GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz Şöbəsi korrupsiya bataqlığında-Sahil Babayev niyə bunları görməzdən gəlir?

Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz Şöbəsi korrupsiya bataqlığında-Sahil Babayev niyə bunları görməzdən gəlir?

Tarix: 5-02-2021, 14:07 Bölmə :GündəmXəbər / Manşet Baxış: 750
Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz Şöbəsi korrupsiya bataqlığında-Sahil Babayev niyə bunları görməzdən gəlir?


"Nazirliyin daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmamovun özü saxta əlilliyə görə pensiya alıb"

Redaksiyamıza Xaçmaz şəhəri, R.Behbudov küçəsi, dalan 1, ev 18-də yaşayan Cəbiyeva Validə Eldar qızının müraciəti daxil olub. Validə xanım müraciətində Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz Rayon Şöbəsində uzun illər işlədiyini və zaman-zaman qarşılaşdığı haqsızlıqlardan, yuxarı təşkilatların ədalətsizliyindən və şöbədə baş verən korrupsiya hallarından yazır. Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəlişlərlə dərc edirik:

"Hörmətli İlqar müəllim!

Mən 1984-cü ilin oktyabr ayından DSMF-nun Xaçmaz rayon nümayəndəliyində (o vaxt Xaçmaz rayon Sosial Təminat Şöbəsi adlandırılıb, həmin vaxtdan keçən müddət ərzində şöbəsinin adı və tabe olduğu icra orqanı bir neçə dəfə dəyişdirilib) məsləhətçi vəzifəsində işləmişəm. İşlədiyim müddətdə heç vaxt korrupsiya və rüşvətxorluqla məşğul olmamışam. Yuxarı orqanlara da bu barədə vətəndaşlardan şikayət ərizələri daxil olmamışdır. Lakin qüsursuz işləməyimə baxmayaraq işlədiyim təşkilatda artıq ikinci dəfədir ki, məni qanunsuz işdən azad ediblər.

Birinci dəfə idarədə baş verən qanunsuzluqları DSMF-nun sabiq sədri Səlim Müslümova yazılı ərizə ilə məlumat verdiyim üçün 13.06.2007-ci il tarixdə DSMF-nun Xaçmaz rayon Şöbəsinin sabiq müdiri Ç.Əhmədovun vəzifə səlahiyyətlərini aşaraq verdiyi qanunsuz yerli əmri ilə işdən azad olunmuşam. Uzunmüddətli yazışma və yuxarı təşkilatlara müraciətlərimdən sonra Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1215 №-li, 05.12.2008-ci il tarixli qətnaməsi ilə işimə bərpa olmuşam. Həmin qətnaməni ərizəmə əlavə edirəm.

Mən 2013-cü il tarixdən II qrup əliləm. Mənim, guya saxta əlillik almağım barədə nümayəndəliyin sabiq müdiri C.Həmidov ƏƏSMN-ə məlumat vermiş, bunun nəticəsində mənim əlillik qrupumun yenidən yoxlanılması üçün mən mart 2020-ci il tarixdə Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reobilitasiya Xidmətinə çağrıldım. Yalnız Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutundan aldığım a/k 2481/23339 №-li, 11.03.2020-ci il tarixli arayışı təqdim etdikdən sonra əlilliyimin davam etdirilməsinə icazə verdilər. (Həmin sənədləri ərizəmə əlavə edirəm). Halbuki, nümayəndəlikdə saxta əlillik qrupu alanlar var və onlar barədə nümayəndəlik tərəfindən məlumat verilmədi. Sonradan mənə məlum oldu ki, mənim əlillik qrupumun davam etdirilməsinə rəy verən Nazirliyin daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmamovun özü saxta əlilliyə görə pensiya alıb. Görün, ədaləti bərpa etməyi kimə həvalə ediblər. Taleyin ironiyasına baxın!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 1077 №-li, 31.08.2020-ci il tarixli Fərmanına əsasən ƏƏSMN-nin bir neçə qurumu, o cümlədən də DSMF Publik şəxsə keçib. Həmin Fərmanda işçilərin işdən çıxarılmaması, əksinə müvafiq işlə təmin olunmaları Nazirliyə tapşırılsa da, bu göstərişə əməl olunmadı. Əksinə 2 mindən çox işçiyə müavinət ödəmədən işdən çıxarıldılar. İşdən azad olunan işçilərdən biri də mənəm. Mənim işdən azadolma əmrim verilən zaman mən xəstə olduğuma görə bülletendə olmuşam. (Həmin bülletenin surətini ərizəmə əlavə edirəm). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən əmək qabiliyyətinin myvəqqəti itirildiyi müddətdə işçini işdən azad etmək olmaz. Lakin Nazirlik buna da əhəmiyyət vermədi. Mən işdən qanunsuz çıxarılmağımla əlaqədar Sumqayıt İnzibati Məhkəməsinə müraciət etdim. 2-1(118)-1263/2020 №-li məhkəmə işinə Vəfa xanım Əzizovanın hakimliyi ilə 18.11.2020-ci il tarixdə ilkin baxış keçirildi. Ölkədə sərtləşdirilmiş karantin rejiminə keçirilməsi ilə əlaqədar növbəti məhkəmə baxışı təxirə çalındı.

