GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 2 MİLYON MANATI HƏZMİ-RABEDƏN KEÇİRƏN AKADEMİK ŞƏBƏKƏ – Dövlət onlara bata biləcəkmi?!

2 MİLYON MANATI HƏZMİ-RABEDƏN KEÇİRƏN AKADEMİK ŞƏBƏKƏ – Dövlət onlara bata biləcəkmi?!

Tarix: 1-02-2021, 13:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 648

2 milyon manatı həzm-rabedən keçirən AKADEMİK ŞƏBƏKƏ... – Dövlət onlara bata biləcəkmi?!
Tarix: Bu gün, 08:59 | Çap et

Bir neçə gün öncə professor İdris Abbasovun özünün şəxsi profil səhifəsində “Akademiklər İsa Həbibbəyli və Möhsün Nağısoylunu bağışlamaq olarmı?!” başlıqlı paylaşımının rəy bölməsində İsa Həbibbəylinin 2 trolunun fəal iştirakının şahidi olduq. Bunlar kimdirlər? Biri Rəşad Qasımovdur. Rəşad, bilməyənlər üçün qeyd edək ki, İsa Həbibbəylinin bircəcik şirinciyəz bacısı oğludur. Deyirlər, dayılar bacısı oğlanlarını çox sevərlər. Digər tərəfdən də belə bir el məsəli var: “İgid oğlan dayısına çəkər.”
Ona görə də İsa Həbibbəyli Nizami adına Ədəbiyyat İnstitutuna direktor gələr-gəlməz dərhal dayı sevgisini bacısı oğluna real göstərmək üçün onu ən “xod” gedən vəzifəyə gətirib qoydu. Ona qədər bu işin layiqincə öhdəsindən gələn və heç bir qüsuru olmayan Vahid adlı şəxs idi bu vəzifədə.
Ədəbiyyat İnstitutunda indi də İsanın qorxusundan nümayişkaranə şəkildə deməsələr də, ancaq yeri gəlmişkən Vahid müəllimin institutun ümumi işlər üzrə direktor müavini işindən getməsinə acıyırlar. Çünki Vahid müəllim hər zaman işini vicdanla yerinə yetirmişdir. Əslində Vahid müəllimin bu işdən uzaqlaşdırılması “İsa Həbibbəyli prizması”ndan “haqlı və düzgün” bir addımdır.
Uzun illər Naxçıvan Dövlət Universitetinin rektoru olmuş İsa Həbibbəyli çox gözəl bilir ki, özü kimi bir maxinator, dövlət büdcəsini yeyib-dağıdan adamçün Vahid müəllim kimi vicdanlı, ləyaqətli bir adamla işləmək əmələ gəlməz. Bu vəzifədə Rəşad kimi bir bacıoğlu olmalıdır ki, dayısının müxtəlif donlar geyindirməklə dövlət büdcəsini dağıtmaq əmrini dərhal yerinə yetirsin. Axı instituta bütün inventarlar, keçirilən tədbir və digər məsələlərin maddi xərcləri məhz bu vəzifədə olanın əli ilə rəhbərin istədiyi şəkildə həzmi-rabedən keçirilir.
Necə ki bir neçə il bundan öncə cənab Prezidentin Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi məqsədilə akademiyanın Rəyasət Heyətinin hesabına köçürdüyü 2 milyonun acı taleyi məhz 2 şəxs – o zaman Rəyasət Heyətində Humanitar Bölmənin akademik katibi Kamal Abdulla (indiki Azərbaycan Dillər Universitetinin rektoru) və vitse-prezident İsa Həbibbəyli tərəfindən sona yetmişdir (2013-2014-cü illərdə nə qədər pul keyfiyyətsiz kitab nəşrinə, sınıq-salxaq inventarlara silinmişdir!). Bu 2 şəxs çox möhkəm dostdurlar, onları birləşdirən ən böyük amal büdcəgir sevdalı olub illərdir vəzifədə oturaraq dövlət büdcəsini dağıtmaqla nəinki özlərinə, həm də nəvə-nəticələrinə gözəl, firavan həyat qurmalarıdır. Onlar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə qohum olduqlarını deyərək insanları qorxu altında saxlamışlar.
İdris Abbasovun 2 milyon manatla və külli miqdar qrantlarla bağlı paylaşımında bacıoğlu Rəşadın Samirə Kərimovanı da özünə qoşaraq rəy bölməsində canfəşanlıq etmələri elə-belə deyil.

