GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Cavid Qurbanov və şübhəli TENDER əməliyyatları… - Baş dəmiryolçu bunları bilməli idi...

Cavid Qurbanov və şübhəli TENDER əməliyyatları… - Baş dəmiryolçu bunları bilməli idi...

Tarix: 19-02-2021, 13:45 Bölmə :GündəmXəbər / Manşet Baxış: 527
Cavid Qurbanov və şübhəli TENDER əməliyyatları… - Baş dəmiryolçu bunları bilməli idi...


"Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti Yol Sanitar Karantin Müfəttişliyi “Epidbiomed” MMC ilə iki müqavilə imzalayıb.

Toplam maliyyə dəyəri 85 935.86 AZN olan müqavilələrdə dərman pereparatlarının satın alınması nəzərdə tutulub. Lakin müqavilənin şərtləri açıqlanmayıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr sənədlərində göstərilir ki, “Epidbiomed” MMC 19 noyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Cəfər Cabbarlı, ev 6-da yerləşir.

Şirkətin qanuni təmsilçisi Əliyev Məmməd Əli Sabir oğludur. Hansısa səbəbdən “Azərbaycan Dəmir Yolları” QSC tez-tez bu şirkətə müraciət edir.

Məsələn, 2019-cu ildən bu yana MMC ilə bağlanan 20 satınalma müqaviləsinin 10-da sifarişçi müəmmalı şəkildə “Azərbaycan Dəmir Yolları” QSC-dir. Açıq mənbələrdə şirkətin hazırki qanuni təmsilçi haqqında hər hansı məlumat olmasa da, “Epidbiomed”in vaxtilə qanunsuz dərman satışı ilə məşğul olması barədə rəsmi məlumat var.

“24 saat”-ın araşdırması zamanı məlum olub ki, 2008-ci ildə Baş Prokurorluğun yaydığı məlumatda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin uzun illər ərzində Azərbaycana xaricdən saxta, mənşəyi məlum olmayan dərman vasitələri idxal edib, satışını təşkil edən, bununla da əhalinin sağlamlığına təhdid yaradan şəbəkəni çökdürdüyü barədə məlumat yayılıb.

Məlumatda deyilirdi ki, Bakı şəhəri ərazisində 11 ünvana, o cümlədən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan “Sanimed” və “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərin inzibati binalarına, onlara məxsus anbarlara, aptek şəbəkələrinə, yaşadıqları mənzillərə, habelə dərman vasitələrinin qanunsuz satılması prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarına baxış keçirilərək qanun pozuntularını törədən şəxslərin əməlləri ifşa edilib.

Toplanmış materiallar əsasında 27 aprel 2018-ci ildə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Cavid Qurbanov bunları bilməliydi
İlkin istintaq materialları ilə müəyyən edilib ki, “Sanimed” MMC-nin faktiki rəhbəri Nağıyev Müşfiq Mikayıl oğlu cəmiyyətin satış şöbəsinin müdiri Orucov Hafiz Zülfüqar oğlu, satış təmsilçisi Kərimov Asim Rasim oğlu, “Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda, orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.

Toplanmış ilkin sübutlar əsasında Müşfiq Nağıyev, Hafiz Orucov, Asim Kərimov, Namiq Əliyev və Kamal Məmmədova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Şübhəli oxşarlıq
Həmin dövrdə “Epidbiomed”in rəhbəri olmuş Əliyev Namiq Sabir oğlu ilə MMC-nin indiki qanuni təmsilçisi Əliyev Məmməd Əli Sabir oğlunun soyadı və ata adı üst-üstə düşür. Ehtimal olunur ki, Məmməd Əli Əliyev Namiq Əliyevin qardaşıdır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin belə bir keçmişi olan şirkətlə vaxtaşırı müqavilələr imzalaması bir qədər şübhəli görünür.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovdur. Bu vəzifəyə 2015-ci ildə təyinat alan Qurbanovun özünün də əmək tarixçəsi uğurlu deyil. “24 saat” yada salır ki, eks prezident Heydər Əliyevin sərəncamı ilə Cavid Qəmbər oğlu Qurbanov işdə yol verdiyi nöqsanlara və vəzifəsindən sui-istifadə etdiyinə görə şiddətli töhmət alaraq vəzifədən azad edilib.

Əmək kitabçasında belə bir DAMĞA olan şəxsin daha sonralar tender əməliyyatlarında müəmmalı keçmişi olan şəxslərlə işbirliyi qurması təsadüfi görünmür.

Uzun müddət keçmiş nəqliyyat naziri Ziya Məmmədovun adamı kimi tanınan Cavid Qurbanov oliqarx məmurlar kateqoriyasına aid edilir.

Onun iri biznes strukturları, topdağıtmaz sərvəti barədə mediada xeyli yazılıb. Azərbaycanda yeganə qanuni mərc oyunu operatoru olan “TopAz”(totalizator) Cavid Qurbanovun nəzarətindədir.

Mediada yayılan məlumatlara görə, o, “TopAz”ın idarə edilməsini müavini Vüsal Aslanova həvalə edib./“24 saat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsmayıllı icra başçısından “parlaq” tender – Faktlar

    İsmayıllı icra başçısından “parlaq” tender – ...

    25-12-2020, 13:05

  • 
  • 10 manatlıq şirkət milyonluq tenderləri necə udur?

    10 manatlıq şirkət milyonluq tenderləri necə udur? ...

    5-07-2020, 10:08

  • 
  • Məktəbləri bərbad vəziyyətə qoyan şəxslə “abadlıq müqaviləsi” - Yasamalda 1 milyonluq şübhəli tenderlər

    Məktəbləri bərbad vəziyyətə qoyan şəxslə “abadlıq ...

    28-12-2020, 11:09

  • 
  • İsmayıllı İcra Hakimiyyətinin sevimli şirkəti - Tender oyunları...

    İsmayıllı İcra Hakimiyyətinin sevimli şirkəti - ...

    2-12-2020, 11:41

  • 
  • Kəmaləddin Qafarov şübhəli tenderləri necə udur? - Başqa şirkət yox idimi?

    Kəmaləddin Qafarov şübhəli tenderləri necə udur? ...

    24-09-2020, 12:08


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (294)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu