surəti: Suraxanı rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Abbasova
surəti: Suraxanı rayon Polis İdarəsinin rəisi cənab......
surəti: Səhiyyə Nazirliyi, Suraxanı rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin baş həkiminə
surəti: ƏƏSMN, Suraxanı rayonu Əmək Müfəttişliyinin rəhbərliyinə
Yazıb diqqətinizə onu çatdırmaq istəyirik ki, bir neçə gün bundan əvvəl Suraxanı rayonu Zığ şossesinə yaxın ərazidə fəaliyyət göstərən “Maral” restoranında qol qoyulan çoxsaylı qanunsuzluqlarla bağlı, redaksiyamızı məlumatlandıran mənbə bildirdi ki, “bu gün həmin ünvanda həddi-hüdudu bilinməyən qanunsuzluq əməllərinə, o cümlədən qadınların cinsi istismarına şəraityaratma, vergidən yayınma, gigiyenik qaydalara lazımınca əməl etməmək, işçilərlə əmək müqaviləsi bağlamadan fəaliyyət göstərmək və.s kimi hallara yol verilməkdədir”.
Məlumatlı mənbənin bildirdiklərini əsas tutaraq qəzetimizin 22-28 may 2015-ci il tarixli sayının 5-ci səfifəsində “Maral”da marallıqdan əsər-əlamət qalmayıb” başlıqlı tənqidi açıqlama dərc etməyə məcbur olduq.
Elə bu səbəbdən də, qeyd olunan ünvanda baş alıb gedən olayların araşdırılmasını, eyni zamanda redaksiyamızın da məlumatlandırılmasını təmin etmək üçün, tabeçiliyinizdə olan şəxslərə müvafiq tapşırıqlar verməyinizi Sizdən xahiş edirik.
Göstərəcəyiniz diqqətə görə əvvəlcədən minnətdarlığımızı bildiririk!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?