Ukrayna Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliyi Qubanın icra başçısı Ziyəddin Əliyevin sözügedən ölkədəki şirkətinə və asfalt zavoduna qoyduğu 7 milyon avronun "halal" olması barədə fətva verib. Bu barədə avropada yaşayan jurnalist Cavanşir Həsənli məlumat verib.
GundemXeber.Sz jurnalistin qeydlərinə istinadən bidlriri ki, Lvov vilayətində elan olunan tenderlərdən birində iştirak etmək üçün "ALOV-BUD" MMC antikorrupsiya idarəsindən arayış almaq məcburiyyəti ilə üzləşib. Həmin idarə də şirkətin direktoru Vüqar Hacıyevə "halallıq serifikatı" təqdim edib.
Cavanşir Həsənli yazır ki, Ziyəddin Əliyev hələ ötən ilin mayında Ukraynada antikorrupsiya araşdırmalarının hədəfindən yayınmaq üçün "Alov-bud" MMC-nin qeydiyyat sənədlərində müəyyən dəyişikliklər apararaq, adını sənədlərdən çıxartdırıb. Şirkət onun ən yaxın adamı və Ukraynadakı biznesini idarə edən Vüqar Hacıyevin adına rəsmiləşdirilib.
Qeyd edək ki, Vüqar Hacıyev Maliyyə Nazirliyinin Quba rayonu üzrə Maliyyə İdarəsinin rəisi Ruslan Hacıyevin qardaşıdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?