GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Lənkəran Rayon Təhsil Şöbəsi sabotajla məşğuldur - İTTİHAM

Lənkəran Rayon Təhsil Şöbəsi sabotajla məşğuldur - İTTİHAM

Tarix: 18-02-2021, 11:05 Bölmə :GündəmXəbər / Manşet Baxış: 552
Lənkəran Rayon Təhsil Şöbəsi sabotajla məşğuldur - İTTİHAM


Lənkəran Rayon Təhsil Şöbəsi sabotajla məşğuldur - İTTİHAM

"Son beş ildə Lənkəran Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyənlərin bəxti gətirmir. Onlar bəzi məktəb direktorlarını müxtəlif bəhanələrlə işdən azad edib, yenicə yerlərini bərkitmək istərkən və müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlərin dərs saatını azaltmağa cəhd edərkən, özləri işdən azad edilirlər. Bəli, elə şöbə müdirlərinin özlərini də eyni bəhanələrlə işdən azad edirlər. Sonra onlar xiffət etməyə başlayırlar. Vəzifədə müvəqqəti olarkən, etdikləri pisliklərə görə, peşiman olurlar. Nə qədər hərəkətlərinə haqq qazandırmağa çalışsalar da, alınmır ki, alınmır. Cəmiyyət artıq onları qəbul etmir". Bu barədə Nizami Hüseynov redaksiyamıza yolladığı məqaləsində qeyd edir.

Məqalədə daha sonra bildirilir: "Lənkəran Rayon Təhsil Şöbəsinin yeni müdiri Ülviyyə Əliyeva keçmiş təhsil naziri Ceyhun Bayramovun əmrinə əasən, 15 aprel 2020 – ci il tarixdə bu vəzifəyə təyinat alıb. O, bu təyinata kimi Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb və Lənkəran ictimaiyyətinin yaxşı bildikləri meyarlara əsasən, şöbə müdiri vəzifəsinə təyin olunub.Yeni şöbə müdiri bu vəzifəyə təyinat alandan sonra ilk işi bir neçə məktəb direktorunu müxtəlif bəhanələrlə işdən azad etməsi olub. Lənkəran rayonu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbinin keçmiş direktoru, hazırda həmin məktəbdə texnologiya fənnini tədris edən İlhamə Orucova da eyni oyunun qurbanı olub. O, uzun illər çalışdığı məktəb direktoru vəzifəsindən 22 sentyabr 2020 – ci il tarixdə hiylə yolu ilə çıxarılıb. Hazırda keçmiş direktor həmin məktəbdə 6 saat dərs yükü ilə təmin olunub və 139 manat əmək haqqı alır. Onun yeganə övladı Oruczadə Əhəd Ağdam rayonunun “N” saylı hərbi hissəsində xidmət edir. Keçmiş məktəb direktoru İlhamə Orucova işdən qanunsuz azad olunması ilə əlaqədar işə bərpa olunması tələbilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edib və eyni zamanda, müfafiq dövlət qurumlarına şikayətlər yazır.

Şöbə müdirinin oynadığı eyni oyunlarla Lənkəran rayonu Şağlaküçə kənd M. Əbilov adına tam orta məktəbin direktoru Məmməd Səfərov da üzləşib. İşdən azad olunan keçmiş məktəb direktoru üzləşdiyi qanunsuzluqlarla əlaqədar müxtəlif dövlət qurumlarına və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, eyni oyunlarla digər məktəb direktorları da üzləşməkdədir. Burada məqsəd aydındır və bunun nədən ibarət olduğunu Lənkəran ictimaiyyəti yaxşı bilir.

Lənkəran Rayon Təhsil şöbəsində oynanılan oyunlardan biri də, müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlərin dərs saatının azaldılması və onların 6 saat dərs yükü ilə təmin edilmələridir.

Yuxarıda qeyd etdik ki, Lənkəran rayonu M. Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbinin keçmiş direktoru İlhamə Orucova da həmin məktəbdə 6 saat dərs yükü ilə təmin olunub və 139 manat əmək haqqı alır. Müəllimlərin başına gətirilən bu biabırçı hal artıq rayonun məktəblərində kütləvi hal alıb və haqlı olaraq böyük narazılıqlar yaradıb.

Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirən Nizami Hüseynov 1997 – ci ildən Lənkəran rayonu İ. Mahmudov adına Liman Şəhər 1 saylı tam orta məktəbində tarix müəllimi işləyir. O, həftədə 12 saat dərs deyib 257 manat əmək haqqı (diaqnostik qiymətləndirmədə iştirak etmədiyinə görə) alırdı. 2020 – ci ilin sentyabr ayından onun həftəlik dərs saatı 6 saat azaldılıb və hazırda 93 manat əməkhaqqı alır. Lənkəran Rayon Təhsil Şöbəsinin baş mühasibi - 15 saylı Ərazi Hesablama Mərkəzinin əməkdaşı Fariz Mahmudovun bildirib ki, bunun səbəbi onun müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak etməməyidir və mühasibatlıq ona görə, 6 saatdan artıq işləməyinə icazə vermir.

Belə ki, ümumi təhsil müəsissələrində müəllimlərin və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydalarının 5. 5 – ci bəndinə göstərilir ki, Ümumi təhsil müəsissələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək, hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, üzrsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin, 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükü (6 saat) müəyyənləşdirilir.

Nizami Hüseynov üzrlü səbəbdən diaqnostik qiymətləndirilmədə iştirak etməyib. Yəni bu, artıq üzrlü hal sayılır.

N. Hüseynovla 01. 09. 1997 – ci il tarixli əmək müqaviləsi qeyri – müəyyən müddətə bağlanılıb. Məktəb onun saat hesabı işlədiyi iş yeri deyil, daimi əsaslarla işlədiyi yer sayılır.

Əmək Məcəlləsinin 45 – ci maddəsinin 1 – ci bəndinə əsasən, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə

(müddətli) bağlanıla bilər. 2 – ci bəndinə görə, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 5 – ci bəndinə əsasən isə, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Müəllim isə bu müəsissədə 25 ilə yaxındır ki, işləyir.

Təhsil şöbəsi müəllimlə qeyri – müəyyən müddətə bağlanmış əmək müqaviləsinə məhəl qoymadan, qabaqcadan heç bir xəbərdarlıq etmədən dərs yükünü azaltmışdır.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16. 1 – ci maddəsinə əsasən, Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

Əmək Məcəlləsinin 154. 1 – ci maddəsinə əsasən, Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 154. 2 – ci maddəsində göstərilir ki, Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.

Əmək Məcəlləsinin 155. 1 – ci maddəsinə uyğun olaraq, İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

Bəs onda, Lənkəran Rayon Təhsil Şöbəsinin müdiri movcud qanunvericiliyin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini niyə pozur? Necə olur ki, ali təhsilli müəllim 6 saatdan yuxarı dərs deyə bilməz. Burada məntiq harada qaldı.
Bəs, müəllim 150 manat əməkhaqqı ilə ailəsini necə saxlasın? Bu, mümkündürmü?
Bəs onda, müəlllimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində aparılan işlər harada qaldı?
Bir sözlə, bu gün Lənkəran Rayon Təhsil Şöbəsində oynanılan oyunların bir adı var, sabotaj".
İddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq.../dia.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lənkəran təhsil şöbəsinin müdiri işdən çıxarılıb

    Lənkəran təhsil şöbəsinin müdiri işdən çıxarılıb ...

    12-10-2017, 21:39

  • 
  • Təhsil Şöbəsinin müdiri vəzifədən azad edilib

    Təhsil Şöbəsinin müdiri vəzifədən azad edilib ...

    16-03-2020, 12:28

  • 
  • Şamaxıda Təhsil şöbəsinin müdiri işdən çıxarıldı

    Şamaxıda Təhsil şöbəsinin müdiri işdən çıxarıldı ...

    28-02-2019, 15:59

  • 
  • Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi

    Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi ...

    6-03-2019, 12:21

  • 
  • Təhsil Nazirliyində daha bir vəzifəli işdən çıxarıldı

    Təhsil Nazirliyində daha bir vəzifəli işdən ...

    13-06-2013, 14:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (294)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu