Ucar rayonu Alpı kənd sakini Əsgərova Dursun Əsgər qızı tərəfindən GundemXeber.Az-a verilən şikayət məktubunda bildirilir:
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov qanunları saya salmır.Çünki onun himayəsi altında yol tikintisi üçün ayrılan küllü miqdarda vəsait talan edilsə də indiyə qədər barəsində tədbir görülməyib. Bu cəzasızlığa görə Saleh Məmmədov daha da azğınlaşıb qanunsuz fəaliyyətini davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycanda yeni tikilən yollar az müddət sonra dağılıb yararsız hala düşür. Hazırda Ucar rayonunun Alpı və Qulabənd kəndlərində yol tikintisi işləri aparılır. Alpı və Qulabənd eyni sovetlikdə olan kəndlərdir. Alpı kəndində tikinti işlərini aparan şirkətin yol tikintisi işlərindən anlayışı yoxdur. Sadəcə Saleh Məmmədova verdiyi rüşvətə görə saxtakarlıqla tenderin qalibi olub. Ucar rayonu Alpı kəndində aparılan yol tikintisində mənə qarşı qanunsuzluq edilib ki, buna görə əziyyət çəkirəm.Belə ki, Ucar rayonu Alpı kəndində aparılan yol tikintisi zamanı mənə məxsus həyatyanı sahəmə gələn 400 mm-lik su borusu çıxarılmış, əvəzində sintetik 300 mm-lik boru tətbiq edilmişdir. Həmin boru vasitəsi ilə sudan istifadə etməyimiz qeyri mümkündür. Çünki bu boru vasitəsi ilə gələn sudan 3 nəfər ailənin təsərrüfatı istifadə edir. Buna görə mən yol tikintisinə nəzarət edən mühəndisə bildirsəm də heç bir tədbir görmək istəmədi. Çünki bu adamlar burada dövlətin ayırdığı vəsaiti talan etməklə məşğuldurlar. Sual yaranır ki, hansı qanuna və təcrübəyə əsasən su borusu 100 və 200 mm-lik olan bir təsərrüfat sahibinin bərəsi 400 mm-lik boru ilə əvəzlənir 3 ailənin istifadəsinə olan 400-mmlik su borusunu isə 300 m-lə əvəzləyirlər? Cavab budur ki, həmin şəxslər dövlət vəsaitini talan edən mühəndisə pul verib istəklərinə nail olublar. Bu korrupsiya əməlidir ki, törədilib. Nəticədə də biz əziyyət çəkməli oluruq. Həmçinin qeyd edim ki, Alpı kəndində hazırda aparılan yol tikintisində ciddi mənimsəmələrə yol verilib ki, yerində təftiş edilməsinə zərurət var. Mən üzləşdiyim qanunsuzluğa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova ərizə ilə müraciət etmişəm, həmçinin elektron qaydada bir neçə dəfə məktub göndərmişəm. Ancaq saymamazlıq edib heç bir cavab verməyib.Yuxarıda qeyd etdiyim kimi yol tikintisi quldurlarının başında məhz Saleh Məmmədov dayanıb.Əslində Saleh Məmmədov dövlətin küllü miqdarda vəsaitini talan etdiyi üçün indi vəzifədə yox zindanda olmalı idi. Bu səbəbdən mən mətbuat vasitəsi ilə ilk olaraq yol tikintisinə görə cənab Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Həmçinin dövlət rəhbərindən və Mehriban xanım Əliyevadan xahiş edirəm dövlətin ayırdığı vəsaiti talan etmiş Saleh Məmmədovun özünün və yerlərdə yol tikintisi aparan əlaltılarının barəsində qanuni tədbirlər görəsiniz, Ucar rayonunun Alpı kəndində aparılan yol tikintisinin obyektiv yoxlanılmasına göstəriş verəsiniz."
Sorğu
Yeni dizaynımız necədir?