdır.

– Vətən müharibəsində ordumuzun qələbə qazanmasının əsas səbəbi kimi nəyi göstərə bilərsiz?

– Təbii ki, ilk növbədə, vahid komandanlığın olmasını. Ali Baş Komandanımızın, Prezident cənab İlham Əliyevin rəhbərliyi və apardığı uğurlu ordu quruculuğu siyasəti qələbənin əsasını təşkil etdi.

– Ordu quruculuğu Naxçıvan Muxtar Respublikasında əsas məsələlərdən biridir. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı...

– Hər kəs bilir ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu böyük gücə malikdir. İstər peşəkar zabitlərin olması, istərsə də yeni, müasir silah-sursat, texnikalarla təmin edilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bilavasitə rəhbərliyi ilə görülən işlər gücümüzü daha da artırır. Xüsusilə bu prosesdə təlimlərin rolu danılmazdır. Hər il keçirilən taktiki təlimlər inkişafımızın təməl prinsiplərindəndir. Ona görə də mən fəxrlə deyirəm ki, Naxçıvan Əlahiddə Ümumqoşun Orduda peşəkar zabit və döyüşçü kimi özümü formalaşdırmışam. 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun həyata keçirdiyi peşəkar əməliyyat nəticəsində Günnüt kəndi daxil olmaqla, yaxınlıqdakı Qızılqaya və Qaraqaya dağlarında mühüm hərbi-strateji əhəmiyyətə malik yeni mövqelər, ümumilikdə, 11 min hektara yaxın ərazi işğaldan azad edildi. Günnüt əməliyyatı Naxçıvanda əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğunun uğurla davam etdirildiyini, Naxçıvanın müdafiə təhlükəsizliyinin təmin olunduğunu bir daha sübut etdi. Ümumiyyətlə, Naxçıvan Əlahiddə Ümumqoşun Orduda əsgərlərə, hərbçilərə göstərilən diqqət və qayğı yüksək səviyyədədir. Bunu istər şəxsi heyətin yaşayış və xidmət şəraitinin ən müasir səviyyədə qurulması, istər onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, istərsə də ordu ilə olan həmrəylikdə – dövlət-xalq-ordu birliyində görmək mümkündür. Ali Məclis Sədrinin vaxtaşırı hərbi hissələrdə, sərhəd bölgələrində olması, əsgərlərlə görüşməsi hərbçilərimizdə böyük ruh yüksəkliyi yaradır. Döyüş hazırlığının idarə rəisi kimi onu deyə bilərəm ki, Ali Məclis Sədrinin təsdiq etdiyi plana uyğun olaraq Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini təmin etmək qarşımızda əsas tapşırıqdır. Naxçıvan Əlahiddə Ümumqoşun Ordu müdafiəni təmin etməklə yanaşı, həm də istənilən döyüş tapşırığını yerinə yetirmək gücündədir. Bu öz təsdiqini Vətən müharibəsində tapdı. Ali Məclis Sədrinin müəyyənləşdirdiyi “Hamı bir nəfər, bir nəfər hamı üçün!” şüarı gücümüzün, birliyimizin, uğurumuzun əsasında dayanan amildir. Çünki birlik yoxdursa, uğur qazanmaq da çətindir.

– Vətən müharibəsində keçdiyiniz döyüş yolundan danışmağınızı istərdik.

– Əvvəlcə onu deyim ki, cəbhəyə yola düşərkən söz verdim ki, Ali Məclis Sədrinin bizə göstərdiyi etimadı doğruldacaq, zəfərə doğru irəliləyəcəyik. Əgər sağ qalsam, qələbə müjdəsini özüm verəcəm. Çox şükür ki, sözümüzün üstündə durduq. Döyüş zamanı biz Hadrut-Füzuli-Xocavənd, Hadrut-Şuşa, Hadrut-Xankəndi istiqamətlərində bölündük. Birinə şəhidimiz Anar Əliyev, digərinə isə mən rəhbərlik edirdim. İlk döyüşdən bir epizodu sizinlə paylaşmaq istəyirəm. Hadrut istiqamətində döyüşlər gedirdi. Oranın çox mürəkkəb reylefi var: həm dağlıq, həm də sıx meşəlikdir, ərazini yaxşı tanımırdıq. Çünki uzun illərdir, ermənilərin işğal etdiyi bir yer idi. Bilirdik ki, nə qədər təmizləsək də, bəlli olmayan yerlər də var. Şəhərdə pusqu qurmuşdular. Əsgərlərimiz ilk dəfə döyüşə girməsinə baxmayaraq, pusqunu yardılar. Onu deyim ki, verilən hər bir tapşırığı alnıaçıq yerinə yetirə bildik.

