Astara rayonunda psixatrop maddə satan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un Cənub Mərkəzinə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şahağacı kənd zakini Elzamin Feyruzzadə 1 bükümdə çəkisi 0,2 qram psixatrop maddə olan metamfetamini satarkən cinayət başında saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı əlavə olaraq satış məqsədi ilə saxladığı 11 büküm metamfetamin aşkarlanaraq götürülüb. Davam edən əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, E.Feyruzzadə həmin psixatrop maddəni həmkəndlisi, əvvəllər məhkum olunmuş Həbib Muxtarovdan əldə edib. H.Muxtarov polis əməkdaşları tərəfindən Şahağacı kəndi ərazisində saxlanılıb və üzərinə keçirilən baxış zamanı satış məqsədilə üzərində gəzdirdiyi 13 bükümdə psixatrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?