2 MİLYON MANATI HƏZMİ-RABEDƏN KEÇİRƏN AKADEMİK ŞƏBƏKƏ – Dövlət onlara bata biləcəkmi?!


Şirinxətəm Rəşad vaxtilə Kamal Abdulla və İsa Həbibbəylinin sifarişi ilə yazılaraq Dilçilik İnstitutunun qısamüddətli direktoru olmuş Fəxrəddin Veysəllinin boynuna atılaraq “günalandırılan” hansısa yazını skrin edib rəy bölümünə atmaqla özlüyündə elə fikirləşir ki, əzizxələt dayısı İsa Həbibbəylini və onun büdcəgir sevdalı silahdaşı Kamal Abdullanı xilas edir. Bu əsla belə deyil. Bilənlər bilir.

Dəfələrlə öz yazılarında 2 milyon və yüz minlərlə qrant məsələsini qaldıran İdris Abbasovun harayına isə zavallı Fəxrəddin Veysəllini günahlandıran skrin ilə “cavab” verilir.
Altında 60 minlik Toyota avtomobili, lüks həyat şəraiti olan şirinxətəm bacıoğlu Rəşad Qasımov İsa Həbibbəyliyə belə ağır günlərdə lazımdır ki, qol gücü göstərsin. Hələ bu harasıdı!
Möhtərəm Prezidentin sərəncamı ilə AMEA Rəyasət Heyətinin balansına köçürülən 2 milyonun Dilçilik İnstitutu üçün səmərəsiz, taleyinin acı olmasının günahkarları məhz o zaman Rəyasət Heyətində rəhbər vəzifədə olmuş büdcəgir sevdalı akademiklər Kamal Abdulla və İsa Həbibbəylidir. Müsibəti-Fəxrəddindən sonra “günah keçisi” Möhsün Nağısoylunu da o iki şəxs direktor qoydular. İ.Abbasovun yazdığı kimi, M.Nağısoylu ört-basdır əməliyyatını uğurla həyata keçirdiyi üçün təltifləndiriblər. Bəli, Möhsünü də özləri kimi “akademik” qayırdılar.
Fəxrəddin Veysəlli isə Kamal Abdullanın əmrilə institut üçün o zaman alınmış bəzi keyfiyyətsiz əşyaların qəbulu ilə bağlı bəzi sənədlərə imza etmişdir. Qeyd edək ki, həmin əşyalar öz real bazar qiymətlərindən 10 qat fantastik qiymətlərlə sənədləşdirilərək həmin 2 milyonun anasını ağlatmışlar.
Əziz oxucular, əsl həqiqət budur! //Yenikirpi.az//
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident akademik Həbibbəylinin oğluna general-leytenant rütbəsi verdi

    Prezident akademik Həbibbəylinin oğluna ...

    31-01-2020, 11:50

  • 
  • AMEA-ya yeni təyinat

    AMEA-ya yeni təyinat ...

    19-06-2013, 15:34

  • 
  • Koronavirusa yoluxan professor İdris Abbasov xəstəxanaya yerləşdirilib

    Koronavirusa yoluxan professor İdris Abbasov ...

    5-07-2020, 17:09

  • 
  • Ramiz Mehdiyevin İsa Həbibbəylini “vurmasının” şok səbəbi - İLGİNC İDDİA

    Ramiz Mehdiyevin İsa Həbibbəylini “vurmasının” ...

    12-01-2021, 11:57

  • 
  • Vüqar Əhmədə vəzifə verildi

    Vüqar Əhmədə vəzifə verildi ...

    13-12-2018, 11:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu