Korona Virusun tüğyan etdiyi bir vaxtda, karantin qaydalarına məhəl qoymadan Astaranın deputatı Rəşad Mahmudov və böyük qardaşı icra başcısının 1-ci müavini Allahverən Mahmudov 28 yanvar axşam saatlarında rayonun mənzərəli restoranlarından birində yeyib – içib şəkil çəkdiriblər.
GUNDEMXEBER.AZ KAİM.az-a istinadla bildirir ki, “ASTARA- ŞAHAĢACİ-AZƏRBAYCAN” qrupunda Rashad Madatov da həmin fotonu paylaşaraq ağır sözlərlə status yazıb.
O bildirib: “1 -ci hörmətli deputat Rəşad Mahmudov 2-cisi deputatın böyük qardaşı və Astara İcra başcısının 1-ci müavini Allahverən Mahmuduv, başa düşdük qardaşdırlar yiyib icirlər və bu normaldır….. Mənə cox maraqlı olan budur ki, 3 cü nəfər olan tofiq , o tofiq ki Astara Rayon Şeyakaran və Şahaagac kəndlərini satan məxluq bu 2 nəfərin yanında nə edir!!! bunlar o maşenika havadardırlar yoxsa !?!? Bütün Azerbaycan bilir ki bu tofiq mənə 250 min manatdan cox ziyan vurub amma bunlar o maşeniknən yeyib icirlər !! Mən məcburam ki bu şəkili canab prezident İlham Əliyevə göndərim…daha başqa yolumuz qalmadı !!”
Astarada karantin qaydalarının deputat Rəşad Mahmudov və icra başcısının 1-ci müavini Allahverən Mahmudov tərəfindən pozulması, Azərbaycan Bayrağına hörmətsizlik sosial şəbəkə istifadəçilərini hiddətləndirib. Qardaşların belə bir hərəkəti pislənərək, onlar haqqında qanuni ölçü götürülməsi tələb edlib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?