Mən 01.09.2020-ci il tarixdə DSMF-nun Xaçmaz rayon Şöbəsində baş verən qanunsuzluq və korrupsiya halları haqda Nazirliyə müraciət etdim.

Bildirirəm ki, qeyd etdiyim korrupsiya faktları dəqiqliklə təsdiq olunsa da heç bir tədbir görülmədi, həmin işçilər işdə saxlanıldı. Həmidov Ceyhun Elçin oğlu Azərbaycan Respublikası Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərdiyim məktubdan sonra DSMF Xaçmaz rayon Nümayəndəliyinin direktoru vəzifəsindən 02.12.2020-ci il tarixdə uzaqlaşdırıldı. Lakin pensiyaçıların pensiya kartlarından mənimsənilmiş yetmiş mindən çox məbləğdə pullar pensiyaçılara qaytarılmadı. Saxta pensiya işləri dayandırılmadı. Saxta pensiya işlərindən ödənilmiş pullar dövlətə qaytarılmadı, saxta əlillik qrupu ilə pensiya alanlar pensiya almaqda davam etdirildi. Hüququ olmadan sosial yardım alan vətəndaşların sosial yardımları davam etdirildi və dövlətə həmin pullar qaytarılmadı. Nümayəndəlikdə korrupsiya şəbəkəsi qurmuş, cinayət əməlləri aşkar olunmuş işçilərə Nazirliyin rəhbərliyi tərəfindən himayədarlıq edilərək işdə saxlanıldı.

Ona görə də həmin faktları Sizə bildirirəm:

Hal-hazırda DSMF Publik hüquqi şəxs Xaçmaz nümayəndəliyinin sabiq müdiri Həmidov Ceyhun Elçin oğlu 2017-2018-ci illərdə DSMF Xaçmaz rayon Şöbəsində «pensiya sektoru»nun müdiri vəzifəsində işləyirdi. Həmin şöbənin işçisi məsləhətçi vəzifəsində işləyən Məmmədova Xavər Həmid qızı Həmidovla iş birliyi edərək, pensiyaçıların pullarını mənimsəyirdilər. Həmidov vətəndaşları aldadaraq onlardan Məmmədovanın qızı Bayramova Fəzilə Fizuli qızının adına notariusda etibarnamə alırdı. Həmin etibarnamə ilə də Fəzilə «KapitalBank»ın Xaçmaz rayon şöbəsindən pensiyaçıların böyük məbləğdə pullarını (Həmin pullar pensiyaçıların hüququnun yaranıb, lakin almadıqları pensiyalarının cəmidir) bankdan alırdı. Həmin məbləğ hər pensiyaçının adına orta hesabla on min manatdan artıq olurdu. Bu faktlar Nazirliyin araşdırması zamanı təsdiq olunub.

Həmidov Ceyhun «pensiya sektoru»nun müdiri olduğu vaxtlarda qanunsuz pensiya təyinatlarını da şəxsən özü edirdi. O, Xəlilova Səadət İkram qızına əmək pensiyası təyin etmək üçün əmək kitabçasına saxta qeydlər etdirmişdir. 20.11.1994-cü il tarixdən 01.03.2005-ci il tarixədək Nərəcan kənd orta məktəbinin bufetində işləməsi faktı saxtadır. Xəlilovanın həmin illərdə məktəbin bufetində işləməsini təsdiq edən sənəd yoxdur.

C.Həmidov Həmzəyeva Əntiqə Məlik qızına da hüquqi olmadığı halda, əmək pensiyası təyin edib. Belə ki, məhkəmə qətnaməsi ilə Həmzəyevaya 01.07.2006-cı il tarixdən 25.08.2012-ci il tarixədək 70 yaşaından yuxarıd şəxsə qulluq müddəti sığorta stajı kimi göstərilib, 2013-cü ildən 01.01.2017-ci ilədək müddət də Həmzəyevaya 2569 №-li 18.09.2017-ci il tarixli F-4 arayışına əsasən pensiya kapitalının olduğu qeyd olunaraq staj hesablanıb. Lakin bildiririk ki, 2013-2017-ci illərd vətəndaşın pensiya kapitalı PAS-də yoxdur, yalandır.

Evlərdə xidmət üzrə aparıcı mütəxəssis Ağayeva Zeynəb həmin şöbənin Billurə adlı sosial işçisinin adına işdə olmadığı halda aylarla əmək haqqı ödəyib. Billurə fevral 2020-ci il tarixdən Türkiyə Respublikasında yaşayır, Azərbaycanda deyil, lakin Ağayeva Zeynəb C.Həmidovun rəhbərliyi ilə Billurənin adına əmək haqqı ödəyib. Bundan başqa o, özünün yetkinlik yaşına çatmamış sağlam qızına da saxta əlillik düzəldib pensiya alır.

C.Həmidovun qohumu Məmmədova Xavər 01.06.2006-cı il tarixində işə qəbul olarkən də Dövləti aldadıb. Belə ki, onun təyin olunduğu məsləhətçi vəzifəsinə yalnız «Dövlət qulluğu imtahanı» verdikdən sonra işə qəbul olmaq mümkün idi. Lakin o, imtahanı verməyib, birbaşa işə qəbul olub, hətta dövlət qulluğu dərəcəsinə görə də əmək haqqının üzərinə illərdir ki, əlavə hesablanıb. Bu fakt da Nazirliyin araşdırması zamanı təsdiq olub.

X.Məmmədova 2013-cü il tarixdə vətəndaşın böyük məbləğdə pulunu mənimsədiyinə görə (vətəndaş şikayət edib) işdən azad olub, lakin sonradan əmri ləğv edilib.

X.Məmmədova hal-hazırda da vətəndaşları aldadaraq püşvət almaqda davam edir.

Bildirirəm ki, X.Məmmədovanın qaynı Yusif Bayramovdur. Yusif Bayramovun qaynı isə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadədir.

C.Həmidovun göstərişi ilə sosial yardım almaq istəyən bəzi vətəndaşlara onların hüququ olmadığı halda, süni surətdə şərait yaradılır. Belə ki. Bu məqsədlə əlbir iş gördükləri, guya iş sahibi olan Həmidov Ceyhun Arif oğlunun (VÖEN № 77002286452) və Tahirov Zamik Alik oğlunun ancaq sənəd üstündə mövcud olan iş yerlərinə sosial yardım almaqda marağı olduqları şəxsləri işçi kimi qeyd edirlər.

Bundan sonra sosial yardım sənədlərini elektron formada Nazirliyə göndərir, müsbət cavab aldıqdan sonra da həmin şöbədə işləyən Süleymanov Ceyhunun müəyyən etdiyi məsləhətçi vətəndaşın evinə gedib, yoxlama aktı yazır.

Beləliklə də, yüzlərlə vətəndaşa hüququ olmadığı halda sosial yardım təyin olunur. Sosial yardıma həqiqi ehtiyacı olanlar isə bundan məhrumdur.

Ceyhun Süleymanovun ilkin pensiyaya çıxan pensiyaçılara 01.01.2018-ci il tarixdən verdiyi şəxsin 2006-cı il tarixdən pensiya kapitalını əks etdirən F4 arayışları da çox hallarda düzgün tərtib olunmurdu. Buna misal olaraq müraciətimin yuxarısında adlarını qeyd etdiyim Xəlilova Səadət İkram qızını və Həmzəyeva Əntiqə Məlik qızını göstərmək istəyirəm.

Bundan başqa fiziki şəxslər vergi ödəyicisi olduqları halda, C.Süleymanov onları DSMF -da 2018-ci il tarixədək fəaliyyətlərini dondurmuş olduqları göstərilmişdir. Onlardan alınan aylıq ödənişlər isə sığorta olunana qəbz verilsə də, DSMF-nun hesabına köçürülməyib. Həmin pulları isə C.Süleymanov rəhbərlik ilə birlikdə mənimsəyirdi.

Şöbənin işçisi Məmmədxanova Səidə Şahnəzər qızı özünə saxta əlillik təyin etdirib əmək pensiyası alır. O, bundan başqa yetkinlik yaşına çatmamış sağlam uşaqları –oğlu və qızı üçün də sosial pensiya düzəldib alır. Bildirirəm ki, uşaqlar sapsağlamdır, heç bir xəstəlikləri yoxdur.

Vaxtı ilə şöbədə işləyib, sonradan işdən çıxarıldıqdan sonra saxta əlillik alaraq yüksək məbləğdə pensiya alan işçilər haqqında da Sizə məlumat verirəm:

1.Əhmədov Çingiz Təbriz oğlu bir neçə rayonda, o cümlədən Xaçmaz rayonunda şöbə müdiri vəzifəsində işləyib. Sizin əmrinizə əsasən işdən azad olunduqdan sonra saxta əlillik düzəldərək yüksək pensiya alır.

2.Bəkdəmirov Sahib Kamil oğlu və arvadı Bəkdəmirova Arzu əlilliyə görə saxta pensiya alırlar. S.Bəkdəmirov DSMF-nin Xaçmaz rayon şöbəsinə müavin, sektor müdiri vəzifəsində işləyib. İşdən azad olunan kimi saxta əlillik alaraq yüksək məbləğdə pensiya alır.

3.Məmmədova Şəlalə Əbil qızı DSMF-nin Xaçmaz rayon şöbəsindən işdən azad olunandan sonra saxta əlillik alaraq, yüksək məbləğdə pensiya alır

4.Mahmudov Sabir Sahib oğlu uzun illərdir ki, sağlam olduğu halda saxta əlilliyə görə pensiyası alır. Bundan əlavə heç bir əsas lmadan pensiyasının üzərinə əlavə hesablanıb və böyük məğləğdə pul ödənilib.

Hörmətli İlqar müəllim!

Mən 19.11.2001-ci il təvəllüdlü oğlumla birlikdə yaşayıram. Oğlumun ürəyində qüsur var, özüm II qrup əliləm.

Mənə ən çox mənəvi cəhətdən təsir edən odur ki, ƏƏSMN-i əlil, sosial yardıma ehtiyacı olan, işəgötürənin qanunsuz əməlləri nəticəsində yaranan əmək münasibətlərinin tənzimlənməsi üçün vətəndaşların müraciət etdiyi icra orqanıdır.

Əlil olduğum halda, işimi qüsursuz icra etməyə çalışan mənim kimi işçini Nazirlik işdən azad edir, korrupsiya əməlləri açıq-aşkar sübut olmuş işçilərə isə havadarlıq edir.

Hörmətli İlqar müəllim!

Xahiş edirəm mənim səsimi ictimaiyyətə və səlahiyyətli orqanlara çatdırın. Mümkünsə, mənə kömək edin.

Ərizəmə digər sənədləri əlavə edirəm".

Redaksiyadan: Müraciətdə yer alan iddialarla bağlı digər tərəflərin mövqeyini öyrənmək istiqamətindəki çabalarımız nəticəsiz oldu. Qarşıdakı günlərdə sadalanan faktların araşdırılması ilə mövzunu davam etdirməyə çalışacağıq. Adları hallanan tərəflərin cavab haqqını tanıyırıq./yenixeber.org/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DSMF-nin Suraxanı şöbəsində korrupsiya araşdırmaları aparılır

    DSMF-nin Suraxanı şöbəsində korrupsiya ...

    30-01-2018, 15:38

  • 
  • Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri bıçaqlandı

    Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri ...

    14-12-2012, 13:18

  • 
  • Xaçmaz rayonunda yanğın olub

    Xaçmaz rayonunda yanğın olub ...

    3-12-2013, 08:26

  • 
  • Xaçmaz sakini özünü güllələyərək intihar edib

    Xaçmaz sakini özünü güllələyərək intihar edib ...

    8-04-2016, 00:26

  • 
  • Quba-Xaçmaz yolunda ağır qəza: yaralılar var

    Quba-Xaçmaz yolunda ağır qəza: yaralılar var ...

    13-02-2017, 14:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu