Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səhət İsa oğlu Həbibbəyliyə gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi verilib.
S.Həbibbəyli AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin oğludur. İ.Həbibbəylinin digər oğlu Ərəstü Həbibbəyli 9 iyul 2018-ci ildən Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisidir. Xatırladaq ki, prezidentin general-mayor rütbəsi verdiyi gömrükçülər arasında Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi Həsən Nəbi oğlu Eyubov da var. Sərəncama görə, H.Eyyubova gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi verilsib. H.Əyyubov Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.//Criminal.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?