Azərbaycan vətəndaşı Arif Akif oğlu Nuriyev Azərbaycan Respublikasinin daxili işlər naziri cənab Vilayət Eyvazova müraciət ünvanlayıb.
Rubrika.Az qaynarinfo-ya istinadla xəbər verir ki, surəti nazirinin birinci müavini Seyfulla Əzimova, Baki şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılova, Suraxani rayon Polis İdarəsinin rəisi Süleyman Nemətova göndərilən müraciətində vətəndaş Azərbaycan polisinin adına ləkə salan əməkdaşın qanunsuz əməllərinə hüquqi qiymət verilməsini xahiş edir.
Arif Nuriyev yazır ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr-ti 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsini almaq məqsədi ilə əvvəlcədən tanıdığım, Suraxanı rayon 32-ci PB-də çalışan Şəfayət Məmməd oğlu Babaşovnun başqa-başqa şəxslərə faizə pul verdiyini bilərək, ondan 38 min manat faizlə pul götürüb. Aralarında olan anlaşmaya əsasən, qeyri-yaşayış sahəsini Elnur Əlif oğlu Ağakişiyevdən almaq üçün Şəfayət Babaşovdan 5 ay müddətinə 38 min manat pul alıb. 5 ayın tamamında ona ümummillikdə 45 min manat faizlə birgə qaytaracağını vəd edib. Bununla yanaşı, faizə pul verən Şəfayət Məmməd oğlu Babaşovun etibarını möhkəmləndirmək və ona qarşı yarana biləcək gələcək risklərin qarşısını almaq üçün aldığı qeyri-yaşayış sahəsi ilə bağlı alqı-satqı müqaviləsində alıcı kimi onu göstərib. Əlavə olaraq, Şəfayət Babaşov guya onun möhkəmləndirmək üçün 22.02.2019-cu ildə notarial qaydada həmin əmlakla bağlı ona etibarnamə verib. Arif Nuriyev yazır ki, probelmləri də bundan sonra başlayıb:
"Şəfayət Babaşov həmin qeyri-yaşayış sahəsini başqa birisinə satdı və mənə külli miqdarda ziyan vurdu.
Hörmətli cənab nazir, 32-ci PB-də çalışan Şəfayət Babaşovun mənə faizlə 38 min manat məbləğini verməsi ilə bağlı səs yazıları, həmçinin şahidlərim varr. Bütün iddialarım əsaslıdır və sübutludur. Şəfayət Babaşov dələduz məqsədləri üçün məni aldadaraq Azadlıq pr-ti 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Tacəddin İmanova satıb. Bakı Şəhər Baş Polis İdarəsinə etdiyim şikayətdə, 32-ci PB-də çalışan Şəfayət Babaşovun cinayət əməli ilə bağlı topladığım səs yazılarının göndərsəm də, qurum 05.02.21-ci il tarixdə mənə cavab məktubu ünvanlayaraq, Şəfayət Babaşovun əməllərində cinayət əməlləri olmadığı, lakin rəhbərlik tərəfindən müvafiq əmrlə onu intizam məsuliyyətinə cəlb edildiyi bildirib. Lakin qanunvericiliyin tələblərinə uyğun olaraq, Şəfayət Babaşov barədə rəsmi intizam qərarı mənə təqdim olunmur”.
Müraciət müəllifi yazır ki, dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarına əsasən talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir:
"Əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir.
Cənab nazir, Sizdən xahiş edirəm ki, etibarımdan sui-istifadə edərək məni yalan vədlərinin təsiri altına salan 32-ci PB-də çalışan Şəfayət Babaşovun əməllərinin araşdırılması üçün ciddi tapşırıq verməyinizi, cinayət əməlinin ifşa olunmasında yardımçı olmağınızı, mənə dəymiş zərərin ödənilməsini təmin edilməsinə göstəriş verməyinizi xahiş edirəm”./Qaynarinfo.az/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?