Ucarda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə dünən saat 17:30 radələrində Bakı – Qazax əsas magistral yolunun Ucar rayonun Alpı kəndindən keçən hissəsində qeydə alınıb.
“VAZ 2106” markalı minik maşını ilə “Ford” markalı minik maşını toqquşub. Nəticədə “VAZ” markalı maşının sürücüsü rayonun Ənvərməmmədxanlı kənd sakini 81 yaşlı Dostməmmədov Maarif Ramazan oğlu və onun sərnişinləri - rayonunun Lək kənd sakini 51 yaşlı İsmayılova Siyarə Əlmövsüm qızı, onun qızı 16 yaşlı Qəmbərova Məryəm Ramiz qızı və Sumqayıt şəhər sakini 32 yaşlı Məmmədov Nurlan Əli oğlu müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, sərnişinlərin vəziyyəti nisbətən yüngül olsa da, sürücü M. Dostməmmədovun vəziyyəti kəskin ağırdır.
Hadisənin baş vermə səbəbi Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?