Sovet dönəmində Bakı Mədəni-Maarif Texnikumu kimi fəaliyyət göstərən təhsil ocağı sonradan Bakı Humanitar Kollec adlandı. Daha sonra digər kolleclərin birləşdirilməsi ilə daha genişləndi və 2020-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ( ADMİU ) nəzdində fəaliyyət göstərir.
Gundemxeber.Az bldirir ki, kollecin direktoru Milli Məclisin üzvü, Tibb Universitetinin sabiq rektoru Əhliman Əmiraslanovun qardaşı Vaqif Əmiraslanovdur. Vaqif Əmiraslanovun barəsində ölkə mətbuatında nələr yazılmayıb. Vaqif Əmiraslanov kolleclərin birləşməsi zamanı kənarda qalmaq istəməyən müəllimlərə, hətta kollecin texniki işçilərinə rüşvət müqabilində birləşmiş kollecdə iş təklif edib. İşsiz qalmaqdan ehtiyat edən müəllimlər və texniki heyət Vaqif Əmiraslanova böyük məbləğdə hörmət ediblər. Hətta laborant düzəlmək üçün 3000 dəfə, müəllim düzəlmək üçün 5000 dəfə və daha böyük çox sağollar alan Vaqif Əmiraslanov axırda ilişib. Sonda bəzi müəllimlərin şikayəti ilə tanış olan ''Gündəlik Bakı'' qəzetinin(gundelik-baku.com) redaksiyasına daxil olan məlumata görə, ADMİU-nun rektoru Ceyran Mahmudova Vaqif Əmiraslanovu xeyli danlayıb, amma axırda dil tapıb, bazarlaşıblar. Biz Vaqif Əmiraslanovun əməllərini uzun-uzadı sadalamadan ( bu barədə ölkə mediası çox yazıb ) iki məsələni qeyd etmək istəyirik. Biri xadimədən pul almaq...Bu nəinki kollec direktoruna, deputatın qardaşına, heç kimə yaraşmaz. İkincisi isə, kollec direktorunun təzə qəbul olmuş tələbələdən tələbə-qiymət kitabçası üçün 20 manat pul yığması...artıq sözün bitdiyi yerdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?