Ordumuz Şuşaya necə girib? - Tehran Mənsimov ilk dəfə danışdı


– Şuşaya girən ilk qəhrəmanlarımızdan biri siz olmusunuz. Həmin an hansı hissləri yaşadınız?

– Şuşaya gedən yol var. Həmin yol açılmadığına görə, orada mürəkkəb, qızğın döyüşlər gedirdi. Düşmən bütün gücünü həmin əraziyə cəlb etmişdi. Minalanmış sahələrdə canlı qüvvə və zaman itkisinə yol verməmək üçün bizə yeni tapşırıq gəldi. Əlavə olaraq, 3 briqada mənim tabeçiliyimə verildi. Xüsusi təyinatlılara şərait yaratmaq üçün Daşaltı bölgəsini nəzarətə almalı, oradakı düşmən qüvvələrini məhv etməli idik. O vaxta kimi xüsusi təyinatlılar Şuşaya girəcəkdilər. Onlar meşədən keçib Şuşaya girənə qədər döyüşüb düşməni öz üzərimizə çəkməli idik. Həmin gün şəhidlərimizin qanı bahasına hədəfə çatdıq və noyabrın 4-də Daşaltını işğaldan azad etdik. Sonrakı günlərdə də düşmənin saysız əks-hücumlarını dəf etdik. Bu döyüşlərdə Naxçıvan xüsusi təyinatlılarının şücaətini xüsusi vurğulamaq istəyirəm. Xüsusilə, Anar Əliyev və Nihad Babayevi, böyük qəhrəmanlıq göstərən Renat Şıxnəbiyev, Əli Kərimov və Elnur Şirinovun igidliyi gələcək nəsillərimiz üçün örnəkdir.

Ermənilər deyirdilər ki, biz vururduq, Azərbaycan hərbçiləri yenidən qalxaraq üzərimizə gəlirdi. Həqiqətən də, həmin döyüşlərdə Naxçıvan xüsusi təyinatlıları qeyri-adi iradə, böyük fədakarlıq və qəhrəmanlıq göstərdilər... Noyabrın 6-da artıq xüsusi təyinatlılarımız Şuşa yaxınlığında yaxın təmas döyüşünə keçmişdilər. Döyüşən 4 hərbi hissənin hər birində Naxçıvan xüsusi təyinatlıları var idi. Ayın 7-si artıq Şuşaya şanlı bayrağımızı sancdıq, ilk azan oxundu. Bu hissləri sözlərlə ifadə etmək çox çətindi. Oxunan azan səsi və Dövlət Himnimizi eşidən yaralılarımıza, sanki yenidən həyat verilirdi. Şuşa azad olunandan dərhal sonra ilk ürəyimdən keçən namaz üstdə şəhid olan qəhrəman oğullarımızın ruhuna və igid döyüşçülərimizə dua etmək, Allaha şükranlığımı sevinc göz yaşları ilə çatdırmaq oldu. Düşmən sonra da əks-hücuma keçdi və bu hücumların da qarşısı alındı. İgidlərimiz canları bahasına Şuşanı qoruyub saxladı. Ölkənin müxtəlif yerlərində bu qələbəmizi coşqu ilə qarşılayan xalqımızın sevinci bizə daha böyük ruh yüksəkliyi verirdi.

Onu da vurğulayım ki, Naxçıvan xüsusi təyinatlılarının Hadrut şəhəri və ətrafında olan yüksəkliklərin, Qarakollu, Edili, Axullu, Düdükçü, Zərgər, Qaraçuğ, Yuxarlı Yağlıvənd, Veysəlli, Meşdağlar, Domi, Tuğ, Çanaqçı, Sığnaq, Qacar, Divanalılar kəndlərinin, eləcə də Daşaltı və Şuşanın azad olunmasında müstəsna xidmətləri olub. Hətta bir çox strateji yüksəkliklərin ələ keçirilməsində iştirak ediblər. Bu müharibədə oğullarımızın qəhrəmanlıqları ortaya çıxdı. Fiziki göstəricisindən asılı olmayaraq, elə əsgərlər, hərbçilər var idi ki, loru dillə desək, boyundan böyük qəhrəmanlıq, cəsarət göstərirdilər. Nəinki, şəhidlərimiz, bu gün sağ qalan hərbçilərimiz var ki, onlar öz qanları bahasına tarix yazıblar. 44 günlük müharibə dünya hərb tarixində yeni bir döyüş taktikası oldu. Müharibə həm də onu göstərdi ki, xalqımız müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşib.

– Həm birinci, həm də ikinci Qarabağ müharibəsində iştirak etmisiz. Sizcə, son müharibədə qələbəmizin əsasını nə təşkil etdi?

– Təbii ki, son 44 günlük müharibədə ordumuz nəyə qadir olduğunu göstərdi. Heç şübhəsiz ki, bunun da əsasında Ali Baş Komandan tərəfindən uğurla aparılan ordu quruculuğu siyasəti, mükəmməl hərbi kadr potensialının formalaşması, müasir hərbi silahlanma – bir sözlə, sarsılmaz hərbi qüdrətimiz durur. Xüsusilə ciddi nizam-intizam, ordunun tam püxtələşməsi, zabit və əsgərlərimizin həm psixoloji, həm də döyüş hazırlığının yüksək səviyyədə olması qələbəmizin əsasını təşkil etdi. Birinci Qarabağ müharibəsi zamanı ordumuzda texnika və canlı qüvvə çatışmazlığı var idi. Eyni zamanda insanların hərbi hazırlıqsız döyüşməsi düşmənə əlavə güc vermişdi. Lakin ordu quruculuğunda aparılan uğurlu siyasət 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızın azad olunması ilə nəticələndi. Ali Baş Komandanın müharibənin gedişini dəqiqliklə izləməsi və birbaşa rəhbərlik etməsi düzgün döyüş taktikasının müəyyənləşdirilməsində və qələbə qazanmağımızda əsas amil oldu. Budur əsl Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun, Azərbaycan xalqının gücü!
Biz Vətənə olan borcumuzu yerinə yetirirdik. Lakin xidmətimiz dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Ali Baş Komandanın sərəncamları ilə “Azərbaycan bayrağı” ordeni və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşam. Bundan əvvəl də medallarla təltif olunmuşam. Dövlətimizə, Ali Baş Komandana minnətdarlıq edirəm. Xoşbəxt insanlarıq ki, Vətən müharibəsində, torpaqlarımızın azad olunmasında iştirak etdik. Fəxr edirəm ki, müzəffər Ali Baş Komandanımız var, qalib ordumuz var, güclü Azərbaycanımız var!

Bir məsələni də xüsusi qeyd etməliyəm ki, Naxçıvanda yaşamaq, işləmək, xidmət etmək hər bir hərbi qulluqçu kimi, məni də qürurlandırır. Bu torpağın hər qayası, hər daşı bir tarixdir. Fürsət tapdıqca Naxçıvanı gəzirəm, daha yaxından tanıyıram. Uzun illər düşmənlə sərhəddə yerləşməsinə baxmayaraq, sabitlik, inkişaf və rifah vardır. Gəncliyə qayğı vardır. Vətəninə, dövlətinə, xalqına sadiq gənclər yetişir, formalaşır. Gəncliyə qayğı olan yerdə, vətənpərvər gənclik olan yerdə isə, deməli, etibarlı gələcək vardır.

– Son olaraq nə demək istərdiniz?

– Döyüşlərdən sonra, ilk növbədə, gedib şəhidlərimizi ziyarət etdim. Daha sonra Bakı Beynəlxalq Hava Limanında bizi görənlər böyük coşqu ilə qarşıladılar. Naxçıvan Beynəlxalq Hava Limanında da eyni coşqu vardı, hər kəs Qələbə sevincini bizimlə bölüşdü. Bu da hədsiz sevincimizə səbəb oldu. Mən bunu evdə hər zaman övladlarıma da deyirəm: Vətənin hər qarışı sənin qeyrətindir. Çünki bu Vətən uğrunda yüzlərlə igidimiz şəhidlik zirvəsinə ucalıb. Gənclərə demək istərdim ki, Vətən sevgisini hər şeydən üstün tutsunlar. Vətən üçün hər birimiz müsəlləh əsgər kimi formalaşmalıyıq. Bunun üçün isə dövlətimiz hər bir şəraiti yaradıb.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vətən müharibəsində iştirak edən 82 670 hərbçi təltif olunub

    Vətən müharibəsində iştirak edən 82 670 hərbçi ...

    30-12-2020, 13:45

  • 
  • Azərbaycanın 3 601 hərbçisi “Vətən uğrunda” medalı ilə təltif edilib

    Azərbaycanın 3 601 hərbçisi “Vətən uğrunda” ...

    15-12-2020, 21:14

  • 
  • Vətən müharibəsi şəhidinin qızı Şuşaya şəxsiyyət vəsiqəsi verildi

    Vətən müharibəsi şəhidinin qızı Şuşaya şəxsiyyət ...

    28-01-2021, 12:06

  • 
  • Beyləqan "komissarı" ittiham olunur - ŞOK İDDİA

    Beyləqan "komissarı" ittiham olunur - ...

    1-12-2020, 10:00

  • 
  • Vətən müharibəsində 12 ermənini məhv edən igid - Video

    Vətən müharibəsində 12 ermənini məhv edən igid - ...

    8-01-2021, 09:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu