GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gənclər və İdman Nazirliyi “qara zolaqda” – korrupsiya həbsləri ola bilər

Gənclər və İdman Nazirliyi “qara zolaqda” – korrupsiya həbsləri ola bilər

Tarix: 19-02-2021, 12:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 279
Gənclər və İdman Nazirliyi “qara zolaqda” – korrupsiya həbsləri ola bilər


Səhhətində problemlər yaranan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov hazırda ABŞ xəstəxanalarının birində müalicəsini davam etdirir. Xəstəxanada olduğu müddət ərzində Azad Rəhimovu 1-ci müavini İsmayıl İsmayılov əvəz edirdi. Amma iki gün əvvəl həm də Ağır Atletika Federasiyasının I vitse-prezidenti İsmayıl İsmayılovun səhhətində də problem yaranıb. Belə xəbərlər var ki, İsmayıl İsmayılov yıxılaraq xəsarət alıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ABŞ-da müalicə alan nazir Azad Rəhimovun səhhəti ilə bağlı danışarkən onun Bakıya dönməsi ilə bağlı suala “Azad müəllimin nə vaxt vətənə qayıdacağı dəqiq bilinmir. Müalicəsi bitəndə Bakıya qayıdacaq” cavabını verib.

Yada salaq ki, Azad Rəhimov 2006-cı ildə gənclər və idman naziri təyin edilib. Həmin dövrdə ölkədə idman-konsert komplekslərinin tikintisi aparılırdı və bir çox obyektlər Azad Rəhimovla əlaqəli şirkətlər tərəfindən tikilir, təmir olunurdu. Ölkədə dövlət sifarişli təmir-tikinti işlərinin böyük korrupsiya əməlləri ilə gerçəkləşməsi kimsəyə sirr deyil. Azad Rəhimovun adına bağlı şirkətlərin də adı korrupsiyada hallanırdı. Məlumatlara görə, nazirlikdə xeyli pozuntular, maliyyə maxinasiyaları var. Azad Rəhimovun nazirliyə biznesdən gəldiyi sirr deyil. Onun və oğlunun həm ölkə daxilində, həm xaricdə müxtəlif profilli şirkətləri olduğu da məlumdur. Mədəniyyət Nazirliyindən sonra burada da həbslər olacağı haqda mediada iddialar vardı, amma müharibə başladı və bəzi məsələlər ikinci plana keçdi. İddialar var ki, nazirin müalicəsini başa vurub qayıtmasını gözləyirlər. Onun uzun müddətdir xəstə olmasına baxmayaraq, istefa barədə ərizə verməməsinin səbəbi də budur.

Vətən müharibəsindən əvvəl üzə çıxan məlumatlardan belə aydın olurdu ki, Azad Rəhimov və ailəsinə yaxın şirkətlərə dövlət büdcəsindən üst-üstə 100 milyon manatdan artıq vəsait köçürülüb. Həmin vəsaitlərin təyinatı üzrə xərclənməməsi, mütəxəssis adı ilə ölkəyə dəvət edilən əcnəbilərin qul kimi işlədilməsi və s. hallar Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması üzrə Beynəlxalq Jurnalist Layihəsinin (OCCRP) araşdırmalarında da yer alıb. Yayılan məlumatlar Rəhimova yaxın firmaların 10 ildən çox müddət ərzində fəaliyyətinə aid idi.

Bir neçə hissədən ibarət araşdırma müasir Avropada əmək istismarı haqqında ən böyük qalmaqalın mərkəzində qalan ofşor “SerbAz” şirkətinin fəaliyyətindən bəhs olunur.

2006-2009-cu illərdə şirkət Bakıda bir sıra binaların, xüsusən mühüm dövlət tədbirlərinin keçirildiyi “Buta Palace” sarayının və “Baku-Expo” sərgi mərkəzinin tikintisi və təmiri işləri üçün Balkanlardan 700-dən çox işçi cəlb edib. Bu layihələrin həyata keçirilməsi Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilib. “Əcnəbi işçilərlə müasir qul kimi davranırdılar. Onlar darısqal şəraitdə saxlanılır, az yeməklə təmin edilirdilər. Bu zaman onlar gündə 12 saat işləyirdilər. Pasportları müsadirə edilmişdi, əmək haqları isə kəsilirdi, bəziləri döyülüb, iki nəfər isə vəfat edib”, deyə araşdırmada qeyd edilir. Əcnəbilərin müqavilə üzrə vəd edilən ödənişin edilməməsi ilə bağlı şikayətlərinə məhəl qoyulmayıb. Araşdırma göstərib ki, “SerbAz”ın güclü hamisi ölkənin gənclər və idman naziri Azad Rəhimov olub.

“SerbAz”ın bir neçə il ərzində çoxmilyonluq dövlət sifarişləri aldığı və Rəhimovun həyat yoldaşının adına olan şirkətlə - ziynət əşyalarının idxalçısı olan “İtalDizain”lə müqavilələr bağlayıb. 2006-cı ildə nazir olana qədər Rəhimov özü “İtalDizain”in direktoru olub. 2006-cı ilin sonlarında Azərbaycanda növbəti ilin yayında bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcəyi elan edilib. Bunun üçün böyük idman kompleksi təmir edilməli idi və Gənclər və İdman Nazirliyi bu işlər üçün “SerbAz”la 5,3 mln. dollar dəyərində müqavilə bağlayıb. Azad Rəhimovdan niyə bu şirkəti seçdiyi soruşulduqda o, bunu obyektin “mürəkkəb konfiqurasiyaya və memarlığa” malik olması və onun yenidənqurması üçün xaricdə istehsal olunmuş “müasir materiallar” lazım olması, buna görə “bu sahədə böyük təcrübəsi olan” operator lazım olması ilə izah edib. Maraqlıdır ki, müqavilə bağlanmazdan əvvəl “SerbAz” mövcud olmayıb və Azərbaycanda bir həftə sonra qeydiyyatdan keçib. Bundan başqa, yerli KİV-lər şirkətin bu işlər üçün rəsmi olaraq seçilməzdən bir il əvvəl işlərə başladığı barədə məlumat yayıblar. İlk yenidənqurmadan sonra “SerbAz” Rəhimovdan əlavə işlər üçün 700 min dollarlıq daha bir müqavilə alıb. Bu məlumatlar Rəhimovun prokurorluğa göndərdiyi rəsmi məktubdan götürülüb.

O, bu məktubda rəhbərlik etdiyi nazirliyin “SerbAz”la əməkdaşlığının səbəblərini izah edir. 2007-ci ildən 2009-cu ilə qədər əcnəbi işçilər – bərpasına 20,9 milyon dollar ayrılan “Səadət Sarayı”nın, tikintisinə 38,8 milyon dollar ayrılan Mingəçevir şəhərindəki Avarlı Olimpiya Mərkəzinin, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən daha 6 layihəyə cəlb olunublar. SerbAz-ın digər layihələri arasında “Buta Palace”, “Baku Expo” sərgi mərkəzi və “28 Mall” olub. Azad Rəhimovun “SerbAz”la əlaqəsini gizlədən yurisdiksiya sistemini ifşa etmək üçün illər tələb olunub. Bu şirkət müxtəlif yurisdiksiyalı iki ayrı şirkət kimi qeydiyyatdan keçib. Azərbaycanda o, “SerbAz Design and Construction” adı altında işləyir və Antil adaları ofşor zonasında qeydiyyatdan keçdiyi üçün əsl sahibləri məlum olmayan “Acora Business” firmasına məxsusdur. Digər “SerbAz” Niderlandda “SerbAz Property” kimi qeydiyyatdan keçib, amma onun sənədləri mütləq anonimliyi təmin edir.

OCCRP araşdırmaçıları əcnəbilər vətənlərinə qaytarıldıqdan sonra Azərbaycanın “Creacon Constructioan” şirkətinin “SerbAz”dan tikinti işlərini aldığını müəyyən ediblər. 2012-ci ildə Azərbaycan korporativ informasiyaya çıxışı məhdudlaşdıraraq, şirkətin mülkiyyət strukturunu məxfiləşdirib. Amma buna qədər Azərbaycanlı jurnalistlər məlumatlar bazasının bir hissəsini əldə etməyə müvəffəq olub, bu məlumatlara əsasən “Creacon”un iki səhmdarından biri “İtalDizain Group”dur. “İtalDizain” bu gün böyük holdinqə çevrilib, buraya onlarla firma, o cümlədən telekommunikasiya, rieltor (alqı-satqı) firmaları, habelə “Cartier”dən “Baccarat”a qədər premium sinfi butiklər daxildir. Milyonlarla veb-saytdan ibarət olan İnternet-arxiv “İtalDizain” saytının erkən versiyalarını saxlayıb. Burada 2009-cu ilin yanvarında şirkətin “SerbAz”ın törəmə şirkəti olaraq göstərildiyi korporativ strukturu əksini tapıb. Məhz həmin il “SerbAz” işçilərinə qarşı amansız rəftardan bəhs edilib. Jurnalistlər korporativ hesabatlar vasitəsilə “İtalDizain”ın Lüksemburqun “Argulux” şirkətinə məxsus olduğunu müəyyən ediblər. O, öz növbəsində gənclər və idman naziri Azad Rəhimovun həyat yoldaşı Zülfiyyə Rəhimovaya məxsusdur. “SerbAz”ın işçilərə qarşı amansız davranışı haqqında qalmaqalın araşdırılması Bosniyada davam etdirilib və yerli prokurorluq “SerbAz”ın yerli nümayəndəliyinin 13 əməkdaşı barəsində insan alverinə görə 4 ittiham hökmü çıxarıb. 2019-cu ilin sonlarında dörd təqsirləndirilən şəxs təqsirini etiraf edib və mühakimə olunub. Amma Azərbaycanda heç bir araşdırma aparılmayıb.

Anonimlik şərti ilə jurnalistlərlə söhbət edən “SerbAz”ın menecerlərindən birinin verdiyi məlumata görə, layihə pulları şirkətin baş ofisinə çamadanlarla nağd vəsait şəklində daxil olub. Sement və digər materialların tədarükçüləri bu vəsaitdən lazımi uçot prosedurları olmadan ödəniş alıb. Eyni zamanda, ofşor hesablara elektron pul köçürmələri həyata keçirilib. Pulun bir hissəsi 2009-cu ilin payızında, işçilərin pulları yoxa çıxdığı vaxt mənimsənilib. Gənclər və İdman Nazirliyi işçilərə qarşı amansız davranış faktları elan edildikdən sonra da “SerbAz”a ödəniş etməyə davam edib, 2009-cu ilin noyabrında şirkətə 4,4 milyon dollar göndərib. Növbəti il nazirlik şirkətə əlavə olaraq 10 milyon dollar ödəyib. OCCRP-nin sərəncamında Gənclər və İdman Nazirliyinin “SerbAz”a bütün ödənişləri əks etdirən rəsmi hesabatları var. Şirkət fəaliyyətini dayandırdıqdan sonra belə köçürmələrin böyük hissəsi davam edib. Göründüyü kimi Azad Rəhimov rəhbərlik etdiyi nazirlikdə də bu günə qədər istintaqçıların baş çəkdiyi nazirliklərdə olduğu kimi böyük korrupsiya var. Gələn məlumatlar onu deməyə əsas verir ki, araşdırmalarla ortalığa çıxarılan korrupsiya əməlləri tezliklə ittiham aktlarında yer ala bilər./“Yeni Müsavat”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ-da müalicə olunan Azad Rəhimovdan XƏBƏR VAR

    ABŞ-da müalicə olunan Azad Rəhimovdan XƏBƏR VAR ...

    23-01-2021, 15:34

  • 
  • Azad Rəhimov prorektoru vəzifədən azad etdi

    Azad Rəhimov prorektoru vəzifədən azad etdi ...

    4-02-2016, 16:26

  • 
  • Nazir vəzifəsi ilə vidalaşır? - təfsilat

    Nazir vəzifəsi ilə vidalaşır? - təfsilat ...

    13-08-2016, 10:37

  • 
  • Azad Rəhimov nazirlikdə tikinti mafiyasını sökür

    Azad Rəhimov nazirlikdə tikinti mafiyasını sökür ...

    29-04-2014, 09:49

  • 
  • Abbas Abbasov xahiş etdi, Azad Rəhimov da onun dostu üçün federasiya yaratdı?

    Abbas Abbasov xahiş etdi, Azad Rəhimov da onun ...

    12-12-2017, 13:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (294)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu